Ağdaşda İlyas Əfəndiyevin 100 illiyi
qeyd olunub
Ağdaşda Xalq yazıçısı,
müasir ədəbiyyatımızın
ölməz klassiki, istedadlı nasir və dramaturq, Azərbaycan ədəbiyyatı
tarixində parlaq iz qoymuş İlyas Əfəndiyevin
100 illik yubileyi qeyd edilib.
Ağdaş Rayon Mərkəzi Kitabxanasında
keçirilən tədbirdə
görkəmli ədibin
həyat və yaradıcılığından geniş söhbət açılıb: " İlyas Əfəndiyevin
hekayələri və
romanları bu gün də öz aktuallığını
qoruyub saxlayır. Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat
çərçivələrindən çıxaraq, incəsənətin
digər sahələrinə
də sirayət edib. Prezident İlham Əliyevin
müvafiq sərəncamı
ilə ölkəmizin
hər yerində Xalq yazıçısı,
Dövlət mükafatı
laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur.
İlyas
Əfəndiyev çoxşaxəli
yaradıcılıq yolu
keçmiş sənətkarlardandır.
Yazıçı istedadlı nasir
və dramaturq kimi fəaliyyət göstərib, irihəcmli
roman və povestlərlə
bərabər, oçerk
və məqalələr
də ərsəyə
gətirib, konfrans və qurultaylarda məruzələrlə çıxış
edib. Onun ədəbiyyatın bütün janrlarında yaratdığı kamil sənət nümunələri
yazıçının sənət
palitrasının müxtəlif
çalarlarından, dünyagörüşünün
genişliyi və yaradıcılıq intellektindən
xəbər verir.
Ədəbiyyatımızın və teatrımızın
inkişafında özünəməxsus
yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz
tərəfindən daim
yüksək qiymətləndirilib".
Sonda tədbir iştirakçıları
məktəblilərin ədibin
pyesləri əsasında
hazırladıqları səhnəciyə
baxıb, yazıçının
kitablarından ibarət
sərgi ilə tanış olub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 13 iyun.- S.7.