Milli dövlət quruculuğunda Qurtuluş Gününün müstəsna yeri

 

 

Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin fəaliyyəti misilsiz yer tutur böyük əhəmiyyət daşıyır. Sovet dövründə uzun müddət ölkəyə rəhbərlik edən ulu öndərin respublikamızın hərtərəfli inkişafı üçün gördüyü işlər, cəmiyyətin bütün sahələrində həyata keçirdiyi islahatların bəhrəsini müstəqillik illərində görürük. Azərbaycan ikinci dəfə müstəqillik qazanan zaman bir qrup "dırnaqarası" siyasətçi hər vəchlə ulu öndərin Bakıya qayıtmasına mane oldu ölkə üçün bunun zərərini izah etməyə artıq ehtiyac yoxdur. Məhz o siyasətçilərin səriştəsizliyi ermənilərin Dağlıq Qarabağ ətraf rayonları işğal etməsinə şərait yaratdı. Dövlətçilik sistemi yarıtmaz vəziyyətə salındı. Siyasi iflasa gətirib çıxaran hadisələrin fonunda xalq Ümummilli lider Heydər Əliyevin şəxsində xilaskarını gördü. Cəbhədə bir-birinin ardınca məğlubiyyətlər, orduya nəzarətin tamamilə əldən çıxması, iqtisadi sosial partlayışla müşaiyət olunurdu. Müxtəlif siyasi qrupların tabeliyində olan hərbi birləşmələr çox vaxt vətəni qorumaq əvəzinə şəxsi maraqlar naminə istifadə olunurdu. Belə bir vaxtda siyasi sistemin yarıtmazlığının nəticəsi ortaya çıxdı. Azərbaycanın taleyinin həll olunduğu dövrdə, Dağlıq Qarabağ ətraf rayonlarda ermənilərin aramsız hücumlarının yaşandığı zamanda baş vermiş qiyam o zamankı iqtidarın sahib olduğu mövqeyə layiq olmadığını ortaya qoydu. Qiyamçılar qisa vaxtda respublikanın baş prokurorunu digər yüksək vəzifəli şəxsləri girov götürdülər. İqtidarın məsələni silah yolu ilə həll etmək cəhdi uğursuzluğa düçar olmuşdu. Qiyamçıların qarşısını almaq mümkün olmadı onlar Bakıya doğru irəliləməyə başladılar. Ölkənin suverenliyini, müstəqilliyini itirməsi təhlükəsi yaranmışdı. Xalqımız həmin dövrdə Naxçıvan Ali Sovetinin rəhbəri vəzifəsində çalışan böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevə üz tutdu. Naxçıvan Muxtar Respublikasını ermənilərin hücumlarından bacarıqla qoruyan, müdafəni təşkil edən, sosial-iqtisadi sahədə islahatlar aparmaqla muxtar respublikanın dirçəldilməsinə nail olan ulu öndər xalqın israrlı tələbi ilə yenidən Bakıya qayıtdı. Ümummilli lideri 15 iyunda Bakıya qayıdışı dövlətin xilası demək idi. Artıq xarici kəşfiyyat idarələrinin əlində oyuncaq olmuş o zamankı rəhbərlikdə təmsil olunanlar ulu öndərin qaydışına mane ola bilmədilər. Ölkənin ağır günündə ağır məsuliyyəti öhdəsinə götürən Heydər Əliyev qısa zaman çərçivəsində vəziyyətə nəzarəti ələ aldı. Müstəqilliyimizin xarici daxili düşmənlərinə xalqın dəstəyi ilə qalib gələn ümummilli lider ölkəni xilas etməklə xalqın ona olan etimadını doğrultdu. Ulu öndərin Bakıya qayıtdığı 15 iyun ölkəmizin Qurtuluş Günü oldu. Məlumdur ki, müstəqillik qazanmaq qədər çətindirsə, onu qorumaq dəfələrlə çətindir. Azərbaycan xalqı bu təcrübəni ötən əsrin sonlarında bir daha yaşadı. Məhz Heydər Əliyevin peşəkarlığı, uğurlu siyasi xətti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaq mümkün oldu.

Beynəlxalq siyasətdə hüquq yox, güc əsas faktordur. Böyük güclər daim təbii ehtiyatlarla zəngin, mühüm geostrateji coğrafiyada yerləşən ölkələr uğrunda amansız mübarizə aparırlar. Bəzən bu açıq formada, bəzən müxtəlif adlar altında müşahidə edirik. ABŞ, AB, Çin, Rusiya kimi qlobal oyunçuların savaşdığı Cənubi Qafqaz regionunda inkişafı müstəqil xarici siyasət kursu ilə qonşularından fərqlənən Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiyanı bu gün uğurla davam etdirilir. Son illərin hadisələrinə nəzər salsaq (ABŞ-ın Əfqanıstan İraqı işğal etməsi, Rusiyanın Gürcüstanın seperatçı muxtar respublikalarını müdafiə adı altında bu ölkənin bir hissəsini Ukraynanın ərazi bütövlüyünü pozaraq Krımı işğal etməsi, Fransanın Afrikadakı işğalları, Orta Asiya hadisələri-Qırğızıstandakı davamlı silsilə çevrilişlər, Ərəb baharı, post sovet respublikalarında rəngli inqilablar və.s) Azərbaycanın regionda sözün həqiqi mənasında müstəqil olan yeganə dövlət olduğunu görürük.  Ötən əsrin 90-cı illərinin əvvəllərində populist çıxışlarla qonşularla münasibətləri korlayan, xarici siyasət, dövlət idarəçiliyi sistemindən xəbəri olmayan rəhbərlikdən fərqli olaraq, Ümummilli lider ölkəmizin uzun illər öz mövcudluğunu qoruyub saxlamasını təmin edəcək strategiya formalaşdırdı. Məhz bu strategiya sayəsində post sovet ölkələrində xarici kəşfiyyat orqanlarının həyata keçirdiyi inqilablar, dövlət çevrilişləri Azərbaycandan yan keçdi. Ölkəmizdə belə çevriliş cəhdlərinə imkan verilmir.

Cənubi Qafqazda Ermənistan Gürcüstandan fərqli olaraq Azərbaycan hansısa xarici ölkənin forpostu statusunda deyil. Belnəlxalq nüfuz savaşında tərəf tutmayan, hansısa böyük dövlətin "quberniyası"na çevrilməyə respublikamız xarici siyasətdə bəlli bloklara qoşulmamaq siyasəti nəticəsində məhz bugünkü mövcudluğunu qoruyub-saxlaya bilir. Məhz Ümummilli liderin əsasını qoyduğu xarici siyasət kursu  ölkəmizin tam müstəqilliyini qorumağa beynəlxalq güc mərkəzləri ilə dialoq çərçivəsində bərabər hüquqlu əməkdaşlıq etməyə imkan yaradır. Dünyada baş verən proseslər bir daha sübut edir ki, Azərbaycanın dəqiqliklə hesablanmış xarici siyasəti ölkənin dünyanın güc mərkəzləri arasında gedən mənfəət mübarizəsində müstəqil dövlət kimi mövcudluğunun saxlanmamasının qarantıdır. Tarix dövrün reallıqları göstərir ki, pafoslu bəyanatlarla, hansısa güc mərkəzinin diqtəsilə həyata keçirilən xarici siyasət uğursuzluğa məhkumdur. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi, 2014-cü ildə başlayan hələ davam edən Ukrayna problemi postsovet ölkələrinin xarici siyasətinin uğursuzluqlarının nümunəsidir. Hamıya aydındır ki, Qərbin razılığı yaxud da istəyi ilə başlayan bu proseslər acı nəticələr verdi.

Bu yaxınlarda rast gəldiyim aşağıdakı fikirlər həmin dövrün Qurtuluş Günündən sonrakı mərhələnin əhəmiyyətini aydın izah edir: "Hazırlıqsız, heç bir proqramı olmayan, eyni zamanda Azərbaycanın düşdüyü geosiyasi vəziyyəti düzgün qiymətləndirməyən həmin iqtidarın fəaliyyəti nəticəsində iki il Azərbaycan xalqı üçün itirilmiş oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin bünövrəsi sözün əsl mənasında yenidən qoyuldu və ölkədə düzgün, düşünülmüş siyasət reallaşdırılmağa başladı. Dövlət hakimiyyəti möhkəmləndirildi, Azərbaycanın qonşu ölkələrlə münasibətləri qaydaya salındı. Beynəlxalq təşkilatların tribunasından ciddi istifadə edilməyə başlandı".

Tarix yalnız oxumaq üçün deyil, əsasən dərs çıxarmaq üçündür. Müasir dünyada baş verən proseslər ulu öndərin Azərbaycan üçün seçdiyi yolun uğurlu olduğunu sübut edir. Ümummilli liderin siyasi kursunun nəticəsidir ki, bugün Azərbaycan MDB məkanında tam müstəqil olan yeganə respublikadır.

Bu siyasi kursun başlanğıcı 15 iyun tarixidir. 15 iyun Azərbaycan tarixinə Qurtuluş Günü kimi həkk olub. Ümummili liderin qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi. Müstəqil dövlət strukturları formalaşdırıldı. Müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan ulu öndər Heydər Əliyevin praqmatik fəaliyyəti nəticəsində çətin sınaqlardan uğurla çıxdı. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün regionun ən qüdrətli ölkəsidir.

 

Emin HƏSƏNLİ, politoloq

525-ci qəzet.- 2014.- 13 iyun.- S.6.