XII Qurultayımız

 

 

 

2014-cü il  iyunun 17-də  Azərbaycan Yazıçılarının XII Qurultayı başlanır. Son Qurultayımızdan on il ötüb. Nizamnaməmizə görə qurultaylarımız hər beş ildən bir keçirilməlidir. Amma  təəssüf ki, obyektiv  səbəblərdən Nizamnamənin bu bəndinə bəzən riayət edilməyib. Üçüncü  Qurultayla Dördüncü Qurultaylar arasından yeddi il, Doqquzuncu  Qurultayla Onuncu  Qurultay arasından altı il keçib. 1934-cü ildə çağrılmış Birinci Qurultayımızla 1954-cü ildəki İkinci Qurultayımız arasında  isə tam iyirmi il  ara var.

On ikinci Qurultayımızın beş il yubanmasının da  obyektiv səbəbləri var. Bu arada Birliyimizin binası uzun müddət ərzində  əsaslı təmirə dayandı.

 2009-cu ildə təşkilatımızın 75 illiyi çoxlu xarici qonaqların iştirakıyla  qeyd edildi. Həmin günlərdə Bakıda  "Sərhədsiz söz" Beynəlxalq Yazıçılar Təşkilatının da toplantısını keçirdik  bu təşkilata sədarət növbəylə Azərbaycana həvalə olundu. Bu illər ərzində  Birliyimizin fəal iştirakıyla bir sıra   Beynəlxalq səviyyəli tədbirlər, o cümlədən geniş miqyaslı ədəbi tədbirlər  keçirildi, klassiklərimizin yubileyləri təntənəli şəkildə qeyd olundu. Birliyimizin təmsilçiləri müxtəlif ölkələrdə ədəbi-ictimai toplantılarda, kitab sərgilərində iştirak etdilər. Bu il Türkdilli  ölkələrin yeni yaranmış Yazarlar Birliyinin sədri Azərbaycandan seçildi.

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də yaranıb. Yubiley tədbirlərimizdə xeyli sayda   qonaqların  iştirakını nəzərə alaraq  XII qurultayımızı da həmin tarixə - yəni təşkilatımızın 80 illiyinə - uyğunlaşdırdıq iyunun 18-də bu yubiley təntənəli şəkildə qeyd ediləcək. Bu tədbirlərin yüksək səviyyədə, müstəqil ölkəmizin adına layiq şəkildə keçirilməsi üçün hörmətli Prezidentimiz İlham Əliyevə  hərtərəfli dəstəyinə görə dərin minnətdarlığımızı bildiririk.

Bir çox  cəhətləriylə əvvəlki Qurultaylardan fərqlənən  bu  Qurultya təbii ki, daha uzun müddətdə hazırlaşmalı olduq. Əvvəlki qurultaylarda  təşkilatımızın bütün üzvləri iştirak edirdisə,  üzvlərimizin xeyli artmasıyla bağlı bu  Qurultaya nümayəndələr seçməli olduq.

XI Qurultayımızda qəbul olunmuş Nizamnaməmizə uyğun olaraq nümayəndələrin sırasına Birliyin rəhbərliyi, Ağsaqqallar Şurasının, İdarə Heyətinin, Gənclər Şurasının, Təftiş Komissiyasının üzvləriylə bir sırada bölmələrimizdən janrlar üzrə seksiyalarımızdan - on nəfərdən biri nümayəndə seçildi. Qurultay nümayəndələrinin ümumi sayı 439 nəfərdir. Bu isə Birlik üzvlərimizin təxminən üçdə birini təşkil edir. Tam demokrtik şəraitdə keçirilmiş bu seçkilərə hazırlıq işləri müəyyən vaxt apardı.

XI XII qurultalar arasında keçən bu illərin bir böyük əhəmiyyəti var. Bu on il ərzində ədəbiyyatımıza yeni yazıçılar  nəsli gəldi bir qədər  əvvəl gələn gənclər nəslinin təmsilçiləri püxtələşdi. Birliyin strukturlarında mətbuat orqanlarında aparıcı vəzifələr gənclərə tapşırıldı.

Əvvəlki qurultaylardan fərqli olaraq, məruzələrin vaxt aparmaması, Qurultay nümayəndələrinin xeyli sayda xarici qonaqların çıxışlarına  daha artıq  müddət verilməsi üçün son bir il ərzində müxtəlif janrlar üzrə məruzələr sifariş edildi, bu məruzələr Natəvan klubunda səsləndi    toplanaraq   Qurultay nümayəndələrinə müzakirə üçün  kitab şəklində təqdim olunur. Göründüyü  kimi, məruzəçilərin hamısı gənclərdir - bu son on  ildə ədəbiyyatda  imzasını təsdiq etmiş  ad qazanmış istedadlı  gənclər...

Bu iki cəhətdən vacib idi. Gənclərə məsuliyyətli bir - keçən dövrün ədəbi məhsulu haqqında məruzə tapşırmaqla onları bu cəhətdən yetişdirməyə çalışdıq. Həm cari ədəbi prosesə məhz yeni nəslin gözləriylə baxmaq, bu prosesi onların nəzəriylə qiymətləndirmək xüsusi önəm daşıyırdı. Məlum həqiqətdir ki, ədəbiyyatımızın gələcəyi  gəncliklə bağlıdır, amma bu gəncliyi qayğı tələbkarlıqla yetişdirmək, qarşıdakı  daha məsul işlərə hazırlamaq da bizim - yaşlı nəslin borcu vəzifəsidir. "Halva-halva deməklə ağız şirin olmur", gənclərə "can-can" deyən, "quru-quru qurban olanlar" az deyil, ara-sıra onları yaşlı nəslə qarşı qoymağa, ya qaldırmağa  cəhdlər edilir. Amma  bu heç kəsin xeyrinə deyil - gənclərin, yaşlıların. Gəncliyin yaradıcı enerjisi, yazıb yaratmaq həvəsi ədəbiyyatımıza qədər lazımdırsa, yaşlıların da halal  nüfuzu, illərlə qazanılmış təcrübəsi o qədər lazımdır. Yalnız bütün nəsillərin bir-birinə qarşılıqlı hörməti, səmimi, etibarlı münasibəti sağlam ədəbi mühit təmin edə bilər.

İnanıram  ki, növbəti qurultayamız da məhz belə bir işgüzarlıq şəraitində, qarayaxalıqdan, ədəbiyyata dəxli olmayan dedi-qodulardan uzaq şəraitdə, bütün nəsillərə mənsub olan yazıçılarımızın birgə əməkdaşlığı, qarşılıqlı hörməti şəraitində  keçəcək. Qonaqlarımız bir daha Birliyimizin bütövlüyünə bölünməzliyinə  şahid olacaq. Azərbaycan Yazıçılar Birliyi həmişəki  kimi milli maraqlarımıza, müstəqil dövlətimizin mənafeyinə xidmət edəcək, xalqımızın mənəvi dəyərlərinin keşeyində duracaq, ədəbiyyatımızın keçmişinə gələcəyinə daima  sadiq qalacaq. Qurultayda işimizin yeniləşməsi daha da səmərəli aparılması istiqamətində irəli sürülən konkret təkliflər, alınan  qərarlar Birliyin bundan sonrakı fəaliyyəti üçün zəmin  yaradacaq.

Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yarat mamaqçün qərarımı Qurultay ərəfəsində verəcəm - deyirdim. İndi Qurultay ərəfəsində bildirirəm ki, Qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin şərəfli vəzifəni bütün məsuliyyətimlə   daşımağa hazıram.

 

ANAR

525-ci qəzet.- 2014.- 13 iyun.- S.4.