Mərdliyin profilləri- Con F.Kennedi
İngiliscədən Telman Orucov tərcümə
edib
(davamı)
Köhnə on doqquzuncu əsr yeni iyirminci əsrə
çevrildikdə Amerika dəyişmişdi, onun sənaye sahələri
və şəhərləri böyümüşdü,
dünyada onun qüdrəti artmışdı. Və həm
də Corc Norris də dəyişilmişdi və dəyişilmə
çox kiçik idi. Onun kiçik fiqurası qara
darıxdırıcı kostyumda, ağ
köynəkdə və qara ayaqqabı bağına bənzəyən
kiçik qalstukda idi və o, bu geyimi ömrünün
çox hissəsində və ölənə qədər dəyişmədi.
Onun yumşaq davranışı, adamı tərksilah
edən vicdanlılığı və axşamlar sakitcə
kitab oxumaq hesabına siyasətçilərin sosial cəmiyyətindən
uzaq qaçması, öz ölkəsində onu siyasətçi
karyerasından aralı saldı, ancaq seçicilər
arasında onun populyarlığı xeyli müddət davam
etdi.
Yalnız
onun siyasi baxışı qırx il ərzində
Vaşinqtonda icra etdiyi uzun karyeranın
başlanğıcında dəyişdi. Çünki
1903-cü ildə Corc Norris ilk dəfə Nümayəndələr
Palatasına daxil olanda Nebraska düzənliklərindən gələn
təzə adam kimi, o, möhkəm,
konservativ Respublikaçı idi, sonralar yazdığı kimi
“öz mövqeyinə əmin olmaqla, əqidəsində
ağılsız olmaqla, öz mövqeyini başqa heç
bir siyasi partiyaya və ya siyasi fikrə
bağlamamışdı”. Lakin “mən öz
sevdiyim qəhrəmanların bir-bir solduqlarını
gördüm. Mənə agah oldu ki,
müxalifətə qarşı ittiham irəli
sürdüyüm bütün şər işlərdə
faktiki olaraq öz partiyam təqsirkardır”.
Hər bir sadə fəsil Corc Norrisin apardığı
bütün mərd və müstəqil döyüşləri
tamamilə sadalaya bilməz. Onun ən dözümlü nailiyyətləri
ictimai hakimiyyət meydanında idi və onun uzun mübarizəsinin
gətirdiyi faydalar Tennessi vadisindəki xalqa aşağı
qiymətli elektrikləşdirmə ilə
az sayda paralellərə malik idi, baxmayaraq ki, onlar Nebraska
ştatındakı evlərindən millərlə aralı
olan bir məsafədə yaşayırdılar. Lakin onun həyatında üç mübarizə
hadisəsi var idi ki, onlar igidliyin üzə
çıxması üçün xüsusi qeyd edilməyə
layiq idi – “Çar” Kannonun devrilməsi artıq təsvir
edilmişdir; onun 1928-ci ildə Prezident seçilmək
üçün Al Smitə köməyi; və onun 1917-ci ilə
Silahlı Gəmi Billinə qarşı obstruksiya təşkil
etməsi.
Vudro Vilson 1917-ci ilin əvvəlində “silahlı
neytrallıq” barədəki siyasəti kədərli qaydada
müəyyən etmişdi, Konqressin gərgin keçən
birgə sessiyasının qarşısında
dayanmışdı ki, qanunverici hakimiyyət Amerikan ticarət
gəmilərini silahlandırmaq üçün ona səlahiyyət
versin, Amerikan ictimaiyyəti bunu o saatca bəyəndi. Almanlar özlərinin
qeyri-məhdud sayda sualtı qayıqları ilə müharibə
aparmaq üsulundan istifadə edərək, daha sıx
blokadanı gücləndirmişdi, bunun vasitəsilə Kayzer
(Almaniya imperiyasının Kayzeri – tərcüməçi)
Britaniya adalarını ac qoymaqla tabe etdirmək istəyirdi; və
Dövlət katibi Lansinq nəzakətli qaydada məlumat
vermişdi ki, müharibə zonasında olan hər bir Amerikan
gəmisi torpedo hücumuna məruz qalacaqdır. Artıq Amerikan gəmiləri axtarılıb tutulur
və batırılırdı, mətbuat bizim dənizçilərimizə
göstərilən vəhşiliklər barədəki əhvalatlarla
dolu idi.
Qanun layihəsinin müzakirəsi davam edirdi, qəzetlər
Birləşmiş Ştatlara qarşı yeni qəsd
hazırlanmasını öyrənə bilmişdilər; bu,
alman xarici işlər üzrə aşağı dərəcəli
Dövlət katibi Tsimmermandan Meksikadakı alman elçisinə
göndərilən xəbərdən öyrənilmişdi. Buna əsaslanan
qeyd (elə adamlar üçün ki, onlar belə xüsusi
vaxtda bunların həqiqiliyini, Britaniya və Amerikan hökumətlərinin
motivlərinin açılmasını soruşurdular) Birləşmiş
Ştatlara qarşı Meksikanın və Yaponiyanın bir
araya düzlənməsi sxemini təklif edirdi. Əvəzində
onlar müdaxilə bazasından istifadə edəcəkdilər,
Meksikaya vəd edilirdi ki, yetmiş ildən çox əvvəl
Sem Hyuston və onun həmvətənləri tərəfindən
tutulmuş “Amerikan koloniyalarını” onun üçün bərpa
edəcəklər.
Tsimmermanın qeydindəki məlumatlar qəzetlərə
sızdıqda, Silahlanmış Gəmi Billinə
bütün müqavimət cəhdləri Nümayəndələr
Palatasında o saatca iflasa uğradı. Qanun layihəsi
13 səsə qarşı 403 səs çoxluğu ilə qəbul
olundu – səsvermə Prezidentin hərəkətinin xalq rəyinə
uyğun olduğunu öz təmsilçilərinin vasitəçiliyi
ilə aydın göstərdi. Böyük
çoxluqla birlikdə Nebraskanı təmsil edən
Konqressmenlərin qanun layihəsinə verdiyi dəstək də,
heç şübhəsiz, ştatın hisslərini ifadə
edirdi.
Lakin 2 mart 1917-ci ildə Senatda Silahlanmış Gəmi
Billi Viskonsindən olan Robert La Follettenin və Nebraskadan olan
Corc Norrisin başçılığı altındakı
üsyançılar tərəfdarlarının kiçik
qrupunun möhkəm müxalifəti ilə üzləşdi. Ştatdan təzə Senator
kimi, əvvəlki ildə Demokratik Qanunvericiliyə, Senatora və
Prezidentə səs verən Corc Norris (La Folletteyə bənzəmədən)
nə öz mahalında möhkəmlik qazanmış bir
siyasi şəxsiyyət deyildi, nə də əmin deyildi ki,
onun xalqı Vilsona və onun siyasətinə müxalifdir.
Əvvəlki aylarda o, alman hökuməti ilə diplomatik
əlaqələrin sərtləşməsi də daxil
olmaqla, başlıca xarici siyasət məsələlərində
Prezidenti dəstəkləmişdi. Onun hərbi məsələlərə
münasibətdə patsifist və izolyatsionist olmasına
baxmayaraq, təbiəti isə ona bütün beynəlxalq məsələlərdə
obstruksionist olmağı və ya xırda məsələlərdə
Prezidentin tələblərinin hamısına müxalifət
tərəfdarı olmağı qadağan edirdi (həqiqətən
də II Dünya müharibəsi yaxınlaşanda, onun
izolyatsionizmi əsasən yoxa çıxdı).
Lakin Corc
Norris müharibəyə nifrət edir – və qorxurdu ki,
inandığı “Böyük Biznes” bizim proqressimizə
stimul verməklə, müharibə yolu ilə gedir, milləti
faydasızlıq mühitinə qovmaqla, qanlı mübarizəyə
meyllidir; həm də Prezident – xalqı öz məsləkinə
çəkməkdən uzaq olmaqla –
çalışırdı ki, ictimai rəyi panika vəziyyətinə
salsın ki, müharibəyə razılıq vermək
üçün Senata təzyiq göstərsin; və
Silahlanmış Gəmi Billi Amerikan hərbi
ehtiyatlarını amerikanların həyatı ilə birlikdə
himayə etmək icadı idi, bu icad bizi birbaşa
döyüşmək üçün münaqişəyə,
həm də Konqressin sonrakı müzakirəsi və ya
Almaniya tərəfindən Birləşmiş Ştatlara
hücum olmadan belə, birbaşa münaqişənin içərisinə
atacaqdı. O, Billin geniş səlahiyyət verəcəyindən
qorxurdu və Konqressdəki hər şeyi məhv edən
gücə malik olmasına nifrət edilən bir qaydada
yanaşırdı. Bu həmin vaxt vacib igidlik
deyildi ki, Norris düzgündür ya səhvdir. Onun öz məsləkinə dəstəyi
üçün etdiyi igidlik bu vaxt o qədər də vacib
deyildi.
Senator Norris bir dəfə demişdi ki, “xalq buna inanmaya
bilər, lakin mən xoşlamıram ki, mübarizələrə
girim”. 1917-ci
ildə onun xoşlayıb-xoşlamadığından
asılı olmayaraq, Nebraskadan olan təzə adam
öz karyerasında ən çətin, daha acı mübarizələrdən
birinə hazırlaşdı. Həmin günlərdən
Norris üçün başlıca məsələ
özünün On İkinci və ya Lame
Duck (Axsaq Ördək – tərcüməçi) Düzəlişi
idi, Altmış Dördüncü Konqress isə yeni
Prezidentin müddəti başlandığı ilə eyni
gündə, martın 4-də günorta vaxtı öz səlahiyyətini
bitirdi. Əgər Senat bir saat əvvəl səs verə bilməsəydi,
Konqress onun qəbul edilməsini dayandıra bilərdi və
Norris və onun kiçik qrupu ümid edirdi ki, 1916-cı il Prezident kampaniyası ərzində xalq tərəfindən
seçilmiş yeni Konqress – “o bizi müharibədən kənarda
saxlayır” şüarına əsaslanaraq – tədbirin əksinə
birləşə bilər və ya ən azı onu
ehtiyatlı şəkildə müzakirə edərdi. Sonrakı iki gün ərzində səsvermənin
qarşısının alınması isə yalnız bir
sözlə – obstruksiya ilə (filibuster – ABŞ Konqressində
bir fraksiya tərəfindən müzakirəni süni surətdə
uzatmaq yolu ilə qanun layihəsinin qəbul edilməsinə
mane olmaq üçün tətbiq edilən vasitə – tərcüməçi)
ovsunlana bilərdi.
Senatda
obstruksiya sui-istifadələrini yoluna qoymaq üçün
qaydaları dəyişdirməyin tərəfdarı olan Corc
Norris güclü surətdə hiss etdi ki, müharibə məsələsinin
özü “metodu mənim pozmağımın
acığına” taktikasını qəbul etməklə, təhlükə
altına qoyulmuşdur. Parlament zalında öz
qrupunun lideri kimi o, çıxış edənləri təyin
etdi ki, müzakirəni pozmaq üçün heç bir
imkanın olmamasına və qanun layihəsinin müzakirəyə
qoyulacağına qadir olduğuna əminlik yaransın.
Senatdakı ən yaxın dostlarından çoxu onun bu
davranışından heyrətə gəlmişdilər. Arxadakı vətənində
anti-alman qəzəb hissindən agah olan bir Senator şikayətlənmişdi ki, “heç bir
ştat, yalnız ərköyünlərlə məskunlaşan
ştat, Norrisin etməyə
çalışdığını təsdiq edəcəkdir”.
Lakin Nebraska özünün gənc Senatorunun
mövqeyini təsdiq etmədi. Müzakirə
gedən vaxt Nebraska qəzetləri nazik pərdə
arxasından xəbərdar edərək, məlumat verirdi ki,
Nümayəndələr Palatasında dəhşətli səsvermə
“xalqın hisslərini təmsil edir”. Və
Nebraska Qanunvericiliyi artıq yekdilliklə Prezident Vilsona
“Nebraska ştatının bütün vətəndaşlarının
hansısa siyasi partiyaya, hansısa qana və ya doğum yerinə
məxsus olmasına baxmayaraq, bunda amerikanların hüququnu,
millətimizin ləyaqətini və bayrağımızın
şərəfini dəstəkləməyin zərurətini
tapa bilsələr, loyallığını və
bölünməz müdafiəsini” vəd edirdi.
Lakin Corc Norrisi öz vicdanı idarə edirdi. O, deyirdi: “Başqa qaydada
Konqressin üzvü ifadə olunan ictimai hissinə çəki
verəndə ancaq avtomat maşına çevrilir və
Konqres nə vətənpərvərlik, nə təhsil və
nə də heç bir igidlik tələb etmirdi”. Və beləliklə,
yalnız onu saxlayan öz vicdanı ilə Senator saat mexanizmi kimi işləyirdi ki, öz
kiçik qrupunun yatmış ruhlarını dəstəkləsin.
Davam edən müzakirələr
üçün yeni çıxış edənlər
hazırlasın və obstruksiyanın sonuna qədər hər
bir müxalif hərəkəti yoxlasın.
Norris sonralar danışırdı ki, bəzi Senatorlar
özəl qaydada ona yaxınlaşıb obstruksiyanın
uğurlu olmasını arzu edirdilərsə, bu vaxt məsələ
qaldıran partiya öz müstəvilərində Prezidentin
mövqeyinə ardıcıl olaraq ictimai qaydada dəstək
verirdi. Norris
onlara deyəndə ki, vacib məsələ ona əmin olmaq
idi, çox sayda çıxışçılar olsun, ifadə
etdikləri nöqteyi-nəzərə məhəl qoymadan
Norrislə özəl razılaşmaya görə, Prezidenti
iki dəstəkləyən adam qanun layihəsinin
xeyrinə uzun-uzun danışırdı.
Müzakirə gündüz və gecə davam edirdi; və
4 mart səhərində Senat qaydasızlığa
bürünmüş bir səhnə idi. Norris sonralar
yazmışdı: “Bu son dəqiqələr mənim xatirimdə
yaşayacaqdır”.
“Bu zalda adamlar emosiyalarını bildirmək
üçün qullara çevrilirlər. Hirsin və
acığın hücumu, mənim mühakiməmə
görə, heç vaxt Birləşmiş Ştatlar tarixində
bu dərəcədə olmamışdı. Saat günortaya gəlib çatanda sədr təxirə
salınmanı elan etdi. Obstruksiya qalib gəldi.
Konfransın məlumatına görə Amerikan
gəmilərinə silahlanma vermə səlahiyyəti
Senatın sanksiyası ilə uğursuzluğa düçar
oldu. Bütün ölkəni gərginlik həyəcanı
bürüdü və bu, xüsusən Senatın
özündə yayıldı... Mən obstruksiya ədalətli
hesab edilən gündən hiss etdim ki, heç vaxt bu məsələdə
iştirakıma görə üzr istəməyəcəyəm...
(Biz) vicdanlı qaydada inanırdıq ki, bu
mübarizədə bizim hərəkətlərimizlə
müharibədə Amerikanın iştirakının
qarşısını aldıq”.
Lakin
onların qələbəsi ötüb keçən bir
iş idi. Çünki Prezident tələsik Konqressin
xüsusi sessiyasını çağırmaqla, üstəlik
bu vaxt Senat debatı məhdudlaşdırmaq üçün
bağlamaq qaydasını qəbul etdi (Norrisin köməyi ilə),
– həmçinin elan etdi ki, qanunun sonrakı sınaqdan
keçirilməsi bunu aşkarladı ki, icra hakimiyyətinin səlahiyyətinə
artıq Konqressin hərəkəti olmadan gəmiləri
silahlandırmaq da daxildir. Və Prezident həmçinin
indiyədək dəfələrlə sitat gətirilən
“özününkündən başqa heç bir rəyi təmsil
etməyən, Birləşmiş Ştatlar böyük
hökumətinin köməksiz və nifrət edilən
olmasına çevrilməsini” istəyən niyyətli
adamların kiçik qrupuna xətər toxundurmaqda da sərbəst
olacaqdı.
(Ardı var)
525-ci qəzet.- 2014.- 14 iyun.- S.22.