İlyas Əfəndiyevin yubileyi “Boy çiçəyinin
ətri” adlı tədbirlə qeyd edildi
İyunun
12-də Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
tədris teatrında görkəmli nasir və dramaturq, Xalq yazıçısı,
“Şöhrət” ordenli
İlyas Əfəndiyevin
100 illik yubileyinə həsr olunmuş “Boy çiçəyinin ətri”
adlı tədbir keçirilib.
AzərTAc xəbər verir
ki, universitetin rektoru Fərəh Əliyeva tədbirin Prezident İlham Əliyevin Xalq yazıçısı İlyas
Əfəndiyevin 100 illik
yubileyinin keçirilməsi
haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamına
əsasən təşkil
edildiyini diqqətə
çatdırıb.
O, bildirib ki, gecənin
quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Bəhram Osmanovdur.
Filologiya
elmləri doktoru,
professor Nizaməddin Şəmsizadə
Xalq yazıçısı,
XX əsrin böyük
sənətkarı İlyas
Əfəndiyevin şəxsiyyəti
və yaradıcılığı
haqqında söhbət
açıb.O, qeyd edib ki, ömrünün
60 ilini yaradıcılığa
həsr etmiş böyük sənətkar
ədəbiyyata 1939-cu ildə
yazdığı “Kənddən
məktublar” hekayələr
toplusu ilə gəlib.Nizaməddin Şəmsizadə
görkəmli nasir İlyas Əfəndiyevin
“Boy çiçəyi”, “Bahar
suları”, “Körpüsalanlar”,
“Dağlar arxasında
üç dost” kimi əsərləri haqqında
danışaraq bildirib
ki, böyük sənətkar əsərlərini
şirin, səlis dillə yazıb. Sözün qədrini bilən, sözü ucalara qaldıran İlyas Əfəndiyev istedadı
və şəxsiyyəti
ilə zirvədən-zirvəyə
yüksəlib.
Tədbirdə xalq artistləri Amaliya Pənahova, Bəsti Cəfərova, Firəngiz Mütəllimova
görkəmli dramaturqun
pyeslərində oynadıqları
rollar barədə söhbət açıblar. Qeyd ediblər
ki, böyük sənətkarın yazdığı
pyeslər ilə dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev teatrı” yaranıb.
Vurğulanıb ki, ürəyi Azərbaycan üçün
döyünən İlyas
Əfəndiyev ədəbiyyatımızın
və teatrımızın
inkişafına çalışıb
və bu da özünü onun yazdığı əsərlərdə göstərib.
Tədbirdə görkəmli yazıçının
pyesləri əsasında
hazırlanmış tamaşalardan
lent yazıları, həmçinin
universitetin tələbələrinin
ifasında “On manatlıq
lüstur” əsərindən
epizod nümayiş olunub.
Eyni zamanda böyük sənətkarın
əsərlərindən parçalar
və vaxtilə görkəmli insanların
onun haqqında söylədikləri fikirlər
səsləndirilib, incəsənət
ustalarının ifasında
şeir və musiqilər dinlənilib.
Sonda İlyas
Əfəndiyev haqqında
onun ailə üzvlərinin söylədikləri
fikirləri əks etdirən süjet təqdim edilib.
525-ci qəzet.-
2014.- 14 iyun.- S.17.