İtaliyada yazıçı Məhəmməd Əsəd bəylə bağlı konfrans olub

 

 

İtaliyanın Kampaniya vilayətinin Pozitano şəhərində azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) həyat yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin, Pozitano meriyasının, İtaliya-Azərbaycan Assosiasiyasının “Nicola Longobardinəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliyanın elmi dairələrinin, şəhər ictimaiyyətinin KİV-lərin nümayəndələri, eləcə tələbə mübadiləsi proqramı çərçivəsində bu ölkədə səfərdə olan “ADA” Universitetinin müəllim tələbələri iştirak ediblər.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqrande belə bir tədbirin keçirilməsinin ölkələrimiz xalqlarımız arasında mədəniyyət incəsənət sahəsində daha sıx əlaqələrin qurulması baxımından vacibliyini vurğulayıb: “Tarixən bir çox istiqamətlərdə ortaq dəyərləri bölüşən xalqlarımız bu gün əməkdaşlıq əlaqələrini genişləndirməkdədirlər”.

Pozitano şəhərinin meri Mikele De Luçia Azərbaycanın İtaliyanın şəhərləri arasında münasibətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, rəhbərlik etdiyi şəhərin 2013-cü ildə Azərbaycanın Naftalan şəhəri ilə tərəfdaşlıq əlaqələri qurmasından məmnunluq duyduğunu deyib: “Ömrünün son dörd ilini Pozitanoda keçirmiş Məhəmməd Əsəd bəyin yaradıcılığı iki xalq arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verib”.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov azərbaycanlı yazıçının həyat və yaradıcılığına həsr olunmuş belə bir tədbirin Pozitanoda keçirilməsinin ölkələrimiz arasındakı geniş əlaqələrin bariz göstəricisi olduğunu bildirib. Diplomat ölkəmizin tarixinin əsas mərhələlərini, bugünkü siyasi, iqtisadi mənzərəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Milandakı Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı, professor Karlo Frappi, Neapolda fəaliyyət göstərən “Accademia Pontaniana” Cəmiyyətinin üzvü və mədəni irs üzrə mütəxəssisi Salvatore Ferraro konfransın italiyalı oxucuları Azərbaycanın mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında məlumatlandırmaq baxımından yaxşı imkan yaratdığını bildirib.

Sonra “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” və yeni nəşrdə “Əli və Nino” kitablarının təqdimatı olub.

“Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” kitabının müəllifi professor Romolo Erkolino nəşr haqqında məlumat verərək deyib ki, kitabda tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin əlyazmaları, dərc olunmamış məktubları və ömrünün son dörd ilini keçirdiyi Pozitano ilə bağlı xatirələri yer alıb.

Sonda Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 14 iyun.- S.17.