“Sarıköynəklə Valehin nağılı”na ictimai baxış olub

 

 

Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas ƏfəndiyevinSarıköynəklə Valehin nağılıəsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxışı olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

İki zəhmətkeş namuslu gəncin saf təmənnasız məhəbbətindən, qarşılaşdıqları çətinliklərdən bəhs edən iki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir. Tamaşada əsas rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlarlar Günel Məmmədova, Elnur Kərimov başqaları ifa ediblər. İctimai baxışda iştirak edən teatrın bədii şura üzvləri yeni səhnə əsəri haqqında yüksək fikirlər söyləyərək, tamaşanın uğurlu alındığını vurğulayıblar. Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası iyunun 20-də keçiriləcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 14 iyun.- S.17.