Masallıda Beynəlxalq Folklor
Festivalı açılıb
Masallı şəhərinin mərkəzi
meydanında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr edilmiş III Beynəlxalq folklor festivalının açılış
mərasimi olub. Mədəniyyət
və Turizm Nazirliyinin, Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən
festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri istedad və bacarıqlarını
nümayiş etdirəcəklər.
Beynəlxalq folklor festivalında Azərbaycanı Astara, Balakən, Ağcabədi və Masallı rayonlarının folklor kollektivləri təmsil edirlər.
Tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki
abidəsi önünə
gül dəstələri
düzərək xatirəsini
ehtiramla yad ediblər. Meydanda folklor kollektivlərinin
paradı və nümunəvi çıxışları
olub. Mərasimdə
Milli Məclisin deputatları Elmira Axundova,
Nəriman Əliyev, Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Latviyanın ölkəmizdəki
səfiri Hardiys Baumanis, Türkiyənin Azərbaycandakı səfirliyinin
mədəniyyət məsələləri
üzrə müşaviri
Seyid Əhməd Arslan, qardaş ölkənin Sandıxlı
şəhər bələdiyyəsinin
sədri Mustafa Öz,
rayonun rəhbərləri
və ictimaiyyətin nümayəndələri iştirak
ediblər. Tədbir Masallı şəhərindəki
Nizami Gəncəvi adına mədəniyyət
və istirahət parkında davam edib.
Açıq meydanda təşkil
edilmiş sərgidə
qonaqlar yerli rəssamların əsərləri,
rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri,
qədim dulusçuluq
məişət əşyaları,
milli mətbəxin nümunələri ilə
yaxından tanış
olub.
İyunun 15-də başa çatacaq festivalın yekun konsertində iştirakçılara
diplomlar və xatirə hədiyyələri
təqdim olunacaq.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 14 iyun.- S.17.