Mayisə Ağamirzəyeva:"Diaspor qurumları ölkəmizin maraqlarına hesablanmış plan əsasında hərəkət etməlidirlər"

 

 

Müsahibimiz "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadır. Qeyd edək ki, M.Ağamirzəyeva 11 ildir ki, Niderlandda yaşayır, Haaqa şəhərində tibb sahəsində çalışır. Eyni zamanda Azərbaycan diasporunun güclənməsi,ölkəmizin təbliğatı tanıdılması istiqamətində fəal çalışır.O, ilk olaraq rəhbərlik etdiyi qurumun yaranması fəaliyyəti barədə danışıb.

- Qadınlardan ibarət "Ana Vətən" cəmiyyətini yaratmaq təşəbbüsü yazıçı-ziyalı xanım Gülşən Lətifə məxsusdur. 10 il öncə Niderlandda yeni-yeni formalaşan diasporumuza yardım etmək fikrinə düşmək bir qadın üçün böyük cəsarət idi Gülşən xanımın rəhbərlik etdiyi illərdə "Ana Vətən" bir çox böyük layihələr reallaşdırmağa nail olmuşdu. 3 il öncə isə cəmiyyətin sədri vəzifəsi mənə tapşırıldı mən bu məsuliyyəti üzərimə götürərkən daha böyük uğurlara imza atacağımıza əmin idim. Bu müddət ərzində bir çox işlər görmüşük, uğurlu layihələrə imza atmışıq. Həyata keçirdiyimiz layihə tədbirlər çoxdur. Hamısını sadalamaq istəmirəm, amma bu tədbirlər ökəmizin tanıdılması, onun qarşılaşdığı faciələr, xüsusilə Xocalı soyqırımı həqiqətlərinin yayılmasına xidmət edirdi.

Azərbaycan mədəniyyətinin tanıdılması nümayiş etdirilməsi sahəsində bir sıra addımlar atılıb. Bundan başqa Haaqadakı bir neçə kitabxanaya Azərbaycan haqqında kitabların təqdim edilməsinə nail olmuşuq.

Ən çox maraq doğuran layihəmiz isə ana dilimizin unudulmaması yolunda ötən ilin dekabrında həyata keçirdiyimiz Nizami Gəncəvi adına "Haaqa Azərbaycan Məktəbi" nin açılışı oldu. Məktəb Hollandiyada açılan 3-cü məktəb olmasına baxmayaraq, böyük maraqla qarşılandı.

Onu da qeyd edim ki, bu il "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin 10 yaşı tamam olur. Bu münasibətlə böyük yubiley mərasimi hazırlamağı nəzərdə tutmuşuq.

-Bəs bu gün diaspor qurumunun əsas prioritetləri nədən ibarətdir?

- Azərbaycan diasporunun fəaliyyət tarixi son 20 ili əhatə edir biz bu işdə başqa ölkələrə nisbətən çox gəncik. Niderlandda çoxlu sayda cəmiyyətlər var çoxları ayrı-ayrılıqda fəaliyyət göstərir. Hazırda Azərbaycan xalqı hiyləgər düşmənlə üz-üzədir dünyada güclü erməni diasporu ilə mübarizə aparmalıdır. Ermənilər informasiya müharibəsində güclü fəaliyyət göstərirlər. Odur ki, biz diaspor təşkilatımızın kiçik qolları olaraq birgə fəaliyyət göstərməli, xüsusilə milli maraqlarımız olan tədbirlərdə bütün xırda təşkilatlar birlik nümayiş etdirməlidir. Ölkəmizin maraqlarına hesablanmış plan əsasında hərəkət etmək lazımdır. Hərə bir tərəfdə kiçik işlər görməklə ciddi böyük uğurlar qazanmaq məncə, mümkün deyil. İkinci məsələ isə fəaliyyətimizin dərəcədə qəbul edilməsi yaşadığımız xalqa dərəcədə çatdırılması məsələsidir. Qeyd etmək istərdim ki, Avropada fəaliyyət göstərmək çox çətindir. Çünki bizim mentalitetimizdəki, mədəniyyətimizdəki fərqlər böyükdür. Bunun üçün yaşadığımız ölkənin dilini, mədəniyyətini, düşüncəsini, həyata baxışını düzgün analiz etməli hər addımımızı buna uyğun atmalıyıq. Məsələn, bir detalı vurğulayım ki, holland xalqı ağlamağı, sızlamağı sevmir. Ona görə biz ümummilli faciəmiz olan 20 Yanvar Xocalı hadisələrini onlara çatdırmaq üçün fərqli metodlardan istifadə etməliyik. Fikrimcə, prioritet olaraq qarşıda duran məsələlər öncə birlik, sonra isə düzgün mənalı fəaliyyət olmalıdır.

- Niderlanddakı azərbaycanlı xanımları ətrafınıza toplaya bilmisinizmi?

- Ofisimiz Haaqa şəhərində yerləşsə də, cəmiyyətimiz təkcə burada yaşayan xanımlarla məhdudlaşmır. Hollandiyanın bütün əyalətlərində yaşayan xanımlar birliyimizin fəaliyyətində yaxından iştirak edirlər. İlk öncə "Ana Vətən"in xanımlarından söz açmaq istərdim. Heç bir büdcəsi olmayan bir təşkilat olaraq qadınlarımızın gücü və dəstəyi sayəsində çox işlər görürük. Bu dəstək həm maddi, həm də mənəvi cəhətdən baş tutur. Kim nə bacarırsa, birliyimizdən öz yardımını əsirgəmir. Onu da qeyd edim ki, Azərbaycan qadınları həmişə cəmiyyətdə ictimai fəaliyyətləri ilə aparıcı rol oynayıb və hazırda diasporumuzun gücləndirilməsi sahəsində də bunun şahidi oluruq. Hollandiyada aktiv fəaliyyət göstərən xanımlarımız var. Azərbaycanlı xanım İradə Uluxanlı Hollandiyanın Limburq şəhərində fəaliyyət göstərir. Firəngiz Bağırovanın rəhbərliyi altında "Odlar Yurdu" təşkilatının holland uşaq xoru ilə birgə həyata keçirilən "Sarı gəlin" layihəsini də xalq mahnımızın ermənilər tərəfindən oğurlanmasına dəyərli cavab hesab etmək olar. Müğənni və bəstəkar Elxan Rzayevin holland müğənnisi Mariya van Felzeyə Azərbaycan mahnılarını, xüsusilə də "Sarı gəlin"i holland dilində öyrətməsini də qeyd etmək istərdim. Holland Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) fəalı Leyla Babayevanın təşəbbüsü ilə Hollandiyada bir xrizantema gülünün "Azəri", daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndir.

Hazırda burada 10 minə yaxın azərbaycanlı yaşayır. Təxminən 20-25 ildir ki, azərbaycanlılar Hollandiyada məskunlaşıb. Əlbəttə, digər xalqlara nəzərən bu çox qısa zamandır. Məsələn, türklər və mərakeşlilər ötən əsrin 60-cı illərindən Hollandiyaya gəliblər. Diaspor kimi hazırda burda 2 nəsil var. Birinci nəsil kimi biz daha böyük məsuliyyət daşıyırıq. Çünki biz Azərbaycanda doğulub boya-başa çatmışıq. Xalqımızın bütün adət-ənənələrini, mədəniyyətini, xüsusilə dilini yeni nəslə çatdırmaq bizim borcumuzdur. Gənclərimizin burada bir neçə təşkilatı mövcuddur və maraqlı işlər görürlər. Zənnimcə, 3-cü nəsil nəinki itəcək, bizim işlərimizi davam etdirəcək və hətta deyərdim ki, bu fəaliyyət bizdən daha çox səmərəli olacaq. Çünki yeni nəsillər holland cəmiyyətinin nə istədiyini daha yaxşı dərk edəcək.

- Bəs gənc nəsil arasında milli dəyərlərin aşılanması istiqamətində hansı işlər görürsünüz?

- Məncə, hər şey ana dilindən başlanır. Ana dilimizi yaşatdıqca milli özünüdərk anlayışı itməyəcək. Doğma dilində səlis danışan yeni nəsil təbii ki, gələcək nəslə bunu aşılayacaq. Ailəsində anasından, atasından gördükləri, eşitdikləri adət-ənənələri nəsillər bir-birinə ötürəcək. Yuxarıda qeyd etdiyim kimi, bu sahədə gördüyümüz ən böyük milli məktəbimizin açılması burda doğulan, holland məktəbində təhsil alan uşağın öz əlifbasını, dilini, dövlətini, mədəniyyətini, tarixini öyrənməsi vacib məsələdir. Sonra milli bayramlarımızın bütün atributları ilə keçirilməsi yeni nəslə aşılanması, milli rəqslərimizin, musiqimizin onlara öyrədilməsi önəmli işlərdir. Onu da qeyd edim ki, azərbaycanlılar milli adət-ənənəsinə sadiq insanlardır bu, burada yaşayan hər bir azərbaycanlının evində hiss olunur.

Eyni zamanda biz yerli ictimaiyyətə inteqrasiya, uyğunlaşmaq üçün çalışırıq. Holland cəmiyyətinə qarışmağın birinci amili isə dili gözəl öyrənməkdir. Çünki yaşadığın ölkənin dilini bilmədən heç etmək olmaz.

 

PƏRVANƏ

525-ci qəzet.- 2014.- 19 iyun.- S.5.