Azərbaycan siyasi
mühacirətinin tarixi haqqında yeni dəyərli əsər
Bu günlərdə Azərbaycan
oxucusu tariximizin qaranlıq dövlərinə
işıq salan yeni bir dəyərli
araşdırma əsəri
ilə tanış
olmaq imkanı qazanıb. Georgi Mamulia və
Ramiz Abutalıbovun yazdıqları 584 səhifəlik
"Odlar ölkəsi.
Azadlıq və müstəqillik
uğrunda mübarizə.
Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945" kitabı Bakıda rus dilində yenicə çapdan çıxıb.
Əsərin elmi redaktoru
tarix elmləri doktoru Aydın Balayevdir.
Azərbaycan mühacirətinin 1920-1945-ci illər
arasındakı siyasi
tarixinə və mühacirət nümayəndələrinin
Azərbaycanın müstəqilliyini
bərpa etmək uğrunda gərgin mübarizəsinə həsr
edilmiş bu əsərdə xaricdə
Azərbaycan siyasi partiya və təşkilatlarına rəhbərlik
etmiş şəxslərin
Azərbaycanın müstəqilliyinin
bərpasına maraq göstərən Avropa dövlətlərinin rəsmi
və qeyri-rəsmi nümayəndələri ilə
qarşılıqlı əlaqələrinə
xüsusi diqqət yetirilib. İndiyədək öyrənilməmiş, ilk dəfə müəlliflərin
burada elmi dövriyyəyə cəlb
etdikləri olduqca dəyərli arxiv materialları əsasında
yazılmış kitabda
Azərbaycan siyasi mühacirətinin 25 illik tarixinin geniş mənzərəsi yaradılıb.
Müəlliflər sübut
edirlər ki, hədsiz ağır şərtlər içərisində
mübarizə aparmalı
olduqlarına baxmayaraq,
Azərbaycan siyasi partiya və təşkilatlarının öndərləri
Qafqazın başqa xalqlarının nümayəndələri
ilə sıx əlaqədə təşkilati
qurumlar yaratmağı
və ortaq layihələr işləyib
hazırlamağı bacarıblar.
Həmin
layihələrdən bir
çoxu bugünədək
öz dəyərini saxlamaqdadır.
Çox arzu edərdik ki, bu dəyərli
əsər tezliklə
ana dilimizə də çevrilərək
nəşr edilsin.
GÜNDÜZ
525-ci qəzet.- 2014.- 20 iyun.- S.7.