Rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb

 

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb.

Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə açılan sərgi rəssamın 60 illik yubileyinə həsr edilib. Sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 70-dən çox rəngkarlıq qrafika əsəri nümayiş olunub. Sərginin açılış mərasimində Adil Əsədlinin həyat yaradıcılığından söhbət açılıb: "Adil Əsədli 1954-cü il iyulun 21-də Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib.1986-cı ildən Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışır".

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev bildirib ki, Adil Əsədli Lənkəranda yaşayıb-yaratsa da onun uğurları çoxdan respublikamızın sərhədlərini aşıb: "Onun indiyədək üç fərdi sərgisi təşkil olunub, müxtəlif beynəlxalq respublika miqyaslı sərgilərdə iştirak edib, dəfələrlə mükafatlara layiq görülüb. Rəssamın bir çox əsərləri Türkiyə, İran, Rusiya, ABŞ, İngiltərə, Fransa, Polşa, Gürcüstan sair ölkələrin vətəndaşlarına məxsus nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. Adil Əsədli, həmçinin bir rəssam-pedaqoq kimi böyük uğurlar qazanıb. 1986-cı ildən bu günədək Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinə başçılıq edən rəssamın yetirmələri Misir, Çexiya, Yaponiya, Polşa, Özbəkistan, Türkiyədə başqa ölkələrdə keçirilən sərgi müsabiqələrdə uğurla iştirak edib, medal, diplom, fəxri fərmanlar qazanıb. Bu gün Adil Əsədlinin rəhbərlik etdiyi məktəbin yüzə yaxın məzunu Azərbaycanın xarici ölkələrin rəssamlıq akademiyalarında, məktəblərində təhsilini davam etdirir".

Sonda Adil Əsədli tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib. Sərgi iyunun 22-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 20 iyun.- S.7.