Fazil Mustafa:“Vətəndaş
cəmiyyəti institutları üçün
qanunvericilik bazası yönündə
lazımi addımlar atılıb”
Ümummilli
lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində yenidən
hakimiyyətə gəlişindən sonra ölkədə
bütün sahələrdə olduğu kimi, vətəndaş
cəmiyyəti institutları, QHT-lər inkişaf mərhələsinə
qədəm qoydular. Ölkədə Milli QHT Forumu və digər
QHT koalisiyaları formalaşdı. Qanunvericilik bazasının
yaradılması istiqamətində mühüm addımlar
atıldı. 1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə isə
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” qanunlar qəbul edildi.
Prezident İlham Əliyevin təşəbbüsü
və tövsiyəsi ilə QHT-lərə dövlət dəstəyinin
əsas prinsip və istiqamətlərini müəyyənləşdirən
sənəd hazırlandı və dövlət
başçısı tərəfindən təsdiq edildi.
“Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi
Konsepsiyası” adlanan bu sənədə uyğun olaraq, 2007-ci
ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası yarandı. Bu gün Şura üzərinə
düşən missiyanı uğurla yerinə yetirir və
QHT-lərin vətəndaş cəmiyyətinin
inkişafında öz layiqli yerini tapması üçün
böyük iş görür. Hər il yüzlərlə
QHT-nin ictimai maraqlar naminə, vətəndaş cəmiyyətinin
inkişafı məqsədilə irəli sürdüyü
ideya, təkliflər diqqətlə öyrənilir, ən
aktual layihələr dəstəklənir. Bu gün QHT-lər
yalnız paytaxtda deyil, həmçinin regionlarda da fəaliyyət
göstərir, bir sıra istiqamətlərdə layihələr
həyata keçirirlər.Millət vəkili Fazil Mustafa Azərbaycan
müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti
quruculuğu, QHT-lərin inkişafı sahəsində vacib
addımlar atılıb.
Fazil
Mustafanın sözlərinə görə, Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğu, onun əsas institutlarından olan
QHT-lərin yaranması və inkişafı istiqamətində
müəyyən işlər görülüb və
uğurlar əldə edilib. Millət vəkili bildirib ki, vətəndaş
cəmiyyəti institutlarının yaranması qanunvericilik
bazasına söykənməli idi. Bu istiqamətdə də
ölkədə lazımi addımlar atılıb. Azərbaycan
Avropa qurumları ilə beynəlxalq
konvensiyalar üzrə daha ciddi araşdırmalar apararaq,
qanunvericilikdə bunun bütün parametrlərini müəyyənləşdirdi
və qeyri-hökumət təşkilatları, onların fəaliyyəti
haqqında, maddi və digər işləri ilə
bağlı qanunvericiliyə maddələr salındı.
F.Mustafa
hesab edir ki, QHT-lər istənilən ölkədə
vətəndaşın olduğu bütün sahələrdə
olmalıdırlar: “Onlar əsasən milli, dini sahələr,
fiziki qüsurlu insanlarla bağlı daha çox təşəbbüslər
irəli sürməlidirlər. QHT-lərin fəaliyyəti
yuxarıda qeyd etdiyim sahələrdən başlamış,
beynəlxalq sahəni, insan haqları, qadın
hüquqları, gender bərabərliyi, bir sözlə, bütün sahələri əhatə
etməlidir. Onlar dövlətin siyasətinin
formalaşmasına təsir göstərəcək vətəndaş
cəmiyyətləri institutları olmalıdırlar”.
Millət
vəkili dünyada QHT-lərin fəaliyyətinin böyük
tarixi olduğunu vurğulayıb. Onun sözlərinə
görə, zaman keçdikcə Azərbaycanda da vətəndaş
cəmiyyəti öz mahiyyətinə görə Avropa modelinə
uyğun olaraq tam bərqərar olacaq: “Bütün dünyada
belədir ki, vətəndaş cəmiyyəti daha çox
dövlətin girə bilmədiyi sahələrə
müdaxilə etməyə çalışır”.
Azərbaycanda
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının yaradılmasına diqqət çəkən
F.Mustafa əlavə edib ki, bu qurum fəaliyyətə
başlayandan sonra QHT-lərə dövlət dəstəyi ilə
bağlı addımlar atılmağa başladı. Ən
müxtəlif yönümlü layihələrə dövlət
tərəfindən qrantlar ayrıldı. Millət vəkili
bunlar hamısının müsbət hallar olduğunu
vurğulayıb.
F.Mustafa
hesab edir ki, QHT-lərin fəaliyyətində prioritet istiqamətlərdən
biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin dünyada yayılması,
bununla bağlı güclü təbliğat işinin
aparılması olmalıdır: “Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının işğalı davam edir, eyni
zamanda xalqımıza qarşı müxtəlif zamanlarda
soyqırım aktları həyata keçirilib. Yaxın
tariximizdə bunun bir nümunəsi Xocalı
soyqırımıdır. Artıq bir sıra ölkələrin
parlamentləri, o cümlədən ABŞ-ın bəzi
ştatları Xocalı soyqırımını
tanıyıb. Bu istiqamət QHT-lərin fəaliyyətində
mühüm bir sahə,əsas prioritet olaraq davam etməlidir.
Həm də bu istiqamətdə daha effektli layihələr həyata
keçirilməlidir”.
F.Mustafa
onu da deyib ki, vətəndaş cəmiyyəti institutları
təmsilçiləri xarici QHT-lərlə əməkdaşlıq
edir, birgə tədbirlər reallaşdırırlar. Belə
tədbirlər də Qarabağ həqiqətlərinin təbliğində
vacib rol oynayır.
Millət
vəkili xalq diplomatiyasının aparılmasında da vətəndaş
cəmiyyəti institutlarının roluna toxunub: “Bir neçə
il əvvəl xalq diplomatiyası sahəsində müəyyən
addımların atıldığını müşahidə
etdik. Xalq diplomatiyasının hansısa böyük nəticələr
verə biləcəyini gözləmək olmaz. Amma müəyyən
təmasların qurulması, gərginliyin aradan
qaldırılması üçün bunun əhəmiyyəti
ola bilər. Çünki xalq diplomatiyası ilk növbədə
icmalarla çalışma məsələsidir.
İcmaların sosial problemləri, qayğıları, istəkləri,
psixoloji aqressivliyin aradan qaldırılması, bütün
bunlar kompleks şəkildə çalışma sahələri
kimi götürülür və bu zaman artıq vətəndaş
cəmiyyətinin ölkə həyatına daha çox təsirindən
danışmaq olar.
Əlbəttə,
onu da nəzərə almaq lazımdır ki, ermənilər
istənilən təmasdan ya qaçırlar, ya da aqressivlik
nümayiş etdirərək tədbiri pozurlar”.
F.Mustafa
QHT-lərə Dövlət Dəstəyi Şura tərəfindən
Qarabağa dair həqiqətlərin dünyada təbliği və
yayılmasına daha çox diqqətin ayırmasını təqdir
edib: “Bu, çox müsbət haldır. Çünki söhbət Azərbaycan
üçün strateji və prioritet təşkil edən sahədən
gedir. Burada aktiv iştirakla vətəndaş cəmiyyəti
institutları dövlətə daha çox kömək edib, problemin həlli istiqamətində
dövlət siyasətinin formalaşmasına yardım edə
bilərlər”.
Azərbaycanda
3 mindən artıq QHT-nin fəaliyyət göstərdiyini
vurğulayan millət vəkili onların arasında həm fəal,
həm də formal QHT-lərin
olduğunu deyib: “Amma sevindirici haldır ki, hazırda fəal
QHT-lər kifayət qədərdir. Hesab edirəm ki, bəzi
QHT-lərin zəif olması bələdiyyə
institutlarının zəif olmasından qaynaqlanır. Bələdiyyələrin
hüquqlarının kifayət qədər olmaması yeni təşəbbüslərə
təsir göstərir”.
F.Mustafanın
sözlərinə görə, Azərbaycanda istənilən
sahədə fəaliyyət göstərən hər bir QHT
birinci növbədə milli və dövlət
maraqlarının qorunmasında öz töhfələrini
verməlidirlər: “ QHT-lər həm də Azərbaycan vətəndaşlarının
könüllü birlikləridir, Azərbaycan vətəndaşının
da dövlət qarşısında hüquq və vəzifələri
var. Bu hüquq və vəzifələr istər təşkilat,
hüquqi şəxs formasında, istər fərdi formada
olsun, həmişə nəzarətdə saxlanılmalı, həyata
keçirilməlidir. Onlar mənəvi məsuliyyət
daşıyırlar, ona görə də ölkənin
ümummilli məsələlərin həllində də fəallıq
göstərməlidirlər. Bu yalnız ölkə daxilində
deyil, onun sərhədlərindən kənarda da
olmalıdır. Bilirsiniz ki, Azərbaycan QHT-ləri beynəlxalq
arenada da ölkəmizi təmsil edir, onun maraqlarının
qorunmasında aktiv rol oynayırlar. Bunlar hamısı
ümummilli maraqlara xidmət mənasına gəlməkdədir,
bu sahədə tək QHT-lər deyil, hər kəs aktiv
olmalı, milli, dövlət maraqlarımızın
qorunmasına öz töhfələrini verməlidirlər”.
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 21 iyun.- S.30.