Mərdliyin profilləri - C. F. Kennedi

 

İngiliscədən Telman Orucov tərcümə edib

 

(Əvvəli ötən şənbə sayımızda)

Corc Norris Prezidentin qıcıqlandırıcı ittihamını özlərinin dediyi kimi, vicdanla öz vəzifəsini yerinə yetirməyə cəhd edən adamlara qarşı ciddi ədalətsizlik adlandırırdı; lakin alman mətbuatı tərəfindən onların üstünə tökülən bədbəxt köməksiz tərif istisna olmaqla, “Amerikan jurnalistikasının salnaməsində bənzəri olmayan epitetlər həmin adamların ünvanına yazılırdı”. Luisvillin “Courier Journal” qəzetinin sözlərinə görə, onlarlənətin əbədiliyiniqazanmışdılar. Konqress zalında kütləvi mitinq Norrisi onun kolleqalarınısatqın məzəmmətə layiqadamlar kimi məhkum etdi, onlarokeanlarda Ulduzları Zolaqları (ABŞ-ın dövlət bayrağıtərcüməçi) müdafiə etməkdən imtina etmişdilər”. Nyu-York meri başqa bir mitinqdə qışqıra-qışqıra deyirdi ki, “vaxt gəlib çatmışdır ki, bu ölkənin xalqı iki sinfəamerikalılara satqınlara bölünsünlər”.

Hatfordun “Courant” qəzeti onlarısiyasi avaralaradlandırırdı Nyu-Yorkun “Sun” qəzeti Birləşmiş Ştatların on iki Senatorunaəxlaq pozğunları qrupuyarlığını vurmuşdu. Providensin “Journal”-i onların hərəkətini “xəyanətdən bir qədər gödək” adlandırırdı və “New York Times” belə xarakterizə edirdi ki, “xəyanətkar niyyətin biabırçılığı əbədi olaraq onların adının üstündə qalacaqdır”. Nyu-Yorkun “Herald” qəzeti əvvəlcədən xəbər verirdi ki, “əgər adları tarixə düşməsə, onlar xoşbəxt olacaqlar, yoxsa Benedikt Arnoldunku kimi həmin adlar mötərizəyə alınardı”.

Sonrakı onilliklərdə Senator Norris onun müstəqil və dilə gətirilən nöqteyi-nəzərlərinin üstünə atılan zəruri rəhmsiz təhqirlərə qarşı dayanmağı öyrəndi. Senat zalının özündə o, “bolşevik”, irəliləyişin düşməni, satqın və daha nə kimi sözlərlə adlandırılacaqdı. Lakin bu vaxt sərt söyüş sözləri və köhnə dostlarının onu tərk etməsi ona ağır yara vurdu. Bir günorta vaxtı bir neçə sərnişin – kiçik vaqonda Vaşinqtonu tərk edəndə, Norris və La Follette onların yanında oturdular. Onun poçtu təhqiramiz idi, bir neçə məktubdakı eskizlər onu alman uniformasında və medalları ilə təsvir edirdi.

Nebraska mətbuatı öz gənc Senatorunun məhkum edilməsinə qoşuldu. Omaha “World Herald” (bu qəzet birinci səhifədə “Vətəndaş müharibəsi dövründən Böyük Böhranda tərəddüd qaydasında hərəkət edən on iki Senatorun siyahısını vermişdi) haray çəkirdi ki, “hansısa bir adam onun düşüncəsinə inana bilərdimi ki, Amerikan hökuməti bu təhqirləri ram edib, tabe edə bilər?”

“Vilsonun başçılığı altında mütləqiyyət monarxiyasının qurulması barədə Norrisin qorxusu bir ağılsızlıq idi” – bunu Linkolnun “Star” qəzeti demişdi. “Bəlkə də bu zarafatdır. Əgər zarafat deyilsə, mister Norrisin dostları onun əqli vəziyyətinə qayğı göstərməlidirlər”. Və Ohamanın “Bee” qəzeti onun Prezident hakimiyyətindən qorxusunu “Senatorun sağlam düşüncəsinə olan azacıq etibarı əks etdirməsi” kimi düşünürdü.

Vaşinqtonda buna inanırdılar ki, Nebraskadan olan təzə adamı onun vicdanı idarə edir, bir Vaşinqton müxbirinin sözləri ilə deyilsə, bu, onu “öz siyasi ölümünə” aparacaqdır. Qəzəblənmiş Nebraska ştat Qanunvericiliyi sevincli həvəslə qətnaməni qəbul etməklə, ştatın Prezident Vilsona və onun siyasətinə etimadını nümayiş etdirdi.

Corc Norris “öz xalqım məni məhkum etdi... və belə düşündü ki, mən ştatımı təmsil etmirəm” sözlərini deyərək, darıxdırıcılığa yaxın bir şəkildə kədərləndi. Populyarlığın onun standartı olmamasına baxmayaraq, cəhd etdi ki, sonralar yazdığı kimi, öz karyerası boyu “mən ürəyimdə inanırdım ki, xalqım üçün böyük ölçüdə nə düzgündürsə onları edim”. Beləliklə, “əgər onlar məni istəmirlərsə, Nebraska xalqını təmsil etməyə” könülsüz olmaqla, o, dramatik bir qərar verməyə gəlib çıxdı – o, Senatdan azad olmasını və xüsusi geri çağırılma seçkisinə tabe olacağını təklif etdi ki, “qoy seçicilərim onları Vaşinqtonda təmsil edib, etməməyimi qərara alsınlar”. Qubernatora və Respublikaçıların ştat sədrinə məktubunda o, xüsusi seçki keçirilməsini israr edirdi, onun nəticəsi ilə kənara çəkilməyə və hətta Konstitusiya hüquqları onu geri çağırılmaqdan mühafizə etsə belə, bundan imtina etməyə razılıq verdi.

Senatda təəccüblənən dostlarının, isteriyanın və yaxşı maliyyələşdirilmiş müxalifətin onun məğlubiyyətinə əmin olması, müharibə üçün mandat almaq kimi başa düşülməsi variantından qorxunu bölüşməklə, o, öz məktubunda Qubernatora təkid edirdi ki, “əgər rəsmi davranışım onların istəklərinə əksdirsə, Nebraska xalqını təmsil etməyə heç bir arzum yoxdur”.

“Aldığım məhkumluq... mənə göstərir ki, güclü imkan vardır ki, getdiyim kurs təmsil etdiyim xalqı qane etmir və elə görünür ki, düz olan yalnız elə bir məsələdir ki, onların qərarına tabe olacaqdır.

Ancaq mən hətta seçicilərin yekdil tələbi ilə öz vəzifə andıma, Konqressin müharibə elan etmək hüququna yeganə sahib olduğu mənasına tabe olaraq, zor edə bilmərəm... Əgər mən bunu etməkdən imtina etməklə Nebraska xalqının arzularının əleyhinə gedirəmsə, onda mən geri çağırılmalıyam və bu yeri doldurmaq üçün başqa birisi seçilməlidir... Buna baxmayaraq, mən möhkəm qaydada öz xəttimin düzgün olduğuna inanıram, əgər ölkənin fərasətli və vətənpərvər vətəndaşlığı yalnız məsələnin hər iki tərəfini eşitmək imkanına malik olsa, xristianlığın bütün qulları və bütün siyasi maşınlar, sərvət yığıla bilsə, bizim əcdadlarımızın uğrunda vuruşduğu hökumət prinsiplərini məğlub edə bilməyəcəyinə də inanıram... əgər mən səhvəmsə, onda mən təkcə vəzifədən getməyə borclu deyiləm, lakin mən bunu etməyi arzulayıram. Əgər mən rəsmi hərəkətlərimdə qəzet kombinasiyasının diqtəsinə və ya hətta Birləşmiş Ştatlar Prezidentinin rezin möhürü naminə kor-koranə əməl etməyi gözləməliyəmsə, onda bu ictimai vəzifəni tutmağa mənim heç bir arzum yoxdur”.

Senator öz mövqeyinin izahını Linkolnda açıq mitinqdə elan etsə də, mətbuat öz vətəninə səfəri vaxtı ona əsasən məhəl qoymurdu. Respublikaçıların Milli Komitə üzvü olmağa cəhd edəndə, o, mitinqdə sədr kimi hərəkət etməli idi, bir ləyaqətli centlmen onu xəbərdar etmişdi ki, “bu mitinqi narazılıq baş vermədən keçirmək mümkün olmayacaqdır. Mən düşünürəm ki, mitinq pozulacaqdır və ya ən azı sən elə dost olmayan auditoriyaya malik olacaqsan ki, bu sənə anlaşıqlı çıxış etməyə imkan verməyəcəkdir”. Dostlarından biri ona təlqin edirdi ki, xəstəliyini bəhanə gətirib yığıncağı ləğv etsin, Norrisə deyirdi ki, belə yüksək coşqunluq vaxtı o, Nebraskaya qayıtmaqla ən kədərli səhv etmişdir. Digərləri bildirirdilər ki, bütün auditoriyaya təşviqatçılar dağılacaqlar ki, onun arqumentlərinin təqdimatını qeyri-mümkün etsinlər və Senatora deyirdilər ki, obstruksiyanın sonrakı intensivləşdiyi vaxtdan üç Amerikan ticarət gəmisi torpedo zərbəsinə məruz qalmışdır, bu hadisə onun seçicilərinin qəzəbini daha da artırmışdır. “Mən həyatımda elə bir günü xatırlaya bilmərəm ki,” – Senator öz tərcümeyi-halında yazırdı, – “o vaxt mən yalnız ruh düşkünlüyünü hiss etməkdən daha çox əzab çəkmişdim. Dostlarım məni inandırmağa çalışırdılar ki, Nebraska əhalisi demək olar ki, yekdilliklə mənə qarşıdır”.

Sədrlik etmək üçün bircə dosta və ya tərəfdara malik olmağa qadir olmamasına baxmayaraq, Norris iclası keçirməyi qərara aldı. “Mən özüm zalı kirayəyə götürdüm” – o, özünün tərk olunmuş otel otağında yeganə reportyora demişdi: “və bu, mənim iclasım olmalı idi. Heç kəsə xahiş etmədim ki, mənə və ya fəaliyyətimə sponsorluq etsin. Lakin mən nəyə görəsə üzr istəməyəcəyəm və heç nəyi geriyə götürən deyiləm”.

Gözəl bahar axşamı otelindən şəhər iclas zalına gedəndə, Norris narahat şəkildə qeyd etdi ki, üç mindən artıq adam – razılaşanlar, bədbinliklə və maraqla yanaşanlar – auditoriya zalını doldurmuşdular, çoxları skamya cərgələri arasında və küçədə dayanmışdılar. Sakit, lakin bir qədər titrəyə-titrəyə səhnəyə onların qarşısına çıxdı, bir qədər dinməz dayandı, iri qara kostyumda və ayaqqabı bağına bənzəyən nazik qara qalstukda olan bir fiquraya gözlər dikilmişdi. “Mən dost olmayan auditoriyanı gözləyirdim” – o, yazırdı – “və müəyyən qorxu ilə irəli addımladım. Auditoriya zalının arxasına girəndə və oradan səhnəyə çıxanda, burada ölü bir sakitlik var idi. Ancaq mən alqış gözləmirdim; və sevindim ki, məni fitə basmırlar”.

Özünün sadə, sakit, həm də gərgin üslubunda Senator Norris sadə bir kəlmə ilə çıxışına başladı: “Mən vətənə gəlmişəm ki, sizə həqiqəti deyim”.

“Qəflətən auditoriyadakı bütün skamyalardan alqış partlayışı eşidildi. Mənim həyatım boyu heç vaxt alqış mənə indiki kimi belə xoş gəlməmişdi... Bu ümumi xalqın ürəyindəkilər idi, belə bir inam idi ki, auditoriyanın və təmsil etməməyimin əsasında siyasi qüdrət və təsir vardır, bu təbliğat barədə nəsə süni olan bir şey idi”.

Burada heç bir zorakılıq yox idi, natiqin sözünü heç bir kəsmək cəhdi də yox idi, nəhəng kütlə, Norris öz tənqidçilərini qamçıladıqca, nəhəng sayda camaat qüdrətli şəkildə onu alqışlayırdı. Onun quru, sadə, lakin fasilə verməyən dili və qəzəbinin sakit intensivliyi auditoriyanı əsir etmişdi. O, israr etdikcə ki, onların qəzetləri oxucularına heç də faktları vermir və o, indiyədək unudulmuş obstruksiyadakı rolundan kənarda dayanmasının əksinə həyəcan qaldırırlar, o, istəyirdi ki, bu yada salınsın. Nyu-York auditoriyasının yarısından çoxu onu axşam paltarında olduğuna görə fitə basmışdı. O, buna sarkazmla cavab verdi və onlardan, nə qədərinin vuruşmağa və ya uşaqlarını müharibəyə göndərməyə hazır olduğunu soruşdu:

“Əlbəttə, əgər pudellər (it cinsi – tərcüməçi) əsgərlərə çevrilsəydilər, həmin auditoriya bütöv bir alayla təchiz edə bilərdi. Mənim kolleqam iki saat yarım billin xeyrinə danışdı və qəhrəman adlandırıldı. Mən bir saat yarım bill əleyhinə danışdım və satqın adlandırıldım. Hətta baxmayaraq ki, sən deyirsən ki, mən düz deyiləm, hətta sən əminliklə hiss edirsən ki, mən Prezidentin tərəfini saxlamalıydım, zaman gəlib çıxmışdırmı ki, bu vaxt Senatda öz rəylərimizi hətta ifadə də edə bilməyək, biz belə məsələləri müzakirə etməyə, pullu maraqlar tərəfindən satqınlar yarlığı vurulmadan oraya göndərilək? Mən, satqın ittihamı istisna olmaqla, istənilən ittiham altında sarsılmadan ayağa qalxa və öz həbimi götürə bilərəm. Bütöv ingilis dilində, dünyanın bütün dillərində siz bunun qədər lənətləndirici bir söz tapa bilməzsiniz”.

Bir saatdan çox vaxt keçdikdən sonra camaat öz bəyənmə nidalarını qışqırırdı. Qəzetləri inandırmaq o qədər asan deyildi və ya onlar unutmağa o qədər hazır deyildilər. “World Herald” demişdi ki, “onun yaxşı hazırlanmış və səmimi izahatı səfeh bir mənasızlıq,... dəlicəsinə bir bəyanat idi”. “Onlar xalqa nifrət əlaməti idi”. “Senator məsələnin tələb etdiyindən çox az bir vaxtı mitinqdə keçirdi” – “State Journal” belə yazırdı. “O, tənqidçilərinin onun tarazlığını narahat etmələrinə imkan verməyəcəkdir”.

Lakin Senator Norrisdən xahiş edilmişdi ki, onun hiss etdiyi həqiqi məsələləri izah etmək üçün müxtəlif qrupların qarşısına çıxsın, bütün ştat boyu onu alqışladıqlarını görsün; və Qubernator elan etmişdi ki, o, Qanunvericilikdən xahiş etməyəcəkdir ki, xüsusi geri çağırılma seçkisini keçirmək üçün səlahiyyət versin, Senator Vaşinqtona qayıtdı ki, hələ tamam kəsilməmiş təhqirlərə qarşı daha yaxşı dayana bilsin.

Sonrakı on bir il ərzində Corc Norrisin şöhrəti və siyasi xoşbəxtliyi artmışdı. 1928-ci ildə Respublikaçılar partiyası ilə və onun administrasiyası ilə fərqliliyin saxlanmasının əksinə, Nebraska Senatoru partiyanın ən görkəmli üzvlərindən biri olaraq qalırdı, Senatın Ədalət Komitəsinin sədri və Prezidentliyə potensial namizəd idi. Lakin Norris özü sonrakı məlumatlarında istehza qaydasında yazırdı:

(Ardı var)

 

525-ci qəzet.- 2014.- 21 iyun.- S.22.