Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu” təqdim olunub

 

 

Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutundaŞah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusukitabının təqdimat mərasimi keçirilib. Kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın tarixi əhəmiyyətindən söz açıb: “Təqdimatı keçirilən kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallardiplomatik məktublar, fətva fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur. Bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığıŞah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığındaməqaləsi ilə açılır. Şah İsmayıl Xətai Azərbaycan tarixinin dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. O, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoymuş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalıb qalacaq”.

Tədbirdə görkəmli alimlərin kitabla bağlı dəyərli fikirləri dinlənilib fikir mübadiləsi aparılıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 21 iyun.- S.17.