Əməkdar həkim adının fərəhi və qüruru

 

Prezident İlham Əliyevin 2014-cü il 16 iyun tarixli sərəncamı ilə tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, Qarabağ Müharibəsi Veteranı Eyvazov Taryel Əli oğluna Əməkdar həkim fəxri adı verilib. Bu xəbəri böyük sevinc hissi ilə qarşıladığını deyən Taryel Eyvazov bildirir ki, fəxri ad alması münasibətilə xeyli təbriklər alıb təbrik edənlər onu bu ada layiq görən dövlət başçısına təşəkkür minnətdarlığını ifadə edir. Öz növbəsində Taryel həkim Azərbaycan Prezidenti cənab İlham Əliyevə ürəkdolusu minnətdarlığını ünvanlayıb.

Hazırda respublikanın tanınmış həkim-terapevtlərindən olan Taryel Eyvazov 1949-cu ildə dünyaya gəlib. 1966-cı ildə Ağdam şəhər 5 saylı orta məktəbini bitirib elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunub. Tələbəlik illərindəki əla təhsil yüksək təşkilatçılıq bacarığına görə ona o vaxtlar üçün ən yüksək etimad göstərilərək partiya sıralarına qəbul ediblər. İnstitutu bitirdikdə ona institutda nəzəri kafedralardan birində müəllim kimi qalmaq təklif edilsə , T.Eyvazov öz doğma rayonunda praktik həkim kimi fəaliyyət göstərməyi üstün tutaraq təyinatla 1972-ci ildən Ağdam rayonunda həkim kimi fəaliyyətə başlayıb. Elə ilk gündən ona həm Ağdam Tibb Texnikumunda "Daxili xəstəliklər" fənninin tədrisi həvalə edilib. Rayon şəraitində işləsə , elmi-praktik fəaliyyətini dayandırmayıb, yüksək müsabiqə olmasına baxmayaraq (1 yerə 13 nəfər), N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun qiyabi aspiranturasına qəbul olunub.

Mövzu ətrafında aparılmış elmi-tədqiqatların ilkin müzakirəsi 2-ci Moskva Tibb İnstitutunda keçrildikdən sonra tanınmış terapevt alim tibb elmləri doktoru həmin institutun professoru L.S.Korzuk T.Eyvazovun elmi işində opponent olmağa razılıq verib. O, dissertasiyanın müdafiəsi zamanı şəxsən gəlmiş geniş çıxış edərək müsbət rəyini bildirib.

1987-ci ildə T.Eyvazov "Kənd əhalisi arasında çox yayılmış daxili xəstəliklərin erkən aşkarı onların profilaktikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alıb. O, apardığı elmi axtarışlarla sübut edib ki, əhali arasında çox yayılmış ürək-damar xəstəlikləri həm həmişə vaxtında aşkar edilmir. Alim bu kimi halların qarşısının alınması yollarında konkret elmi təkliflərini verib. Rayonda fasiləsiz işlədiyi 27 il ərzində (1972-1999) praktik həkim terapevt kimi ad çıxarmaqla yanaşı yüksək nüfuz sahibi kimi hörmət qazanıb. Respublika komsomol təşkilatının 30 31-ci qurultaylarına, respublika sahə terapevtlərinin 1-ci qurultayına nümayəndə seçilib. Şəhər sovetinin deputatı olub. Heç təsadüfi deyil ki, erməni təcavüzünün başlandığı çox gərgin bir vaxtda - 1990-cı ilin 1 fevralında onu Ağdam rayonunun baş həkimi vəzifəsinə təyin ediblər. Məlumdur ki, o vaxtlar Dağlıq Qarabağ hadisələrinin ağırlığı əsasən Ağdamın xüsusilə rayonun tibb kollektivinin üzərinə düşürdü. O bu vəzifədə 1999-cu ilə qədər, həm ləyaqətlə işləyib. Məhz onun rəhbərliyi ilə əsrin faciəsi - Xocalı soyqırımı zamanı yaralılara ilk tibb yardım Ağdamda göstərilib.

T.Eyvazovun bilavasitə təklifi və iştirakı ilə Ağdam səhiyyəsinin Qaradağlı kənd xəstəxanasında müstəqil Azərbaycan Respublikasının ilk hərbi-səhra hospitalı yaradılır. Bunun ardınca Ağdamın müdafiəsində dayanmış Müdafiə Nazirliyinin "N" hərbi hissəsinin nəzdində bilavasitə ön cəbhədə fəaliyyət göstərməli olan tibbi rotanın yaradılmasında iştirak edirorada şəxsən hərbi fəaliyyət göstərir. Bütün bunlara görə hərbi hissənin komandanlığı tətəfindən əmrlə T.Eyvazova təşəkkür elan edilir.

O özü də ailəlikcə məcburi köçkün olmasına baxmayaraq, sonrakı dövrlərdə Bərdə ərazisində Ağdam əhalisi üçün ərəblər tərəfindən salınacaq ilk "çadır şəhərcikləri"nin yerinin müəyyənləşdirilməsindən tutmuş, orada tibbi xidmətin təşkilinə qədər vacib işlər həyata keçirir.

Bütün bunlara görə baş həkim işlədiyi dövrdə - 1990-1999-cu illərdə dəfələrlə Ağdam İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən təşəkkürlər alıb. Müxtəlif illərdə ictimai təşkilatlar tərəfindən fəxri diplomlara layiq görülüb.

Hazırda Taryel Eyvazov Səhiyyə Nazirliyinin 18 saylı Birləşmiş Xəstəxanasında müavin vəzifəsində işləməklə yanaşı, baş elmi işçi kimielmi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, ölkəmizdə və xaricdə çap edilmiş 35 elmi əsərin müəllifidir. Taryel Eyvazov uzun illər "Azərbaycan tibb jurnalı" və "Sağlamlıq" jurnallarının redaksiya şurasının üzvü olub, "Səhiyyə əlaçısı", Ali dərəcəli həkim, YAP fəalıdır. Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2007-ci ildə dosent elmi adı verilib.

Əməkdar həkim adına layiq görülməsinin fərəh və qürurunu yaşayan Taryel Eyvazov bu dəyərli adı gələcəkdə də doğrultmaq üçün yorulmadan çalışacağını bildirib.

 

FİRƏNGİZ

525-ci qəzet.- 2014.- 24 iyun.- S.8.