Milli Azərbaycan Tarixi
Muzeyində xatirə sərgisi açılıb
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Tarixçiləri Birliyinin
və muzeyin birgə təşkilatçılığı
ilə görkəmli
arxeoloq, ölkəmizdə
paleontologiya elminin inkişafına böyük
töhfələr vermiş
Məmmədəli Hüseynovun
xatirəsinə həsr
olunmuş fotosərgi
açılıb. Azıx mağarasından
ibtidai insan qalıqlarının aşkara
çıxarılmasının 46-cı ildönümünə həsr
olunmuş fotosərgidə
arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş
etdirilib.
1968-ci il iyunun
23-də Azərbaycanın dilbər
guşəsi olan Qarabağ ərazisindəki
Azıx mağarasında
dünya paleontologiya tarixində çevrilişə
səbəb olmuş kəşf edilib. Görkəmli Azərbaycan arxeoloqu
Məmmədəli Hüseynovun
rəhbərliyi altında
paleolit arxeoloji ekspedisiyasının burada
apardığı tədqiqatlar
zamanı ibtidai insana məxsus çənə aşkar edib. Azıx düşərgəsindən tapılmış qədim
insana məxsus olan alt çənənin
elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul
olub. Tədqiqat zamanı çənənin
ibtidai insana məxsus olması müəyyən edilib və tapıntıya
"Azıxantrop tipli
ibtidai insan" adı verilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 24 iyun.- S.7.