Məhsəti Gəncəvi irsi Fransanın Miluz şəhərində
müzakirə olunub
Azərbaycanın zəngin mədəni
dəyərlərini dünyanın
müxtəlif ölkələrində,
o cümlədən Fransada
tanıtmaq istiqamətində
layihələr həyata
keçirən Heydər
Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi ilə Miluz şəhərindəki
Yuxarı Alzas Universitetinin ədəbiyyat,
dillər və humanitar elmlər fakültəsində dahi Azərbaycan şairəsi
Məhsəti Gəncəvinin
900 illiyinə həsr
olunan "Xll və XXl əsrləri
birləşdirən universal körpü: Şərq İntibahının azərbaycanlı
filosofu və yazıçısı, şairəsi
Məhsəti Gəncəvi
(Xll əsr)" mövzusunda konfrans təşkil edilib. Fransadakı səfirliyimizdən
verilən məlumata görə, konfransı açan fakültənin dekanı xanım Qreta Komur-Tilloy Məhsəti Gəncəvinin
Şərq aləmində
yalnız şair deyil, həm də filosof, şahmatçı və
musiqiçi kimi tanındığını xatırladıb,
onun əsərlərində
saf məhəbbətin,
azad sevginin, qadın azadlığının
tərənnüm edildiyini
diqqətə çatdırıb.
Qreta Komur-Tilloy
konfransın keçirildiyi
zala Məhsəti Gəncəvinin adının
verilməsinin iki ölkə arasında hərtərəfli əməkdaşlığa
növbəti töhfə
olduğunu və Heydər Əliyev Fondunun gördüyü işlər sayəsində
bu əməkdaşlığın
daha da inkişaf
etdirildiyini xüsusi vurğulayıb.
Universitetin rektoru xanım
Kristin Gangloff-Ziegler çıxışında
Məhsəti Gəncəvi
zalının məşvərət
zalına çevriləcəyini
xatırladıb və
qeyd edib ki, Məhsəti Gəncəvinin yaradıcılığı
Azərbaycanın hansı
yüksək dəyərlərə,
qədim və zəngin ədəbiyyata malik olmasının əyani sübutudur. Şairin adını daşıyacaq zalı rəhbərlik etdiyi ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığın yeni bəhrəsi kimi dəyərləndirən
rektor Məhsəti Gəncəvinin həyat və yaradıcılığı
ilə bağlı məruzələr sayəsində
Azərbaycan ədəbiyyatı
ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərini, iki universitet arasında əməkdaşlıq istiqamətində
mühüm sənədlərin
imzalanacağını, Fransa
və Azərbaycan arasında əlaqələrin
nəticəsi kimi rəhbərlik etdiyi ali məktəbdə Azərbaycan ədəbiyyatı
və mədəniyyəti
ilə bağlı kafedranın yaradılmasında
maraqlı olduğunu,
hətta özünün
Azərbaycan dilini öyrənməyə başladığını
diqqətə çatdırıb.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan rektor
2013-cü ildə Bakı
və Gəncə Dövlət universitetlərində
olduğunu xatırladıb,
əlaqələrin artıq
peşəkar əməkdaşlıq
səviyyəsinə yüksəldiyini
bildirib, Məhsəti
Gəncəvi zalının
yenidən qurulmasına
yaxından yardım göstərən Heydər
Əliyev Fonduna təşəkkür edib.
Konfransın ölkəmiz üçün
mühüm əhəmiyyət
kəsb etdiyini çıxışında xüsusi
vurğulayan Azərbaycanın
Fransadakı səfiri
Elçin Əmirbəyov
Məhsəti Gəncəvini
Şərq aləminin
parlaq ulduzu kimi dəyərləndirib,
şairə ilə bağlı UNESCO-da möhtəşəm tədbirin
və digər ölkələrdə də
konfranslar keçirildiyini
xatırladıb.
Fransanın Azərbaycanın strateji tərəfdaşı olduğunu
diqqətə çatdıran
səfir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə xalqımızın
mədəni dəyərlərini
dünya mədəniyyətinin
beşiyi hesab edilən Fransada tanıdılması istiqamətində
ölkənin müxtəlif
region və şəhərlərində
mühüm layihələrin
həyata keçirildiyini
vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim "Məhsəti Gəncəvi
- dünyanın solmayan
sənət çiçəyi"
mövzusunda məruzəsində
Məhsəti və Nizami kimi dühaların
doğulduqları torpağın
adını özlərinə
təxəllüs seçdiklərini,
hər iki şairin yaşayıb yaratdıqları dövrdə
Gəncənin Yaxın
və Orta Şərqdə geniş şöhrət qazandığını,
ölkənin siyasi və mədəni həyatında mühüm
rol oynadığını
xatırladıb.
Klassik Azərbaycan ədəbiyyatında
digər şairlərimizlə
müqayisədə Məhsəti
Gəncəvinin məşhur
rübailər ustası
kimi tanındığını
vurğulayan Məmməd
Alim onun yaradıcılığının əsas məziyyətlərindən
bəhs edib, müsəlman Şərqinin
böyük məhəbbət
nəğməkarı kimi
tanınan şairənin
rübailərinin İranın,
Türkiyənin, Britaniyanın,
Rusiyanın və digər ölkələrin
muzey və kitabxanalarında qorunub saxlandığını bildirib,
rübai janrı haqqında müfəssəl
məlumat verib.
Məhsəti Gəncəvinin 900 illiyinin
doğma vətəni
Azərbaycan ilə yanaşı dünyanın
bir çox ölkələrində, o cümlədən
Fransanın paytaxtı
Parisdə, Reyms və Miluz şəhərlərində
yüksək səviyyədə
qeyd edildiyini vurğulayan məruzəçi
bu gün növbəti dəfə şairənin həyat və yaradıcılığına
həsr olunan konfransın Fransada keçirilən yubiley tədbirlərinin davamı
olduğunu qeyd edib.
Fransanın Beynəlxalq Diplomatiya Akademiyasının əməkdaşı, şərqşünas alim Şirin Melikova "Orta əsr lirik poeziyasının ulduzları - Məhsəti Gəncəvi və Mari de Frans" mövzusundakı çıxışında Məhsəti yaradıcılığı ilə ondan bir əsr sonra yaşayıb-yaratmış fransalı şairə Mari de Fransın əsərləri arasında oxşarlıq olduğunu, hər iki şairənin yaradıcılığının əsas qayəsinin məhəbbət, sevgi, qadın bərabərliyi kimi mövzulara həsr edildiyini bildirib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Teymur Kərimlinin "Məhsəti Gəncəvi - Azərbaycan poeziya məktəbinin nümayəndəsi kimi" mövzusundakı məruzəsi böyük marağa səbəb olub. Məhsəti ilk növbədə öz ədəbi-mədəni mühitinin yetirməsidir. O, bu mühiti XII yüzilliyin qədim və zəngin tarixinin tacı hesab edilən Gəncədə yaşayıb.
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) Azərbaycan dili müəllimi, tanınmış alim Aygün Eyyubova "XI-XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvi bəşəri ideyaların və qadın hüquqlarının təşviqatçısı kimi" mövzusunda çıxışında şairənin azad fikirli olmasından, parlaq zəkasından, onun yaradıcılığı və şəxsiyyəti ilə yüksək insani keyfiyyətləri, qadın hüquqlarını təşviq etməsindən söhbət açıb, Məhsəti Gəncəvinin yaradıcılığını tədqiq etmiş avropalı alimlər barədə məlumat verib.
Konfrans çərçivəsində
Yuxarı Alzas Universiteti
ilə Gəncə Dövlət Universiteti
arasında əməkdaşlığa dair
niyyət protokolu imzalanıb. Protokolu universitetin rektorları - xanım Kristin Gangloff-Ziegler
və Yusif Yusifov imzalayıb.
Sonra Yuxarı
Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar fənlər fakültəsində
Məhsəti Gəncəvinin
adını daşıyan
zalın təntənəli
açılışı olub. Açılışda fakültənin dekanı Qreta-Komur-Tilloy, şəhərin
meri Jan Rotner, universitetin rektoru Kristin Gangloff-Ziegler, senator Jan-Mari Bokel
və Azərbaycanın
Fransadakı səfiri
Elçin Əmirbəyov
çıxış edib.
Çıxışlarda zalın Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
bərpa edilməsi xüsusi vurğulanıb və Fondun iki ölkə arasında əməkdaşlığa
mühüm töhfələr
verdiyi qeyd edilib.
Daha sonra iştirakçılar
Məhsəti Gəncəvi
zalı ilə yaxından tanış
olublar. Burada Məhsəti Gəncəvinin
həyat və yaradıcılığı ilə
bağlı Heydər
Əliyev Fondu tərəfindən çap
olunmuş kitablar qoyulmuş, divardan şairənin dörd beytinin yazıldığı
tablo və Bakıdakı möhtəşəm
Heydər Əliyev Mərkəzinin fotosu asılıb.
Tədbirin sonunda incəsənət ustalarının ifasında
Azərbaycan və Avropa bəstəkarlarının
klassik musiqiləri səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 24 iyun.- S.7.