Xalq Şairi Hüseyn Arif 90  illiyi ilə bağlı anılıb

 

  İyunun 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İdarədən APA-ya verilən məlumata görə, tədbir xalq şairi Hüseyn Arifin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Bakı Slavyan Universitetinin müəllimi, filologiya elmləri doktoru Rüstəm Kamal, xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub şair haqqında fikir xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.    

Yubiley tədbirində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Fəzail MiskinliDilqəmiRuhaniaşıq musiqilərini ifa edib, Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal MehrəliyevAzərbaycan simfoniyasıGünlər olaydışeirləri ilə çıxış edib.

Şairin qızı Zöhrə Hüseynzadə çıxış edərək tədbirin təşkilinə görə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinə təşəkkürünü bildirib.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 24 iyun.- S.7.