Elçin: “Bəs Anar desin?”  

 

Xalq yazıçısı Elçin Əfəndiyevin müsahibəsi

 

  Elçin müəllim, Yazıçılar Birliyinin son qurultayını tez tərk etməyiniz həm iştirakçıların, həm də, ümumiyyətlə, ədəbi ictimaiyyətin diqqətini cəlb etdi, cürbəcür mülahizələr söyləndi. Özünüz bu barədə nə deyə bilərsiniz?

 

- Mənim qurultaydan tez getməyim sadəcə olaraq, həmin günlərdə qrafikimin çox gərgin olması ilə bağlıdır. Bundan sensasiya düzəldib ajiotaj yaratmaq lazım deyil, çünki belə sensasiyayaajiotaja heç bir başqa səbəb yoxdur. Qurultayın qonaqları arasında mənim Yevgeni Sidorov, Oljas Süleymenov, Ataol Bəhramoğlu kimi 40-45 illik dostlarım da var idi, heç macal tapıb onlarla da əməlli-başlı görüşə bilmədim.

 

- Qurultay başlayanda hamı Sizin çıxışınızı gözləyirdi, ancaq heç çıxış da etmədiniz...

 

- Mənim beş il əvvəl dediklərimi təzədən təkrar etməyimə nə ehtiyac var idi? O vaxt Yazıçılar Birliyinin 75 illiyi münasibətilə çıxış etmişdim, sonra da o  çıxış əsasında məqalə yazmışdım. Həmin çıxışda da, məqalədə də o zaman gözlənilən qurultayla bağlı fikirlərimi demişdim. Həmin məqalə “525-ci qəzet”də çap olunub, maraqlananlar tapıb oxuya bilərlər. Qurultay gecikdi, ancaq mən onda Yazıçılar Birliyi barədə, ədəbiyyat və ədəbi proses barədə nə demişdimsə, indio fikirdəyəm. Buna görə də çıxış etməyə lüzum görmədim.

 

- Anar müsahibədə deyir ki, Elçin mənim dostumdur...

 

- Bəs Anar desin? Desin ki, düşmənik? Dost dosta dost deyər ! Bəli, biz az qala əlli ilin dostuyuq.

 

- Yazıçılar Birliyinin yeni-köhnə rəhbərliyi barədə deyə bilərsiniz?

 

- Fikrət Qoca da Anar kimi, mənim köhnə əziz dostumdur. Çingiz , Rəşad da, Arif mənim dostlarımdır. Mən onlara ilk növbədə cansağlığı, yaradıcılıq uğurları Yazıçılar Birliyindəki fəaliyyətləri üçün daha artıq bir enerji, ədəbi-bədii prinsipiallıq cəsarət, daha artıq işgüzarlıq arzulayıram.

 

- Yazıçılar Birliyinə sözünüz?

 

- Sözüm, əslində umacağım, ondan ibarətdir ki, Yazıçılar Birliyi ədəbiyyatın maraqlarına sahib çıxsın. Bu gün buna çox ehtiyac var mənim umacağım da ancaq budur.

 

525-ci qəzet.- 2014.- 24 iyun.- S.4.