Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib

 

 

Ötən gün mədəniyyət turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul edib.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən "525"-ə verilən məlumata görə, Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən qəbula Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Zəngilan Şuşa rayonlarından 30-a yaxın vətəndaş yazılıb.

Əvvəlki qəbullarda olduğu kimi, bu dəfə vətəndaşların müraciətləri əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi s. məsələləri əhatə edib. Sumqayıt şəhərində turizmin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, Abşeron rayonunda dövlət teatrının yaradılması barədə təşəbbüslər, eləcə işlə təminat digər sosialyönümlü məsələlərlə bağlı müraciətlər diqqətə çatdırılıb.

Nazir Əbülfəs Qarayev mətbuata açıqlamasında əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edib, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlığının təqdirəlayiq olduğunu bildirib:  "Bugünkü qəbulda abidələrlə, onların bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Biz bu təşəbbüsləri yüksək qiymətləndiririk".

Bütün xahiş təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin, incəsənət məktəblərində təhsilin təşkili ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu deyib: "Burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizi narahat edir. Məsələn, musiqi incəsənət məktəblərində tədrisin ikinci növbəyə düşməsi həm müəllimlər, həm şagirdlər üçün əlavə çətinliklər yaradır ki, bu da kompleks yanaşma ilə həll olunmalıdır".

Qəbuldan sonra Əbülfəs Qarayevin nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 25 iyun.- S.7.