Rus Dram Teatrında “Qadın oyunları”

 

Xalq artisti Amaliya Pənahova yaradıcılığının 50 illiyini qeyd edir.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinə qonaq olan aktrisa bu münasibətlə “Qadın oyunları” adlı bir tamaşa hazırlandığını bildirib. Tamaşanın rejissoru isə tanınmış polşalı rejissor Kşiştof Zanussidir:

“Yaradıcı heyətlə birlikdə Polşaya getdik. Kşiştof Zanussinin iqamətgahında qonaq olduq. Orada tamaşa üzərində məşqlər etdik. "Qadın oyunları" əsərinin müəllifi də elə Zanussi özüdür. Premyeramız iyunun 22-də Rus Dram teatrında olacaq. Bu tamaşa yaradıcılığımın 50 illiyi münasibətilə hazırlanıb. Tamaşada baş rolu mən ifa edəcəm".

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 25 iyun.- S.7.