"Azərbaycan Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyaları ilə bir səviyyədə dayanmağa layiqdir"

 

 

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından  sonra Azərbaycanın müstəqil hüquqi dövlət kimi qurulması, inkişafı üçün nəhəng işlərə imza atdı. Bu mənada milli müstəqilliyimizin əsas atributu olan Azərbaycan Konstitusiyasının  qəbul olunması xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Bu istiqamətdə ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin  hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Daha sonra 1995-ci il mayın 2-də Milli Məclis prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaratdı. Milli Məclisin qərarı ilə bu komissiya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli lider Heydər Əliyev yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki,  o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə üzərimizə düşən vəzifə həm şərəflidir, həm çox çətindir.... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır".

Qeyd edək ki, Komissiyanın tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil idi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 % səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Tarixi təcrübə sübut edir ki, ən demokratik əhalinin bütün təbəqələrinin mənafeyini hərtərəfli təmsil edən konstitusiyalar məhz ümumxalq səsverməsi (referendum) vasitəsi ilə qəbul olunan konstitusiyalardır.

1995-ci il noyabrın 10-da Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlayan komissiyanın son doqquzuncu iclasındakı çıxışında prezident Heydər Əliyev Konstitusiya Komissiyasının bütün üzvlərinin layihənin hazırlanmasında olduqca səmərəli, faydalı, tarixi xidmətlərini vurğulayıb. Ümummilli lider deyib: "Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun fikrincə, Azərbaycan Respublikasının Konstitusiyası ən mütərəqqi konstitusiyalardan biridi: "Bu konstitusiya Azərbaycan vətəndaşlarının hüquq vəzifələrini təyin edən ən ali qanunlar toplusudur.  Konstitusiya hər bir xalqın qürur mənbəyidir. Hansı xalq ki, özünün mütərəqqi konstitusiyasına qanunlar toplusuna malikdir, deməli, o xalqın dəyəri onun riayət etdiyi görmək istədiyi qanunların təzahürüdür. Müstəqil Azərbaycan dövlətinin aranmasında, formalaşmasında, möhkəmlənməsində ulu öndər Heydər Əliyevin misilsiz müstəsna xidmətləri var. Ulu öndər müstəqil Azərbaycan dövlətinin bütün rıçaqlarını, özüllərini çox fundamental şəkildə, strateji baxımından əhəmiyyətini, dövlət atributlarını dövlətə nələr lazım olduğunu bilərək həll etdi. Eyni zamanda müstəqil Azərbaycanın ilk Konstitusiyanın da müəllifi məhz ümummilli liderdir".

A.Hüseynov bildirib ki, müstəqil Azərbaycan əsrin əvvəllərində mövcud olan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bununla belə 1918-1920-ci illərdə fəaliyyət göstərən Xalq Cümhuriyyətinin Konstitusiyası olmamışdı: "Sonrakı dövrlərdə biz SSRİ tərkibində yaşadığımız dövrdə Azərbaycanın Konstitusiyası qəbul edildi. Lakin bu Konstitusiya SSRİ Konstitusiyasının uyğunlaşdırılmış,  cüzi dəyişikliklər edilmiş Konstitusiya idi. Daha dəqiq desək bu, Azərbaycan SSRİ-nin Konstitusiyası idi. Həm ictimai-siyasi baxımdan, həm müstəqil Azərbaycanın Konstitusiyası deyildi. 1995-ci ilin noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycan dövlətinin olduğu üçün Azərbaycan xalqının hüquq vəzifələrini birbaşa müəyyənləşdirir. Konstitusiya istər o dövrdə, istərsə indi ölkəmizin ali qanunudur mütərəqqi qanunlardan biridir. Eyni zamanda Azərbaycan xalqının vətəndaşının hüquq vəzifələrini özündə ehtiva edən sənəd toplusudur".

Onun sözlərinə görə, SSRİ dövründə Azərbaycanın Konstitusiyası 3 dəfə dəyişikliyə məruz qalıb: "O dövrdəki Konstitusiya SSRİ qəbul olunmuş Konstitusiyanın müəyyən dəyişikliyə uğramış forması idi. Həmin vaxtda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz əksini tapması məhz birbaşa ulu öndərimizin fəaliyyəti ilə bağlıdır. Bu gün bu bizə asan görünsə , o dövrdə bu, böyük qətiyyət tələb edirdi. Ulu öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması bir çox maddələrin əlavə edilməsi xalqın maraqlarına xidmət edirdi. Onlardan ən mütərəqqilərdən biri , qeyd etdiyimiz kimi dövlət dilinin Azərbaycan dili olması idi. Bu çox dəyərli bir fakt idi".

A.Hüseynov Konstitusiyaya  2002 2009-cu illərdə edilən dəyişikliklərə toxunub bildirib ki, Konstitusiya xalqın dövlətin vətəndaşının iradəsinin ifadəçisidir: "Burda zamanın dövrün tələbləri var. Dövrün tələbləri olduqca dəyişikliklər edilməsi labüddür. Ancaq gördüyünüz kimi olan dəyişikliklər Konstitusiyanın ümumi maddələri arasında çox cüzi bir dəyişiklikdir. Burada mahiyyət etibarı ilə deyil, müəyyən dərəcədə forma etibarı ilə dəyişiklər olub, mahiyyət olduğu kimi qalır. Yəni əsas baza hissəsi qalır forma zamanın tələbinə uyğun olaraq dəyişir. Yenə qeyd edirəm ki, Konstitusiyanın maddələrinin dəyişdirilməsi labüddür. 2002-ci ildə bu zərurətdən ortaya çıxmışdı referendum keçirildi. Azərbaycan xalqı səs verdi bu maddələr dəyişdirildi. 2009-cu ildə , həmçinin dəyişdirilən maddələr mütərəqqi maddələr idi. Biz 1995-ci ildəki Konstitusiyanı digər MDB ölkələri ilə müqayisə edəndə çox mütərəqqi qanun idi. Konstitusiyanın hazırlanmasına komissiya yaradılmışdı üzvlər mütəmadi olaraq toplaşırdı, məsləhətləşmələr aparırdılar. Konstitusiyanın qəbulu vaxtı komissiyanın tərkibinə bütün ictimai qurumlardan, siyasi qurumlardan nüfuzlu insanlar cəlb olunmuşdu. Komissiyanın sədri isə ulu öndər idi. Heydər Əliyev tərəfindən hazırlanılan xalq tərəfindən qəbul olunan qanun zamanın tələbinə uyğun olaraq dəyişdirilməsi təbii bir prosesdir. Bu gün Prezident İlham Əliyev Konstitusiyamızda da təsbit olunduğu kimi vətəndaşların hüquqlarının qarantıdır. Vətəndaşımızın hüquqları Konstitusiyaya uyğun olaraq qorunur. Bir vətəndaş olaraq bizim vəzifəmiz Konstitusiyamızın tələblərinə riayət etməkdir".

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Azərbaycan Konstitusiyasının qəbul edilməsi həm ölkənin daxilindəki müəyyən pozitiv dəyişikliklər, həm də ölkənin bəzi beynəlxalq qurumlarla sıx əməkdaşlığından yaranan zərurətdən irəli gəlirdi: "1995-ci ildə qəbul edilən və indi fəaliyyətdə olan Konstitusiya elə dövrdə qəbul edilirdi ki, ölkə artıq beynəlxalq neft müqavilələrini imzalamış, ölkə daxili sabitliyə nail olumuş, silahlı dəstələr ölkə ərazisindən yığışdırılmış və Azərbaycan ictimai, iqtisadi tərəqqi yoluna qədəm qoymuşdu. Bu dövrdə artıq ölkə bir sıra beynəlxalq təşkilatlarla Avropa Şurası, BMT, YUNESKO və digər xarici qurumlarla təmaslarda idi. Azərbaycan dövləti həm də öz problemlərini bu təşkilatlar, o zamankı prezident Heydər Əliyev xarici səfərləri və müxtəlif dövlət qurumları vasitəsilə dünya ictimai rəyinə daha geniş şəkildə yaymağa başladı, Azərbaycanın beynəlxalq mövqeləri xeyli möhkəmləndi. Artıq Azərbaycana Avropa standartlarına uyğunonun tələblərinə cavab verən bir Konstitusiya qəbul olunması tələb edilirdi. Həmin sənəd üzərində çox diqqətlə, eyni zamanda çox səriştəli şəkildə işlənib hazırlandı, Konstitusiyasının ana maddəsini insan haqları, insan hüquqları, cəmiyyətdə vətəndaşa göstərilən qayğı əsas yer tutdu. Bizim Konstitusiyamız öz parametrlərinə görə, orada insanların hüquq və vəzifələrinin düzgün koordinasiya edilməsi məsələlərinə görə dünyanın irəlidə gedən konstitusiyalarından heç də geridə qalmır".

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası mükəmməl işlənib, orada dövlət- vətəndaş münasibətləri, vətəndaş-cəmiyyət  münasibətləri, vətəndaşın hüquq və azadlıqları məsələsi, eləcə də vətəndaşın hüquq və azadlıqlarla yanaşı yerinə yetirməli olduğu öhdəliklər məsələsi bir-birilə sıx təmasda götürülüruğurlu surətdə həll edilir: "Bu nöqteyi-nəzərdən dünya standartlarının bir çox tələbləri nəzərə alınıb və konstitusiyada öz əksini tapıb. Azərbaycan Konstitusiyası humanistinsan ehtiyaclarına xidmət edən konstitusiyalardan biri hesab edilir. Bu sənəd dünyanın qabaqcıl konstitusiyaları ilə bir səviyyədə durmağa layiqdir".

Q.Hüseynli Azərbaycan Konstitusiyasının qəbulunun sonrakı dövlət quruculuğu prosesindəki rolundan da danışıb: "Konstitusiya Ana Qanundur. Onun qəbul olunmasından sonra istər qanunvericiliyin cinayət, istər mülki sahələri ilə bağlı qanunvericilik, bir sözlə, cəmiyyətin idarəedilməsinə xidmət edən bütün qanunlar toplusu standart etibarilə dəyişməyə başladı və Avropa standartları səviyyəsinə qaldırıldı. Bu gün bizim qanunvericilik sovet dövründə mövcud olan qanunvericilikdən köklü surətdə fərqlənir və Avropa standartları səviyyəsində olması ilə nəzərə çarpır. Bu baxımdan Konstitusiya bir yol göstərən ulduz kimi digər qanunlarımızı da həmin sənədə uyğunlaşdırmağı tələb etdi və qısa müddətdə də bu işlər həyata keçirildi".

 

PƏRVANƏ

525-ci qəzet.- 2014.- 25 iyun.- S.6.