Abdulla Şaiqin mənzil-muzeyində
Mirzə Şəfi Vazehin yubileyi
qeyd edilib
Abdulla Şaiqin mənzil-muzeyində
Azərbaycan ədəbiyyatının
klassiki, maarifçi şair Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən mənzil-muzeyin direktoru Ülkər Talıbzadə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
2014-cü il fevralın 3-də imzaladığı
"Mirzə Şəfi
Vazehin 220 illik yubileyinin keçirilməsi
haqqında" Sərəncamın
əhəmiyyətindən danışıb.
Ü.Talıbzadə bildirib ki, tədbirin əsas məqsədi M.Ş.Vazehin zəngin yaradıcılığının, həyat yolunun təbliği və tədqiqidir: "Görkəmli
şair, pedaqoq, maarifçi-filosofun həyat
və yaradıcılığına,
zəngin poetik irsinə maraq bu gün də
azalmır. M.Ş.Vazeh Şərq poeziyasının
çoxəsrlik ənənələrini
yaşadıb, yüksək
insanpərvərliyi, mənəvi
gözəlliyi, insan ruhunun əzəmətini,
sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri tərənnüm edən
əsərlər yaradıb.
Şairin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni
əlaqələrinin inkişafında
özünəməxsus yer
tutur".
Dəyirmi masada A.Şaiqin mənzil-muzeyinin
elmi işçiləri
Günel Rəsulova, Humay Teymurzova, Elminaz Məmmədli ədibin həyat və yaradıcılığı
ilə bağlı müxtəlif mövzularda
məruzələrlə çıxış
ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 26 iyun.- S.7.