Rifah və inkişafın möhkəm təməli: hüquqi dövlət quruculuğu

 

Dövlət və cəmiyyət həyatın müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da, təbii ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun prioritet prinsiplərindəndir. Şübhəsiz ki, güclü dövlətin, güclü cəmiyyətin əsas sütunlarından birihüquqi dövlət quruculuğudur. Müstəqilliyini yenicə qazanmış respublikanın dünya birliyinə inteqrasiya yoluna qədəm qoyması, ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması, demokratik, vətəndaş cəmiyyətinin qurulması üçün, ilk növbədə, cəmiyyət həyatının bütün sahələrinə aid olan hüquqi islahatların düzgün istiqamətdə aparılması və inkişaf etdirilməsi zəruri əhəmiyyət daşıyır. Bunu inkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir.

Bir çox sahələrdə olduğu kimi bu istiqamətdə də Azərbaycanda dövlət tərəfindən genişmiqyaslı addımlar atılaraq, mühüm tədbirlər, islahatlar həyata keçirildi və hazırda da bu proses davam etdirilir.

Azərbaycan dövlətinin inkişaf strategiyasında demokratik dəyərlər, vətəndaş cəmiyyəti institutlarının yaranması və güclənməsi, eləcə də hüquqi dövlət quruculuğu başlıca prinsiplərdəndir. Təcrübə göstərir ki, demokratik proseslərin davamlı getmədiyi, hüquqi prinsiplərin möhkəm olmadığı dövlət üçün iqtisadi sahədə yüksək nəticələr əldə etmək, beynəlxalq arenada layiqli yer tutmaq, dünyaya inteqrasiya mümkün olmayan işdir. İqtisadiyyatı geri qalan dövlətlərdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluğa düçar olması şübhə doğurmur. Bu reallıqdan çıxış edən Azərbaycan rəhbərliyi hər iki xəttə birgə yanaşılmasını vacib bilir, ölkənin uzunmüddətli inkişafını məhz demokratikiqtisadi islahatların, həmçinin hüquqi dövlət quruculuğunun paralel davam etdirilməsi şərti ilə real sayır. Dövlət rəhbərliyinin demokratik inkişaf konsepsiyası, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti institutlarına verdiyi önəm  kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən irəli gəlir.

Öz iqtisadiyyatını gücləndirə bilən ölkələrdə demokratiyanın inkişafı normal gedir. Bunun üçüniqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Azərbaycanın indiki iqtisadi inkişafı demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə xidmət edən hüquqi-siyasidemokratik islahatlar kursunun genişləndirilməsinə geniş zəmin yaradır.

Danılmaz həqiqətdir ki, müasir dünyada hər bir dövlətin imicini onun insan hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının vəziyyəti müəyyən edir. Demokratiyainsan hüquqları bir-biri ilə qırılmaz sürətdə bağlıdır və biri digərini şərtləndirir. Yalnız cəmiyyətdə mövcud olan demokratik iqlim insan hüquqlarının qorunmasına real təminat verir. Eyni zamanda əsas insan hüquq və azadlıqlarının qanunvericilikdə və real həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanın təşəkkülü və geniş inkişafı üçün həlledici amil rolunu oynayır. Dövlətimizin hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atması danılmaz reallıqdır. İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Sözügedən hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı həm də hüquqi normativ sənədlərlə təsbit olunur.

Azərbaycanda dövlət quruculuğu prosesinin gedişinə ardıcıl diqqət yetirsək, görərik ki, dövlətimizin vətəndaş cəmiyyətinin sistemli şəkildə və birbaşa dövlətin dəstəyi ilə formalaşdırılması mərhələsinin məhz son 10 ildə daha böyük inkişaf yolu qət etdiyini söyləmək mümkündür. 

Ölkəmizdə ilk növbədə belə bir amil nəzərə alınır ki, müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti maraqlarının qarşılıqlı münasibətləri, xüsusən vətəndaş cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinin formalaşması ən aktual, mühüm işlərdən biridir.

Çağdaş şəraitdə cəmiyyətin siyasi sistemində mühüm yer tutanonun inkişafının əsas müəyyənedicisi olan dövlətin xüsusiyyətlərindən biri də müxtəlif fərdi və kollektiv maraqların uzlaşmasını təmin etməkdir. Müxtəlif növ dövlətlər arasında mühüm yer tutan hüquqi, demokratik dövlət cəmiyyətdə mövcud olan, onun sosial strukturunu təşkil edən müxtəlif qruplar, təbəqələr arasındakı və cəmiyyət-şəxsiyyət münasibətlərini tənzimləməyi bacarır.

Azərbaycanda köklü hüquqi islahatların aparılması ilə demokratik, dünyəvi dövlət quruculuğundan tutmuş müasir dünya birliyinə inteqrasiya, azad vətəndaş cəmiyyətinin formalaşması, məhkəmə hakimiyyətinin qanunauyğun fəaliyyətinin təmin olunması, insan, vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi və dövlət tərəfindən qorunması kimi prinsipial məsələlərin konseptual həlli istiqamətləri müəyyən olundu. Bu sahədəki hüquqi islahatlar artıq öz bəhrəsini verib, ancaq daha da irəliyə getmək üçün bu gündavam etdirilməkdədir.

Məlumdur ki, hüquqi dövlətin mahiyyəti cəmiyyətin əsas qanunu, bazisi qismində çıxış edən konstitusiyanın ümumbəşəri demokratik dəyərlərə nə dərəcədə uyğun olub-olmaması ilə müəyyənləşir. Azərbaycan xalqı dövlətçiliyin mühüm atributu olan Konstitusiyasını 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edərək, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün qətiləşdirib. Bu addımın Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən sürətlə inkişaf etməsi, cəmiyyət həyatının bütün sahələrində tərəqqi və intibahın baş verməsi, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu yönümündə mühüm məsafə qət edilməsi baxımından böyük önəmi var. Respublikamızın insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi və digər prinsipial məsələlər Konstitusiyaya bir sıra mütərəqqi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirdiyi üçün vaxtında bu yöndə konkret və tələblərə cavab verən işlər görülüb.

Cəmiyyətdə həll olunası məsələlər ilk növbədə hüquqi şüarlar elan edilir. Azərbaycan Konstitusiyasının dövlət quruculuğunda ən böyük rolu ondan ibarətdir ki, ölkədə hüquqi dövlətin qurulması ilə həmin hüququn özünün yaradılması paralel getdi. Yəni praktikada olan Azərbaycan vətəndaşının qəbul etdiyi prinsiplər Konstitusiyada öz əksini tapdı. Bu gün Konstitusiya Azərbaycan dövlətinin fəaliyyət göstərməsinin əsas qarantıdır.Atılan bütün addımlar məhz Konstitusiyaya söykənərək həyata keçirilir. Azərbaycanın bu günü və sabahı məhz Əsas Qanunun tələblərindən, onun ifadə etdiyi hüquq və azadlıqların kompleksindən irəli gələrək həyata keçirilir.

Konstitusiyanın tərtib edilməsinə və onun uzun müddətli bir dövlət sənədi olması üçün beynəlxalq təcrübədən geniş istifadə olunması da böyük nailiyyətdir. İlk növbədə Avropanın, o cümlədən Türkiyənin təcrübəsindən geniş istifadə olundu. Hakimiyyətin bölünməsi prinsipi Konstitusiyada öz əksini tapdı. Sənəddə vətəndaşların hüquq və azadlıqları təsbit olundu,   azad sahibkarlıq,  mülkiyyətin çoxformalılığı öz əksini tapdı. Konstitusiyada Azərbaycanın demokratik, hüquqi bir dövlət olması üçün geniş bir hüquqi baza yaradıldı.

Azərbaycanın Əsas Qanununun müvafiq maddəsində başlıca insan hüquq və azadlıqlarının toxunulmaz, pozulmaz və ayrılmaz olması qeyd edilməklə yanaşı, təbii hüquqların əsas xüsusiyyətləri öz əksini tapıb. Təbii ki, konkret sosial şəraitdən və dövlətdən asılı olmayaraq təbii hüquqlara insanlar doğulduğu andan yiyələnirlər, yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və təhlükəsiz yaşamaq hüququ təbii hüquqlardan sayılır. Əsas Qanunumuzda isə bu kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təsbit edilməsi hər bir şəxsin başqaları, o cümlədən dövlət qarşısında məsuliyyət və vəzifələrin müəyyənləşdirilməsi ilə üst-üstə düşür.

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək və dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.

Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət ilə xalq arasındakı münasibətləri əks etdirir, hüquqi, demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiyamız mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.

 

PƏRVANƏ

525-ci qəzet.- 2014.- 28 iyun.- 30.