Oqtay Rza
əməkdar müəllim
Mübarək
Çingiz Əlioğlunun 70 yaşına
Gözəl Füzulidə – yayda
doğuldun,
Barlı,
bərəkətli ayda
doğuldun;
Zirvədən-zirvəyə addımlayaraq,
Bütün məmləkətin övladı
oldun!
Duyğular al-əlvan, təzətər,
yeni...
Qürbətdən xalqına salam gətirdin;
Halal mükafatın-“Qran Pri”ni
Alıb, Nəşriyyatda hədiyyə
verdin.
Dözüm arzuladın köçkün
yurddaşa,
Mərhum
qardaşımın adaşı
Çingiz!
Gərək Qələbəylə çatdıraq başa
Qarabağ uğrunda savaşı,
Çingiz!
Bu misran məni də kövrəldib bir az:
“Bir qanadım şəhər, bir qanadım kənd”.
...Səni alqışlayıb
Güneydə Şiraz,
Səni İstanbula çağırır
millət.
Min nəğmə səslənir
könül tarında,
Tale sirdaşındır el-vətən
qızı:
Deyirsən tutarlı uğurlarında
Az deyil Südabə xanım qayğısı.
Həftə var-dəyərdə sanki aya tən,
Çoxalıb mərasim, iclas,
xeyir iş...
O gün “ağ gecə”li, uzaq ölkədən
Nəvən Turanelli zəng eləyibmiş.
Söz-məlhəm, nur, işıq;
Söz-qılınc, raket...
“Axıdıb alnının
inci tərini”,
Milyon oxucuya yenə də bəxş et
Şeir gülşəninin çiçəklərini.
Ürəkdən sıxırıq əlini
bərk-bərk,
Bayramı mübarək Əlioğlunun!
Özünü həmişə şux,
gümrah görək
Çingiz xan,
Çingiz bəy Əlioğlunun!
525-ci qəzet.-2014.- 28 may.- S.4.