Mərdliyin profilləri
C. F.
Kennedi
(Əvvəli
ötən şənbə sayımızda)
“Mən prezidentliyə namizəd göstərilməyimi
gözləmirdim. Öz siyasi kursu ilə gedən adam
kimi mən vəzifəmdən xaric edilməliydim... Mən dəqiq qərara aldım ki, Prezidentliyə
namizədliyə gedəndə mənim ifadə etdiyim
baxışları heç kəs müdafiə etməyəcəkdir”.
Herbert
Huverin prezidentlik üçün birgə hərəkət
etmək mövqeyinin qəbul edilməsi barədəki təklifdən
o, and altında imtina etdi və
Respublikaçılar Qurultayının platformasına və
onun öz namizədlərini seçmək metodlarına
hücum etdi. Bu illərdə başlıca məsələ
T.V.A-nı (Tennessi Vadi Hakimiyyətini – tərcüməçi)
qurmaq idi və Nebraskadan olan Senator isə
ictimai hakimiyyətin ən çox çıxış edən
milli müdafiəçisi idi; və inanırdı ki,
“monopolist hakimiyyət tresti” Huverin namizəd göstərilməsini
və Respublikaçıların platformasını diqtə
etmişdir.
Demokratik partiyaya keçməsinə hazır
olmadığından, o, buna daim əks
çıxırdı və inanırdı ki, bu partiyanın
da platforması bərabər qaydada ziddir. Norris ölkəyə
səfərə çıxdı ki, partiyaya məhəl
qoymadan proqressivist yoldaşlarının kampaniyasında
iştirak etsin. Nyu-Yorkdan olan Demokratik namizəd
Al Smitin kampaniyadakı çıxışları Norrisin
öz baxışları ilə eyni xətt üzərinə
düşdükcə, o, öz partiyasının ən
çətin problemi ilə üz-üzə dayanmalı oldu.
Corc Norris
Respublikaçı idi; Ortaqərbli idi, protestant və “quru”
(1920-ci illərdə ABŞ-da spirtli içkilərin
istehsalı və satışının qadağan olunması
tərəfdarlarına “qurular”, əleyhinə olanları isə
“yaşlar” deyirdilər, “quru” qanun 1920-ci ildə qüvvəyə
minmişdi, 1933-34-cü ildə isə ləğv
edilmişdir – tərcüməçi) idi və Herbert Huver də
bütün bu şeylərin hamısı demək idi. Lakin Al Smit Nyu-Yorkun küçəsindən gələn
Tammani Zalı (Nyu-York şəhərində Demokratik
partiyanın icraiyyə komitəsinin populyar adı belə idi,
tarixən tipik xeyriyyəçilik və himayəçiliyin
qarışığı ilə siyasi nəzarəti həyata
keçirirdi. Bu bütün Delaver
hindularının müdrik başçısı Tammanendin
adından götürülmüşdü. Tammaninin qüdrəti 19-cu əsrdə və 20-ci əsrin
əvvəllərində qorxulu idi. Prezident
Franklin Delano Ruzvelt sonralar onun statusunu aşağı salmaqla
Nyu-York siyasətinə nəzarətini kiçiltmişdi – tərcüməçi)
Demokratı idi. Qadağanın (spirtli
içkilər barədə qadağanın – tərcüməçi)
ləğv edilməsi xeyrinə çalışan katolik
olmaqla, onlardan heç kəs deyildi. Əlbəttə
ki, Smit Nebraskada kiçik dəstəyə malik olacaqdı.
Axı ştat həmçinin
Respublikaçı, Ortaqərbli, protestant və təbiəti
etibarilə “quru” idi. Norris öz
partiyasını tərk etsəydi, onun ştatı və
seçiciləri belə şəraitdə nə edərdilər?
O, bunu edə
bilərdi. O, daim “partiya məsuliyyətini ləğv etmək
və əvəzində şəxsi məsuliyyəti
qoymağı” dəstəkləyirdi. “İstənilən adam hətta Respublikaçıların sərt
növü olsaydı da, o, inanmazdı ki, partiyanın naminə
apardığım mübarizə düzgündür, öz əqidəsinə
görə hərəkət edərdi və mənə
qarşı səs verərdi”. Və beləliklə, 1928-ci
ildə Norris nəhayət proqressivistlərə elan etdi:
“Smitin
düşərgəsindən savayı heç bir yerə
malik deyiləm... Biz belə bir tərəfdar
olacağıqmı ki, partiyamızı ölkədən
yuxarıda qoyaq və yeganə liderin arxasınca getməkdən
imtina edəcəyikmi ki, o, bizə (hakimiyyət) trestinin nəzarətindən
qaçmağa imkan verəcəkdir?... Bu mənə belə görünür ki, biz öz
vicdanımızı dağıda və bizim çox illər
ərzində uğrunda vuruşduğumuz şeylərə
müxalif olmağı əvvəlcədən bilən kimisə
dəstəkləyə bilmərik”.
Bəs Smitin dini baxışları necə olsun? Onun içki
məsələsinə münasibəti necə olsun?
“İctimai
həyatda o adam üçün bu
mümkündür ki, o, öz dini inamını siyasi fəaliyyətindən
ayırsın... Mən protestantam və “quruyam”, həm də
“yaş” olan adamı müdafiə edəcəyəm və mən
inanıram ki, katolik də qanunu həyata keçirməyin
xeyrinə səmimidir və iqtisadi məsələlərdə
düzgündür... Mən proqressiv olan və öz qərarında
mərd olan vicdanlı “yaşlara”, özünü “qurular” tərəfində
olduğunu etiraf edən, lakin qadağanı səmərəli
etmək üçün ölkədəki bütün rom
qaçaqmalçılarına, içki alverçilərinə
qarşı o qədər də çox şey etməyən
siyasətçilərdən daha çox etibar edirəm”.
Bunlar mərd hisslər idi, lakin qəzəbli
seçicilərə təsirini itirirdi. Onun qatarı ştatdan
keçib Omahaya istiqamət götürdükdə, orada
ümummilli radio ilə, bir neçə radio stansiyaları
vasitəsilə Smit barədə danışmalı idi, uzun
müddət dostluq etdiyi adamlar və Respublikaçı liderlər
qatarın üstünə dırmaşdılar ki, öz
partiyaları və karyeraları adından müraciət
etsinlər. Nebraskanın qüdrətli Anti-Salon
Liqasının başçısı, əvvəllər
Norrisin mühüm müdafiəçisi olan adam
özünün hakimiyyət məsələsi iynəsini
boş şey adlandırdı. “Bu
kampaniyadakı məsələ içki məsələsidir
və Norris onu bilir. Əgər o, Smitin
xeyrinə çıxış etsə, Liqa onun vasitəsilə
hərəkət edəcəkdir”. Norrisdən
soruşanda ki, belə baxışlarla 1930-cu ildəki yenidən
seçilmək üçün necə cəhd göstərəcəkdir,
o, buna quru şəkildə cavab verdi: “Belə
şeylər məni onun yanına qova bilər”. Omahadakı iri baptist kilsəsinin pastoru Senatora
yazmışdı ki, “bizi ümumiyyətlə təmsil etmir
və biz onun administrasiyaya olan münasibətindən xəcalət
çəkirik”. Lakin Norris öz
cavabında sakitcə keşişdən soruşdu ki, o,
“öz gözündəki tiri çıxarmağa cəhd
etmişdirmi ki, eləcə də öz qardaşının
gözündəki tozcuğu necə dartıb
çıxarmaq barədə fikirləşir”.
Respublikaçı liderlərin köhnə mühafizəçisi
əvvəlcədən ən azı özəl qaydada israr
edirdi ki, Norris “Respublikaçı olmamışdır”, bu
ittihamı həmin vaxt onlar açıq şəkildə dilə
gətirirdilər. Lakin elə bu vaxt Norrisin özünü
daha artıq həsr etdiyi dostlarından çoxu bu nizə zərbəsindən
qorxularını ifadə etdi. Kiçik
biznesmen Nebraska qartalı barədə deyirdi ki, “mən 20 il ərzində
Norrisi dəstəkləmişəm, lakin daha heç vaxt dəstəkləməyəcəyəm.
O, siyasi cəhətdən dəyişəndir və əqli cəhətdən
pis əhval-ruhiyyədədir və Ruzvelt (söhbət
prezident Teodor Ruzveltdən gedir – tərcüməçi)
vaxtından hər bir Respublikaçı Administrasiyaya
qarşı əks mövqedə dayanır. Senator öz pərəstişkarlarına daha hörmətlə
yanaşmalıdır, nəinki onlar öz
püşkünü “yaş” Demokratlarla birgə
atmağı gözləməlidirlər”. Norrisin
birinci Konqress katibi reportyorlara demişdi ki, o, “Prezidentliyə
Tammani namizədini səlahiyyətsiz qaydada Senatorun dəstəkləməsinə
sərt qaydada müxalifdir”.
Respublikaçıların Qurultayında Norrisin
Prezidentliyə namizəd göstərilməsini dəstəkləyən
nümayəndə mətbuata demişdi ki, Norris “mənim
siyasi vicdanımı özünün jilet cibində gəzdirmir. Mən onun
tutduğu yerdə dayanmasını görəndə dərindən
kədərlənirəm. Norris yeni dostlar
axtarmalıdır və əgər o, Nyu-York tərəflərdə
olanları axtarmağı seçsə, bu onun
üstünlüyü olacaqdır. Lakin bədbəxtlikdən
o, vəzifəyə girmək üçün
Respublikaçılar partiyasını istifadə etdiyi bir nəqliyyat
vasitəsi hesab edir və bu vaxt özünün bayraq gəzdirənlərindən
imtina edir”.
Uoltillin “Times” qəzetinin naşiri yazırdı ki, “mən
bunu kədərlə deyirəm, ancaq Norris barədə deyirəm. Siyasi cəhətdən
o, səhrada, öz proqressiv dostlarından çox uzaqda
olmaqla, itmişdir”.
Linkolnun
prokuroru demişdi ki, “yüzlərlə ac fermer və ya
susuzluqdan yanan “yaş” üçün orta hesabla siyasi cəzadan
az da olsa, hansısa bir bağışlanma
ola bilər. Lakin Norris qabiliyyətdə və təcrübədə
olan bir dövlət xadimi üçün heç bir
bağışlanma yoxdur”. Həmin prokuror Norris
düşərgəsinə yaxın adam
idi.
Lakin Corc Norris ac fermerə kömək etmək istəyirdi,
əgər bu susuzluqdan yanan “yaşa” kömək etmək mənasını
versə də, onun müraciəti və ya hücumları təsirsiz
qaldıqda, o, Omahada Smit üçün ona haqq qazandıran
bir güclü səbəb irəli sürdü. O, dedi ki, Nyu-York qubernatoru
Tammaninin diqtəsindən yuxarı qalxmışdır, bu vaxt
Respublikaçılar Qurultayının istifadə etdiyi
texnikalar “Tammani Zalına ağ xalatlı
müqəddəs kimi xarici görünüş” verəcəkdi.
O, öz auditoriyasına dedi ki, əks partiyanın namizədini
müdafiə edən “ən hörmətli kampaniyada səyahət
edir, çünki Herbert Huverin özü on il əvvəl
buna bənzər qaydada hərəkət etmişdi. Lakin çıxışının əksər
hissəsi hakimiyyət trestinə – “sürüşkən
barmaqları olan osminoq ənamları yığıb,
onları hər bir od tərəfinə qoyur” deyə
hücumdan ibarət idi, həm də “dinməz dayanmaqla
günah işlətdikdə, biz etiraz etməli olanda, bu etiraz
adamlardan qorxaqlar düzəldir” məsələlərini
müzakirə etməkdən imtina etdiyinə görə
Huverin üzərinə hücum idi.
Nəticədə,
Norris dini məsələlər ilə
qarşılaşdıqda öz müraciətini
açıq şəkildəki bu sözlərlə qurtardı:
“Bir vətənpərvər kimi bu bizim borcumuzdur ki,
qeyri-Amerikan doktrinasını kənara ataq və
dözümsüzlük məşəlini qaldıranları
məzəmmət edək. İstənilən dinə
bütün inanc gətirənlər birləşə və
bizim siyasi işimizi xalqımız üçün xoşbəxtliyin
maksimum yekununa doğru irəli apara bilər”.
Lakin 1928-ci ildə Nebraska əhalisi
dözümlülük mövzusunu eşitməyə və
ya məsələləri müzakirə etməyə
hazır deyildi. Katoliki və “yaş”ı dəstəklədiyi
üçün Norrisin üzərinə teleqramlar
axışıb gəlirdi. Norris sonralar demişdi: “Smit
üçün rəsmi Omaha bəyanatı gəldikdən
sonrakı tufan nə vaxtsa rastlaşdığımdan daha
çox sərt idi. Bu yaxşı idi ki, mən
təhqir məsələsində müəyyən məşq
keçmişdim”. Hətta onun arvadından qəzetlər
sitat gətirərək deyirdilər ki, o, nə Smitə, nə
də Huverə səs verməyəcəkdir: “Mən
bütün bunlarda Corcun arxasınca getməyəcəyəm...
Mən həmişə “quru” olmuşam və hətta
əgər Corc ona səs versə də, mən ona səs verməyə
hazırlaşmıram”. Eyni qüdrətə malik olan
Omahanın Demokratik “World Herald” qəzeti Vudro Vilsonun prinsipcə
əleyhinə olduğuna görə ona hücum etmişdi, bu
vaxt isə Senator Norrisi “onun gözəl mərdliyinə və
özünü həsr etməsinə görə”
alqışlamağı bacardı, digər Nebraska qəzetləri
onu Tammani Zalına görə öz ştatını
ayağa verməkdə ittiham etdi. O, bunu belə bir ümidlə
edirdi ki, dörd il sonra özünün
Prezidentlik seçkisinin hay-küyünü bərpa edəcəkdi.
Onun çıxışı özünün
Respublikaçı liberal kolleqasının yenidən
seçilməsi şansına da təhlükə törədirdi
və Senatdakı üsyançı Respublikaçı
yoldaşı onun kursuna narazılığını bildirdi.
Senator öz doğma şəhərinə
qayıdanda dostları və digər aparıcı vətəndaşlar
ondan üz çevirdilər, baxmayaraq ki, onlar şad
olacaqdılar ki, “mənim ürəyimi kəsib
çıxarsınlar və başqalarını da xəbərdar
etmək üçün həmin ürəyi çəpərin
üstündən assınlar”.
Nebraskanın hər bir qraflığının
iclasında, bütün ölkədə olduğu kimi öz
kampaniyasını aparan Huver Norrisi qəzəbləndirdi. O, elan etdi ki, Huver real
problemlərin hakimiyyət və fermaların vəziyyətinin
yüngülləşdirilməsi olduğu halda, dinin və
qadağanın saxta məsələlərinə görə
qalib gəlmişdir. O, deyirdi ki, xüsusi maraqlar və
maşın siyasətçiləri “bu məsələni
qabaqda tuturlar (baxmayaraq ki,) onlar bilirlər ki, bu saxta, pis və
düzgün olmayan məsələdir”.
Corc Norrisin Silahlanmış Gəmi Billinə qarşı obstruksiyası, bilavasitə Prezidentin hərəkətinin qarşısını almaq məqsədi və ona cəhd etdikdə milləti müharibədən kənarda qoymaq uğursuzluğa uğradı, bir neçə ay sonra millət müharibəyə gömüldü. Onun Al Smitə görə apardığı kampaniya da uğursuzluğa, özü də qorxulu uğursuzluğa uğradı. Və həm də Senator sonrakı illərdə öz dostuna bu sözləri etibar etdi:
“Bu, çox tez-tez baş verirdi, biri nəyisə etməyə cəhd etdi və uğursuz oldu. O, narazılığı hiss etdi və həm də o, illər keçdikdən sonra aşkar etdi ki, onun etdiyi cəhd bir səbəbə malik idi, bu səbəb o idi ki, niyə başqası həmçinin onu tutur və uğur qazanır. Mən həqiqətən də inanıram ki, proqressiv sivilizasiya üçün nədənsə istifadə etsəydim, bu şeylərdə müvəffəqiyyət qazanardım, mən həqiqətən etdiklərimə nisbətən nəsə etməkdə uğursuzluğa uğradım”.
(Ardı var)
525-ci qəzet.-2014.- 28 iyun.- S. 22.