Baltik sahillərində böyük bir türk  

 

XAQANİ QAYIBLI – 50

 

az, çoxdüz iyirmi yeddi il keçib Xaqani ilə baş tutan ilk görüşümüzdən. Mövsüm yadımda deyil, amma qədim qaraca məskəni olan Qaraçöpdə, Qavrı çayının füsunkar vadisində ilıq, ruh oxşayan bir gündə Gürcüstanın dörd tərəfindən təşrif buyurmuş müxtəlif kökənli insanlar o dövrdə əzəməti ilə seçilən ənənəviDostluqgününü qeyd edirdilər. Dəvətlilər sırasında tələbə-şair qismində mən vardım minlərin gözü önündə çox məşhur simalardan sonra ilk dəfə özümün çıxış edəcəyimi düşündükcə canımdan sel-su axırdı. Amma xoşbəxtlikdən həyəcanımı yenə bildim, təzə yazdığımTorpaqadlı triptiximi oxudum, hətta alqışlar da aldım. Az sonra Xaqani yaxınlaşıb səmimiyyətlə məni təbrik etdi biz belə bir ilıq gündə, xoş ortamda tanış olduq. Tam səmimiyyətimlə yazıram, o vaxtdan indiyədək Xaqanini ilk görüşümüzdə necə tanıdımsa, hər dəfə elə xatırlayıram, hətta sonralar, tale hərəmizi bir coğrafiyaya səpələsə , imkan olduqca görüşərək saatlarla dərdləşsək , onun haqqında təsəvvürüm duyğularım dəyişməz qalıb: səmimi, canıyanan, kövrək, sədaqətli, ailəcanlı, millətpərvər, vətənpərvər...

İndi hər Tiflisə gəldiyində mütləq telefon açır, imkan daxilindəVarlıq”ımıza baş çəkir, atüstü olsa da, əhvallaşır, dərdləşirik. etiraf edim ki, hər dəfə ayrılırkən, içimə ağır bir tənhalıq çökür, ilk tanışdığımız coşqulu illərin nostaljisi ruhumu sarır, Tiflisin mən bilən küçələrində bunca yalqız qalmamın iztirabına qatlaşmalı oluram. Bunu ötən payız Tiflisdə görüşərkən özünə söylədim, sakitcə: – Sən burda belə olursansa, gör mən oralarda nələr çəkirəm, – dedi. Ruhu ulu Yaradanın ən kövrək duyğuları ilə yoğrulmuş Xaqani kimi bir şairin qürbətdə nələr yaşadığını onun bu bir neçə kəlməlik cavabındakı sızıdan duymamaq mümkünmüydü!..

Bununla belə, 27 illik dostluğumuzun davamında indi 50 yaşı olan Xaqani Qayıblı, əlbəttə, uzaq qürbətdə çəkdiyi bunca həsrətin əvəzində az şey qazanmayıb. 1987-ci ildən üzü bu yana Azərbaycan, Türkiyə, Gürcüstan Estoniya mətbuatında vaxtaşırı şeir publisistik yazıları ilə çıxış edir. Öz istedadı ağır zəhməti bahasına taleyinə bir çox ilkləri yazdıran Xaqani, eyni zamanda həm Filologiya, həm Jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbə olub. O, həmçinin,  Eston türk dillərində feil quruluşlarının müqayisəsiadlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir. Estoniya prezidentinin şəxsi tərcüməçisi, Tartu Universitetində Türk Dili Mərkəzi müdiridir. Bundan başqa, Xaqani həm Türkiyə Estoniya arasında diplomatik mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.

Amma Xaqaninin şairliyi, SÖZün odunda-alovunda yanıb qovrulması, mənə görə, bütün bunların fövqündədir. Hələ 1988-ci ildə özünün yazdığı kimi:

 

 

Bu dəyirman daşına bax,

Bir gün öz dəni yandırar!

 

Mən dolannam söz başına,

Neylim, söz məni yandırar!

 

 

50 illik yubileyinbu şölənli doğum günün mübarək, əziz dost. Sən Vətəni qürbətə çevirənlərdən yox, qürbəti Vətənləşdirənlərdənsən. Yarım əsrdən sonra Qaraçöpdə görüşənədək...

 

Rafiq HÜMMƏT

525-ci qəzet.- 2014.- 1 mart.- S.29.