ƏLLİYİ
HAQLAYAN CANIM VAR
Qürrələnmə – ad-sanın var,
Şəninə güvənmə, Dünya!
Əlliyi haqlayan canım var,
Sinninə güvənmə, Dünya!
Baş gördüm – daşdan etdiyin,
Qul gördüm – aşdan etdiyin...
Adəmi başdan etdiyin
Dəninə güvənmə, Dünya!
Daha sən görən deyiləm –
Qarşında sınam – əyiləm...
Adına Məhşər deyilən
Gününə güvənmə, Dünya!
Rəpina-Tartu,
09.04.2012
QÜRBƏTİN AHI ÇƏKİLMİR
Allahverdi Təhləliyə
Uzun illərdən sonra şair qardaşımla
telefonda danışarkən: “Ayə, dərdiq
alem, nağayrdın, bu Qürbətnən barışa
bildinmi?” – deyə soruşdu...
Nə söyləyim sənə dostum,
Qürbətin ahı çəkilmir!
Xəyanət olmur Sözə də,
Sözün günahı çəkilmir!
Ağuşuna alar səni,
Haldan-hala
salar səni...
Yalnız
yaşanan gecənin
Danı
– Sabahı çəkilmir!
Çəkilmir o Dan, o Sabah –
Həyat
sənə olmur agah!
Lap birtəhər dözürsən
gah,
Nədənsə “gah”ı çəkilmir!
Yaşayarsan eldən perik,
Ömrün-günün didik-didik...
Biney-başdan bu Qəriblik
Çəkilmir, yahu, çəkilmir!
Tartu,
19.07.2012
SƏNİ
QÜRBƏTƏ GƏTİRDİM
Gördüm yaman darıxıram,
Şeiri minnətə gətirdim.
Bağışla, səndən xəbərsiz
Səni
Qürbətə gətirdim...
Qürbətə gətirdim Səni
–
...Payız Qürbətdən
keçmədi...
Nə dağ çəkdinsə
Payıza,
Dirəndi, Dərddən keçmədi!
Sən gələn Gün diləklər xoş,
Xəyallar da gerçək
oldu...
...Payız kəlmə kəsəmmədi –
“Könül sevən
göyçək oldu!”
Əyriqar,
03.08.2012
O
MƏNƏM
O mənəm – Səndən
ötəri
yağış yağanda
darıxan.
Şaxtalı qış gecələri
isti yorğanda darıxan...
Xəbərin yox, yağan yağış
yaddaşıma nələr
deyir.
Damlalar əllərin olub
pəncərəmi döyəcləyir.
Bir biləsən uzaqlarda
Sənsiz
darıxmaq necədir!
Çaşıb adını çağırmaq,
Sonra karıxmaq necədir...
...Göy üzünü bulud alsa
Sən olursan dərdim-sərim –
Bilirəm ki, balkondasan.
– Üşüyərsən, gir
içəri!
Tallin-Tartu-Tiflis,
28-29.08.2012
ÖLÜM
ŞƏPPƏXEYİR GƏLİR
Ölüm şəppəxeyir gəlir
Qaş ilə göz arasında!
Hərdən cana doyur
adam
“dözmə”ylə, “döz” arasında.
Ömrüm sizə sirr – yaşadım
Nə yaşadım, hür yaşadım!
Bir seçkin ömür yaşadım
Əyriylə düz arasında!
Görünəcək əvvəl-axır
vurulan yerdən qan çıxır...
Bir ömrün dərdi tıncıxır
Dirsəklə diz arasında!
Bu həyatın hənginə
bax –
Olum-ölüm cənginə bax...
Bəd xəbərin rənginə
bax
Dırnaqla üz arasında!
Tartu-Tallin,
17.09.2012
YURD
İllərdir bu Yurd can çəkir,
Can çəkir canı üstündə!
Yarası
söyər yerindən
–
qurumur qanı üstündə!
Çağırır bu Yurd hey məni,
Dərdi
eləyib key məni...
Bu Yurddan Ölüm enməyir –
Kimsə yox canı üstündə!
Tayası
odlanıb qalıb,
Dəryazı qatlanıb qalıb,
Dəhrəsi paslanıb qalıb...
Çəpəri yanı üstündə!
Sürüsünü güdəni yox,
Bir hal-əhval edəni yox!
Gələni yox, gedəni yox,
Yox bir həyanı üstündə!
Yalan, yurd sevgisi yalan...
Gör,
neçə yol oldu talan!
Eh, bu Yurddan bizə
qalan
quru ad-sanı... üstündə!
Tartu,
29.09.-01.10.2012
İÇİMDƏ
PAYIZ SEVİNİR
Qəfil
haqladı dağları,
Pilə
kimiymiş dağ qarı...
Boylandım arxaca sarı –
Köçümdə payız sevinir!
Nəfəs dərmədik bir
hovur,
həyat – ömür,
vurhavur...
qapıda ölüm
durur,
seçimdə payız
sevinir!
Yoxdum, varda cəm oldum!
Dərdə ortaq – tən oldum,
Qürbət oldu, mən oldum
içimdə payız
sevinir!
Tartu,
02.02.2013
TƏKLƏNMƏK
Adam təklənməsin gərək
–
gözlər
hədəqədən çıxar!
Quruyar yaddaş,
ortaya
cansız,
quru bədən çıxar...
Çıxar özündən təklənən
–
damarda
qanı təntiyər.
Lafını edər baş-ayaq,
təşvişdən
canı təntiyər.
Karıxar kəlmə kəsməyə,
nə
deməyə sözü
olar.
Dünya böyüyər gözündə,
gözləri
ov gözü olar!
Macal tapmaz bu Dünyanın
qaçıb
küncünə sığına.
Üzüb əlini hər yerdən
Sözün içinə sığınar...
Təklənmək Tənhalıq deyil
–
at oynada Sözadamı...
Yüz təkləyən olsun, təki
təkləməsin
Söz adamı!
Tartu,
08.02.2013
QALMADI
Eh... daha bu məmləkətin
Dadı, nəşəsi qalmadı!
Hərdən baş alıb qaçmağa
Doğma guşəsi qalmadı!
Dost yox – üstündə əsməyə,
Yar yox – naz edib
küsməyə...
Mənimlə kəlmə kəsməyə
çayı,
meşəsi qalmadı!
Sonu yox dərdin, məlalın
Yox məni məndən alanım...
Tükəndi əldə qalanım
–
Məlum şüşəsi qalmadı!..
Tartu,
13.03.2013
GÜN
OLUR...
Gün olur arzu diləklər
üzü
sabaha yol alır.
Yol alan arzular,
oğlum,
Sənin başına dolanır...
Arzu-diləklərin
çin-çin,
Heç bitməyən Yolun olsun!
Kürəyini söykəməyə
topdağıtmaz
qala bürcün,
sarsılmaz
sağ-solun olsun!
Yol var – addıma tamarzı,
Yol var – çox
tünlükdü, oğlum.
Seçkin bir Yol seç
özünə –
Dünya beş günlükdü,
oğlum!
Tartu,
18.07.2013
Xaqani QAYIBLI
525-ci qəzet.- 2014.- 1 mart.- S.29.