Azərbaycanlı balerina nüfuzlu beynəlxalq müsabiqənin laureatı olub

 

 

 Dövlət Akademik Opera Balet Teatrının balet truppasının gənc istedadlı solisti, Prezident mükafatçısı Ayan Eyvazova Almaniyada keçirilən nüfuzlu beynəlxalq müsabiqədə iştirak edib müsabiqənin laureatı olub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Berlin şəhərində keçirilənTanzolympadlı müsabiqədə ABŞ, Yaponiya, Rusiya, Belarus, İtaliya, İspaniya, Almaniya digər ölkələrdən nümayəndələr iştirak edib. Ayan Eyvazova müsabiqədə ölkəmizi təmsil edərək klassik rəqs nominasiyası üzrə qalib olub bürünc medal qazanıb. Müsabiqənin münsiflər heyətində bir sıra dünya şöhrətli balet mütəxəssisləri, o cümlədən Rusiyadan V.Vasilyev, V.Malaxov, S.Filin başqaları təmsil olunub. Ayan Eyvazova 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vurub Mədəniyyət Turizm Nazirliyinin göndərişi ilə 2012/2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında stajartırma kurslarında təhsil alıb. 2013-cü ilin sentyabrından Opera Balet Teatrının balet truppasında çalışır. Hazırda 19 yaşı olan balerina 2010-cu ildən Prezident mükafatçısıdır.

 

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 1 mart.- S.20.