Con F.Kennedi: Mərdliyin
profilləri (davamı)
Benton
Şimali Karolina universitetində bircə il oxumasına
baxmayaraq, deyirdilər ki, Konqressin kitabxanasını öz
başında gəzdirir və əgər bir Senator kiminsə
adını və ya tarixi yaddan çıxarsa, həmin
kitabxanadan qaranlıq bir cildi çıxarıb dəqiq səhifəni
açır, oradakı düzgün məlumatı əldə
edib, öz kolleqasına göndərməkdən böyük
məmnunluq duyurdu. Onun özünün biliyə, xüsusən
məskunlaşdırılmış Qərb barədəki
biliyə yanğısı sönməz idi və onu təkcə
kitablara olan yaxınlığa deyil, həmçinin
müasirlərinin bizə dediyi kimi “ovçulara və tələ
quranlara, skautlara, vəhşi yarım-tərbiyə
olunmuşlara, hindu başçılarına və iezuit
missionerlərinə aparıb çıxarırdı”.
Lakin tələb
olunan informasiyanın nə bir hesabı, nə də öz
buldoq (it cinsi – tərcüməçi) inadkarlığı
və quduz eqoizmi Senatı və onun ştatının
alovlanan bir məsələ üstündə uçuruma salan
qabarma dalğasından – quldarlıqdan Tomas Hart Bentonu xilas edə
bilməzdi. Bədbəxtlikdən bu çox gec olanda, Benton
quldarlığı böyük məsələ kimi
tanımaqdan imtina etmişdi, inanmışdı ki, 1820-ci il
Missuri Kompromissi (bu Akt eyni vaxtda Missurini quldarlıq,
Massaçusetsdən ayrılmış Meni isə
quldarlıqsız ştatlığa qəbul etdi, bu qayda Birləşmiş
Ştatlar Senatında sektsiyalar arasındakı
tarazlığı saxlayacaqdı. Kompromiss həmçinin
Luizina Satın alınmasının qalan hissəsində
quldarlığı qadağan etdi – tərcüməçi),
bunu siyasətdən götürmüşdür (bu onun
ştatını Birliyə, Bentonu isə Senata gətirdi) və Senatın zalında onun
müzakirə olunmasından imtina etdirmişdi. O, deyirdi: “Mən
quldarlığın qurulması və Birliyin
parçalanması müzakirələri ilə Senatı tənəzzülə
apara bilmərəm”. “Belə debatın sakitliyi mənim
duamdır; və əgər bu edilə bilməsə, mən
özüm sakit dayanacağam”. Konqressin yeni üzvlərindən
biri, o, qullarını hələ də Vaşinqtondakı
evinə gətirirdi, buna baxmayaraq, bərabər qaydada həm
abolitsionistlərin, həm də bölünmə tərəfdarlarının
həmin şərin Cənubun yeni ərazilərinə girib
daim genişlənməsinin və onun bədbəxtliklərinin
Şimal təşviqatçıları tərəfindən
abolitsionistlərə tərəfkeşlik kimi istifadə edilməsinin
əleyhinə çıxırdı. Hər şeydən əvvəl
belə bir faktdan narahat olmuşdu ki, bu məsələ hər
iki tərəfdən Qərbin genişlənməsinə və
yeni ştatların Birliyə daxil olmasına daim maneə kimi
qaldırılır.
Bentonun
sonunun başlanğıcı – bütün Texasda və
Oreqonda onun qaldırdığı antoqonizmlər tərəfindən
artıq belə güclü qaydada təklif edilirdi – 1847-ci
ilin 19 fevralında gəlib çıxdı. Con K.Kalhoun
özünün Senatı həyəcanlandıran qətnamələrini
oxudu, bu sənədlər təkid edirdi ki, Konqress ərazilərdə
quldarlığa müdaxilə etmək hüququna malik
deyildir. Sonrakı hadisələr Bentonun
baxışlarının düzgün olduğunu göstərdi.
Ona görə həmin qətnamələr “seçki aparmaq və
parçalamaq niyyətləri üçün olan
kösövdən başqa” bir şey deyildir. Bu, qul
ştatlarının birləşmək üçün
proqramla təmin edir – özü də təkcə bölmə
kimi deyil, həm də Kalhounun özünün liderliyinin və
Prezidentliyə namizədliyinin arxasında dayanmaq
üçün. Buna baxmayaraq, Kalhoun bilavasitə səsverməyə
keçməyə çağırdı; və bundan sonra
meydana gələn bir anlıq qarışıqlıqda o,
öz kürsüsündən ayağa qalxan, iri və
böyük Bentonu gördükdə hirsli qaydada təəccübləndi,
onun sifəti Kalhouna əvvəldən olan nifrətinə, qətnamələrə
və özünün siyasi taleyinə görə
qızarmışdı:
“Mister
Benton: Mister Prezident, biz bəzi işləri görməliyik və
mücərrədliklər kəndirindən yapışıb
mənim bu işlərdən uzaqlaşmaq niyyətim yoxdur.
Mister
Kalhoun: ...Mən əlbəttə ki, güman edirəm ki,
Missuridən olan Senator qul saxlayan ştatın təmsilçisi
olmaqla, bu qətnamələri dəstəkləyəcəkdir...
Mister
Benton: Senator mənim ictimai həyatımın bütün xəttindən
yaxşı bilir ki, mən heç vaxt ictimai işi
buraxıb, bütün dünyanı oda verən
kösövü götürməyəcəyəm.
Mister
Kalhoun: Onda mən centlmeni harada tapacağımı biləcəyəm.
Mister
Benton: Mən düz yerdə, ölkəmin tərəfində
və Birliyin tərəfində tapıla bilərəm (Benton
sonrakı illərdə yazırdı ki, “bu cavab həmin
gün və həmin yerdə verilməklə, mister Bentonun
onun həyatında olan və gələcək nəsillərin
xatırlamasını arzu etdiyi insidentlərdən biridir”)”.
Kalhoun bir
sıra sirrləri açanda, qul ştatlarından olan
Konqressmenlərin gecə keçirilən
görüşü Bentonun missurili kolleqası Atçison tərəfindən
güclü surətdə dəstəkləndi. Benton bu məsələ
barədə nəsə etməkdən imtina etdi. Cənubi
Karolinadan olan Kalhounun kolleqası onu duelə
çağırdı, Benton onunla da nəyisə etməkdən
imtina etdi. O, quldarlığın düşməninin qiymətləndirilməsi
barədəki böyük nitqinin
çatdırılmamasına görə Con Kvinsi Adams tərəfindən
xəbərdarlıq ediləndə, o, belə xəbərdarlığa
diqqət verməkdən imtina etmişdi. Və nəticədə,
1848-ci ildə quldarlıq məsələsi ayrıca Demokratik
partiya tərəfindən qurultayda qoyulanda o, ayrılmaya
acı peşimançılıq edəndə, məsələnin
əhəmiyyətini inkar etmişdi, düşərgəni fəal
surətdə dəstəkləməkdən də imtina
etmişdi. Bu vaxt o, partiyasız, etiraf edilən platforması
olmayan bir siyasətçi və seçicisiz Senator idi.
Erkən
1849-cu ildə səs-küy qalxdı. Bir neçə Cənub
ştatının qanunvericilikləri öz qətnamələrinin
qəbul edilməsinə müvəffəqiyyətlə nail
olduqda, Bentonu onun düşmənləri qarşısında
məhkum etdi, onu “Cənubun son on ili üçün saxtakar”
adlandırdı. “O, bizə öz düşərgəmizdə
olduğundan daha çox, abolitsionistlərin düşərgəsində
yara vura bilər. O, bütün xainlərin taleyini
yaşayacaqdır”. Üstünlük təşkil edən
ehtiyatla Missuri Qanunvericiliyi Kalhoun qətnamələrini qəbul
etdi, missurililərin digər qul saxlayan ştatlarla əlbir
olmaq arzusunu ifadə etdi və öz Senatorlarını təlimatlandırırdı
ki, müvafiq qaydada səs versinlər. Bu maneədən qəzəblənən
Benton ittiham irəli sürdü ki, qətnamələr
Vaşinqtonda ilhamlandırılmışdır və
Missurinin həqiqi rəyini saxtalaşdırmışdır.
O, deyirdi ki, onlar “iyrənc birləşmənin ləkələnmiş
törəmələridir, Birliyə gizli xəyanət qoxusu
verirlər”.
“Onlarla mənim
aramda, indiki ilə əbədilik arasında hündür divar
və dərin xəndək vardır. Və onlarla heç bir
əlaqə, heç bir kompromiss, heç bir partiya
müşavirəsi ola bilməz. Bunu rəhbər tutaraq mən
Missuri xalqına müraciət edəcəyəm və əgər
onlar təminatları təsdiq etsələr, mən onlara imkan
verəcəyəm ki, öz arzularını həyata
keçirən Senator tapsınlar, çünki mən bu
Birliyi dağıtmaq üçün heç nə edə
bilmərəm və ya onun yarısını başqa
yarısının üstünə göndərə bilmərəm”.
Qanunvericiliyin
qətnamələrinin geri götürülməsini və ya
onun rədd edilməsini görməyi qərara alıb, Benton
öz düşmən ştatındakı aqressiv turuna
başladı. O, öz partiyası üçün
aparıcı Cənub sözçüsünü “Con
“Katalina” Kalhoun” kimi məhkum etdi (bu məhkum edilməni o,
Kalhounun uzun sürən xəstəliyindən sonra, 1850-ci ildəki
ölümündən bir az əvvəlki vaxta qədər
davam etdirdi. O, öz hücumlarını onda dayandırdı
ki, özünün dediyi kimi, ona görə ki, “Qüdrətli
Allah öz əlini adamın üstünə qoyanda, ser, mən
öz əlimi çəkdim”). Öz tikanlı
sarkazmını qısa kəlmələrlə, nəhəng
qəzəbinin, nifrətinin və ələ salmasının
bombalayan ildırım zərbəsi ilə günbəgün,
şəhərbəşəhər davam etdirirdi, öz
opponentlərinə və onların siyasətçilərinə
acı invektivalarla (latınca “söyüşlü nitq” deməkdir,
qəzəbli ittiham mənasını verir – tərcüməçi)
hücum edirdi. Onun hökmlü və rəhmsiz sərtliyi,
şəxsi qisasçılığı və
barışıq bilməyən düşmənçiliyi,
barışıqla başqa dəstəyinə malik ola biləcəyi
adamların da çoxunu onun yanından qovurdu. Kütləvi
mitinqə o, “dostlarım və mən bu şəraitdə dərk
edirəm ki, həqiqəti dinləməyə və ona inanmağa
gələnlər – başqa heç kəs” sözləri ilə
başlayıb, həmin qətnamələrə “öz
faktlarında saxta, öz xarakterində fitnəkar, öz
obyektini birliyi parçalamaq edən, öz vasitəsini
yüksək xəyanətdə görən və uzurpasiya
xarakterli” kimi hücum etdi. Qətnamənin “bütöv
konsepsiyası yalan olmaqla, onların qəbul edilməsi də
tam aldatma ilə baş verməklə... məni Senatdan və
Birliyi dağıtmaq qəsdçilərinin yolundan
uzaqlaşdırmaq qəsdidir”. Uzunmüddətli siyasi
düşməni, deyilənlərə görə qətnamələrin
layihələrini tərtib edən hakim Neptona hücum edərək,
deyirdi ki, hər bir adam öz şəraitinə müvafiq
qaydada elə ölçülərdə hərəkət edə
bilərdi ki, o, “Birləşmiş Ştatların
qanunlarına görə dar ağacından asılmaq subyekti
olsun – və əgər hakim dar ağacından asılmağa
layiq olacaqsa”.
Bir
gün qanunvericiliyin hər bir üzvünün adını sərt
şəkildə oxuyanda və onlara izah verəndə o, “D-s”
familiyası gələndə dayandı və dedi ki, o,
Nullifier iyi verir. Deyvis adlı qanunverici etiraz etməyə
qalxanda, Benton qaş-qabaqlı halda dedi: “Mən heç vaxt sənin
adını çəkməmişəm, ser. Profilini
auditoriyaya tərəf çevir... (səfeh kimi, Deyvis bunu icra
etdi). ...Vətəndaşlar, bu insan profili deyildir; bu it
profilidir”. Köhnə dostu təsadüfən
şlyapasını çıxarmayıb, ona
çıxışının ortasında sual verəndə,
Benton acıqlı qaş-qabaqla dedi: “Vətəndaşlar, bu
adam kimdir, kim Bentonun çıxışını
dayandırmağa cəsarət edə bilər?” “Aykok,
polkovnik Aykok” – deyə bir düjin səs cavab verdi. “Aykok? Yox,
vətəndaşlar, yox, xoruz deyil, daha çox toyuqdur
(“aycock” sözündəki “cock” ingilis dilində “xoruz” deməkdir
– tərcüməçi). Ser, şlyapanızı
çıxarın, ser və öz yerinizdə oturun”.
Digər
bir şəhərdə üç düşməni
platformadakı yerdə onun yanında sakitcə oturanda, o,
onların qətnamələrini “göbələk xərçəngi”
kimi xarakterizə etdi, o, zəhərli şəkildə onlara
“üç fahişənin xaç vuranda yalançı
utancaqlığı” adını verdi. Onun diqqəti hörmətli
opponentin tənqidinə yönələndə, o, arxaya
dönüb dedi: “Ona bir söz çatdırın ki, Benton
deyir ki, o, qarnının dərinliyindən dilinin dibinə qədər
yalan deyir”. Və keçmiş dostu onun xəttini bəyənmədiyinə
görə onu hətta salamlamağa da məhəl qoymayanda, həmin
bədbəxt centlmen təzim edib ona öz adını
xatırlatdı. Benton soyuq şəkildə cavab verdi: “Ser,
bir vaxtlar bir adamı adı ilə tanıyırdım, ancaq
o, ölmüşdür, ser, o, ölmüşdür”. O,
Fayett platformasına qalxanda, əgər o, şəhərin ərazisinə
daxil olsaydı, həyatı təhlükədə ola bilərdi,
silahlı adamların bədənindən səs gəlməyə
başladı. Lakin Ceffersonun “İnquirer”-ə müvafiq olaraq
“saatın dörddə biri ərzində təhqir edənlər
qorxdular; və dörd saatlıq çıxış hörmət
və alqışla qarşılandı”.
Lakin Bentonun coşqun keçən səfəri
bir adamdan və ya bir ayrıca ştatınkından çox
böyük olan axını dayandıra bilməzdi. Kalhoun
yayın sonunda ört-basdır edilməyən bir şənliklə
dostuna yazırdı ki:
“Deyirlər
ki, Benton Missuridə dayanmağa qadir ola bilməyəcəkdir.
Kolleqası general Atçison... deyir ki, Senator seçilməyə
nisbətən onun Papa seçilməyə daha yaxşı
şansı vardır”.
Bentonun
dostu, başqa şəkildə yazırdı:
“Mən üzr istəyirəm, mister Benton o qədər asiliyə yol vermişdir ki, hələ də onun opponentlərinə bu hörməti... ağıla arxalanmır, ştatdakı iyirmi iki Demokratik qəzetdən doqquzu onu satqın, dönük, davakar, lampa odluğu anbarı, abolitsionist və azad-torpaqçı epitetinə layiq görür. Mən qorxuram ki, Benton məğlub olacaqdır”.
Onun turu başa çatanda ən azı özünün şəhərdə açıq meydana çıxmağına əmin olaraq, Benton Missuri xalqına məktub göndərdi:
“Bilirəm ki, mənə qarşı bu qəsd üçün heç bir səbəb yoxdur, bircə ondan başqa ki, mən bütün çürük siyasətçilərin təbii düşməniyəm. Mən Birliyin olduğu kimi tərəfdarıyam və həmin səbəbə görə mister Kalhoun məni Cənuba qarşı xain kimi pisləyir... Onun Massaçusetsdəki bütün ardıcıllarına verdiyi siqnal mənə qarşı işləməlidir.... Qəsd indi qurulmuşdur... Qətnamələrin yalanla ləğv edilməsi keçmişdir, bilirdilər ki, mən buna tabe olmayacağam... Mənə hücum etməyə ştatın bütün hissələrindən adamlar təyin edilmişdir... Adamlarla dolu mitinqlər məni məhkum etmək üçün təşkil olunur... Qəzetlər onların xidmətindədir... və çox sayda yaxşı vətəndaşlar aldadılmışdır”.
(Ardı var)
525-ci qəzet.- 2014.-