Ölüm sənə heç
yaraşmadı, Tofiq Abi!!!
Türk
millətinin çagdaş
aydınlıgı çox
dəyərli bir sıra nəfəri ilə də vidalaşmalı oldu...
Çox ağır və çox üzücü bir itki...
Tofiq bəyin simasında milli jurnalistikamız öz məhək daşlarından və agır artileriyasından birini itirdi...
Aqil Abbas onu “Jurnalistikamızın
Rəmişi” adlandırırdı...
Tofiq bəyin simasında milli publisistikamız SÖZün AZAD ruhlarından
birini və bəlkə də birincisini itirdi...
Məncə Əlahəzrət SÖZlə
onun qədər AZAD və SƏRBƏST davranan
ikinci bir adam tapmaq
çox çətindi...
Tofiq bəyin
simasında milli poeziyamız öz demokratik təfəkkür
daşıyıcılarından birini itirdi.
O, bütün davranış
və hərəkətlərində
çox demokratik bir TÜRK ƏFƏNDİSİ
idi...
Tofiq bəyin simasında mən içdən sevdiyim əziz bir ABİmi, ən səmimi və qiymətli dostlarımdan birini, məni çox dəqiq kəşf edib, çox sərrast duyub, çox ali
dəyər verən əvəzsiz PƏRƏSTİŞKARımı
itirdim. Onu itirməklə Məmləkətin
mənəvi coğrafiyası
çox kiçildi gözümdə... Lap çox...
Düz on il İDEAL dost olduq. Çox dostlar qazandırdı
mənə. Görəsən bu xəbəri eşidəndə ortaq dostumuz Orhan Arasın dostluq dünyası neçə
ballıq zəlzələyə
məruz qaldı?!
Mənə elə şirin
və xoş ahənglə “Professor” deyə müraciət edirdi ki, özümü
dünyanın bu ünvanı daşıyan
ən mutlu insanı sanırdım. Tofiq Abdinsizliyin
ilk anlarından 15 illik
yol yoldaşım olan bu titul
belə gözlərimdə
yetimləşdi...
İstanbulda çalışdığı uzun illər “525-ci qəzet”dəki silsilə yazılarıyla Türkiyəni, Türk aydınlarını, Türk sənətçilərini yüz minlərlə insanlarımıza sevdirdi Tofiq bəy! Hələ “Oralarda kimlər var...” , “Dan üzü yazıları”... və digər çoxlu-çoxlu layihələri...
Son 15 ildə təmənnasız olaraq nəşrini himayə etdiyim 500-dən çox kitab yazarları içərisində siyahıya sənət müəllimim, bənzərsiz insan, görkəmli yazıçı-dramaturq, əməkdar jurnalist Qərib Mehdi rəhbərlik edir. Qərib müəllimin 10 kitabını yayınlamışam, Tofiq bəyin 5 kitabını (“Ah İstanbul... İstanbul” – 2004-cü il; “Əsrar Dədədən Orhan Arasadək” – 2008-ci il; “Poeziya” – 2009-cu il; “Dövlət çevrilişi” – 2010-cu il; “Onların dünəni” (publisistika) – 2012-ci il). Altıncı kitabını – “Oralarda kimlər var...”ı bir həftə olardı ki, nəşrə hazırlayırdıq. Hər görüşümüzdə:
– Professor, ey kasıbların sahibi, Qərib müəllim bəlli, böyük sənət müəllimin olub, bəs mənə niyə bu qədər əziyyət çəkib, xəcalət verirsən?
– Sən də mənim böyük dostumsan – deyə cavab verirdim.
Əslində əziz dost, sən elə bizim hamımızın həm də böyük MÜƏLLİMi idin... Əbədi və unudulmayan MÜƏLLİMi!!!
Elçin
İSGƏNDƏRZADƏ
525-ci qəzet.-
2014.- 1 mart.- S.14.