“Açarını itirmişlər” Lənkəran Teatrının təqdimatında

 

 

 

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əhməd OrucoğlununMehriban ailəkomediyasının motivləri əsasında hazırlanmışAçarını itirmişlərtamaşasının premyerası olub. Teatrın direktoru İslam Həsənovun quruluş verdiyi səhnə əsərində bir ailənin fonunda cəmiyyətin inkişafına mane olan mənfi hallar verilib.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Qızılgül Quliyeva Əlibala Əsgərov ifa edirlər.

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əhməd Orucoğlunun bundan əvvəlPul dəlisikomediyası da tamaşaya qoyulub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 4 mart.- S.7.