Dünya çalxalandıqca sanki durulur
Gorüşmək üçün mənzilinə
getdim. Yenicə çapdan çıxmış
kitabımı təqdim
etmək istəyirdim.
Əslində kitab bir bəhanəydi...
Üçüncü dəfəydiki bu mənzildə olurdum. Son görüşümüz
iki il
əvvəl olmuşdu.
Bu müddət ərzində mənzildə
heç nə dəyişməmişdi. 80-ci
illərin təmiri, mebeli, demək olar ki, o illərin
abu-havası hələdə
mənzildə qalırdı.
Ancaq bu ilk baxışda belə görünürdü.
Kresloda əyləşib həmsöhbətimi
dinlədikcə, qonaq
otağının güncündə
olan canlı dekorativ ağac da qarışıq, mənzildə olan hər bir əşyadan
belə yalnız müsbət enerji ala bilərdin.
* Gəlmişəm müsbət
enerji alım,- deyə söhbətə
başladım.
* Nə qədər istəsən ala bilərsən,
təki mənfi enerji verməyəsən...
Beləcə söhbətə başladıq. İki saat
vaxtımız var idi. İkinin yarısında görüşə
gedəsiydi...
* Prosesləri izləyəndə
görürsən ki,
cəmiyyət sanki alternativ fikri ya qəbul etmir,
ya da ona
hazır deyil. Axı hər birimiz, məmurundan tutmuş, aliminədək, sıravisindən
başlamış hətta
cinayətkarınadək, hamı
gözəl bilir ki, alternativ fikir cəmiyyətin inkişafı deməkdir.
Bunu bildiyimizdən nədən
əks fikri qəbul etmirik?
* Keçmiş SSRİ-nin bir çox
məqamlarına dəyər
versəm də, hər ikimiz o dövrdə təhsil alsaq da, deyərdim
kommunizmin ən mənfi cəhəti hər şeyi bir rəngdə görmək idi. Məhz bu
cəhət də kommunizm ideologiyasını
məhvə apardı,
onu urvatdan saldı. "Bizdən deyilsənsə,
düşmənimizsən"-fikri heç bir zaman qəbul
edilə bilməz.
Dünya
palitrasında az qala yüz
minlərlə rəng
çaları olduğu
halda, bizim bu dünyanı bir rəngdə görməyimiz heç bir məntiqə sığmır. Dünya hər
zaman çalxalanmağa
maraqlıdır. Çalxalandıqca sanki durulur. Zəlzələlər, vulkan püskürməsi
də elə dediyim fikrə əyani misaldır. Yer kürəsi bununla sanki özünü təmizləyir, nizamlayır.
Belə hadisələr təbiidir.
Və onu təbii qarşılamaq lazımdı.
Bu cür proseslərdən
qorxmaq lazım deyil. Onlar baş verməsə
daha böyük fəsadlar baş verə bilər. Yəqin zamanında hər şey qaydasına düşəcək.
* Bəlkə zamanı tələsdirək?
* Yox
, bu mümkün
deyil. Durulmaq zamanı gəldikdə hər suala asanlıqla cavab tapılacaqdır...
Bu günün sualını
tamamlayıb, keçmişə
qayıdırıq. Söhbətimiz davam edir. Bu dəfə də
yolumuzu Ağdamnan salırıq. Oxuduğu dövrdə
hamını olmasa da, bir çoxları
haqqında danışırıq.
Həyata ümidlə baxır.
O illərə qayıdacağımıza,
o torpaqlarda yenidən yaşayacağımıza da
inanır. Bu arada
mərhum həyat yoldaşından sitatda gətirir. Vaxtilə Bakıda "Azadlıq"
prospektindəki və
Ağdamda Voroşilov
küçəsindəki yaşadıqları
mənzillərindən danışır.
Xanımından danışarkən
səsində kövrəklik
hiss olunur. Mövzunu dəyişmək üçün mətbəxə
keçir. Vəziyyəti
başa düşüb
başqa mövzuya keçid edirəm...
-1958-ci ildə 10-cu sinifdə oxuduğunuz vaxt Ağdam rayonunda nəşr olunan "Lenin
yolu
" qəzetində maraqlı
yazı rastıma çıxmışdı. Qəzetlə əməkdaşlıq edən
ən fəal şagrid kimi şəklinizidə qəzetdə
vermişdilər. Təsəvvür
edirsiniz də, o dövrdə qəzetdə
şəklin çıxması,
üstəlik haqqında
maraqlı yazının
verilməsi nə demək idi...
-Yadımdadır. O illərində öz gözəlliyi var idi. İnsanlarda səmimilik hissi
daha çox idi. Alıb aldatmaq yox idi. Bir çətinə düşəndə
heç kim
köməyini əsirgəməzdi.
Yaxşı illər idi.
İmkan az
olsa da, camaatın ürəyi geniş idi. İndi o abu-hava qalmayıb. İnsanlarda aqressiya artıb. Başa düşüləndi. Uzun illər
boyu yaşadığı
məmləkəti tərk
etmək mənə də ağır gəlir. Mən də o torpaqda
böyümüşəm, bir nömrəlisində təhsil almışam.
O havanı, o suyu içmişəm. Mənə bir
ziyalı olaraq çox ağır gəlir ki, Çıraqlı kəndindən
oyana gedə bilmirəm. Elə ay olmazdı ki,
rayona getməyim.
Hər dəfə Xudu müəllimi Ağdamda dostlarıyla-Nurəddin
Rzayev, Bəxtiyar Vahabzadə və Zeynal Məmmədovla görəndə nə qədər Siz alacağınız müsbət
enerjidən alırdım...
Həmsöhbətim AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə ikisaatlıq
söhbətdən yalnız
iki məqama toxundum. Və bu məqamlardan
saatlarla danışmaq
və yazmaq olar. Yəqin digər məqamlarda nə vaxtsa yazıya köçürüləcək...
Həmsöhbətim daim öz sadə,
səmimi və dəyərli elm xadimi olmasıyla fərqlənir. Deyərdim ki,
bu gün Rafiq Əliyev tək Ağdamın və Qarabağın deyil, bütün Azərbaycanın vizit kartına çevrilib.
Öz elmi fəaliyyətiylə, vətənpərvərliyi
və daim obyektiv mövqedə dayanması ilə...
İki saatın necə keçdiyini hiss etmirəm.
Maraqlı söhbət alınmışdı.
Özümü sanki hansısa yüksək zirvədə hiss edirdim...
Maraqlıdır ki, XII əsrdən
söz düşəndə
daha çox Nizami Gəncəvini, XV əsrdən Şah İsmayıl Xətaini,
XIX əsrdən M. F. Axundov,
Seyid Əzim Şirvanini, M.Ə.Sabiri göz önümüzə
gətiririk... Halbuki həmin
illərdə minlərcə
insan doğulub, dünyada yaşayıb və izsiz-tozsuz, səssiz-səmirsiz bu dünyadan köçüb.
Bizə isə yalnız barmaqla sayıla biləcək adamlar qalıb. Xalqı, onun dövlətini də yaşadan da məhz belə
ziyalı insanlardır...
Qəti əminəm ki, XX əsr haqqında danışanda sıralamada
Xudu Məmmədovun adının olacağına,
XXI əsrin ziyalıları
sırasında isə
Rafiq Əliyevin adı iftixar hissilə çəkiləcəkdir.
Vüqar Tofiqli
525-ci qəzet.-
2014.- 5 mart.- S.4.