Sözünü dəyişməyən
adam
Mən Asif Bəkirlini min doqquz yüz səksən doqquzuncu ildən tanıyıram. O illər mən Azərbaycanı da daha
dərindən tanımağa
başlamışam. Asif bu mənada Azərbaycanın
dərin vaxtına düşüb.Ona görə
də dərindir.Və
dərindədir.Onu anlamaq
üçün gərək
dərin qaza biləsən.O həm də neftçidir axı.İçindəkilər də neft quyusunda
olduğu kimi çox dərindədir.
Mənim o dövrdən və
o zamandan tanıdığım
insanlar nədənsə Asif kimi daha yaxşı və daha dərin
insanlar oldu. Biz o zaman istədiyimizi
edə bilmiş qalib insanlarıq. Yəqin ona görə
belədir. Biz o zaman Sovetin dağılmasını
və müstəqil dövlətimizin qurulmasını
istəyən gənc
uşaqlar idik. Və bu arzumuzu reallaşdırmaqdan ötrü
ancaq kitab oxumurduq. O
illər Azərbaycan elə bil yenidən
proqramlaşırdı. Və onu təzələyənlər
də biz idik. O dövrün başı daşdan daşa dəyən gəncləri. Biz böyük
bir İmperiyanın xarabalıqları altından
özümüzə, heç
bir təcrübəmiz
olmaya-olmaya dövlət
qurmaq istəyirdik. Və bu istəyin
özü belə yeni Azərbaycan təfəkkürünü müəyyən
edirdi.
O zaman,yəni min doqquz yüz səksən doqquzuncu ildə Asif gənc mütəxəssis kimi təyinatla Neft Qaz Layihə Elmi-Tədqiqat İnstitutunda
layihə mühəndisi
işləyirdi.
Min doqquz yüz səksən dördüncü
ildə qəbul olunub, min doqquz yüz səksən doqquzuncu ildə bitirdiyi Azərbaycan İnşaat Mühəndisləri
institutunun Sənaye və mülkü tikinti fakultəsini yüksək qiymətlərlə
yenicə bitirmişdi.
Güləşçi idi. Yaxşı
və möhkəm
dost idi.Düz adamdı.
O zamandan bu yana çox
şeylər dəyişib.
O cümlədən üzlər
də. O üzlərin
çoxu düzlərdə
qalıb. Asif isə o vaxt necə idisə, indi də elədir.
Sözü,üzü
,əməli və düşüncəsi ancaq
özünə aid, dosta dost,düşmənə düşmən.
O güləşçi olsa
da ancaq zamanla güləşmədi.
Zaman adamla güləşmir ki. Zaman adama görünməyən
tərəfdən yaxınlaşıır.
Və bir də görürsən ki deyirlər bu il Asif
Bəkirlinin Əlli
yaşı olur. Əllini də bizdən
birinci keçən yenə odur. Dostum Asif Bəkirli. Əslində əlli yaş
nədir ki? İyirmi beş
il bundan əvvəl Asifin cəmi iyirmi beş yaşı vardı. Amma əlli yaş
həm də yaşdı.Və nə yaxşı ki yaşdı.Yəni canı
suludur.Təzədir. İnsan ömrü əslində
yaşla ölçülməməlidir.
Yaş bioloji məvhumdur. İnsan isə ruhani məxluqdur.İnsan əməli
ilə yaşlanır.
Yaşı ilə deyil. İnsanın əllisi, əlli ayaqlı insan üçün heç nədir. Asif heç zaman
mənə xatirə danışmayıb. O bu
gün iş görməyi,dünəni
ideallaşdırmaqdan daha
üstün tutur.
O iş adamıdır. Onun işi işdir. Mən onunla yolda da
olmuşam. Oturaq şəhərlərdə
də. Asif harda olur olsun,işindən ayrılmır.
Bütün günü
" Notbuku" əlindədir. Rəhbərlik
etdiyi idarənin və eyni zamanda
Azərbaycanın dərdiynəndir. Asif haqqında düşünəndə
nədənsə ən
əvvəl ağlıma
gələn bu olur ki, Azərbaycan
həm də və daha çox vətəndaş
ölkəsidir.
Mənim üçün
vətəndaş, xalqının,
cəmiyyətinin ağrısını
yaşayan, sosial siyasi vəziyyəti nəfəsindən keçirən,böyüyə böyük
uşağa uşaq ola bilən insandır. Bir dəfə Asifi pərt gördüm.Xəbər
aldım ki" Nə olub?".
Dedi- " Somalidəki
o ac uşaqların üzü
gözümün qabağından
getmir,onlara nə edə bilərik görəsən? ". Bu mənada artıq o Azərbaycandan da çıxır. Asifin elmi nəşrləri də var. Onun elmi tədqiqatları da az deyil. Beynəlxalq idarəetmə
sistemlərinin auditi kimi çətin sahədə elmi nəzəri işləri
da var. O özünü
tanıyandan bədii
yaradıcılıqla da
məşğuldur. Düz iyirmi beş ildir ki,mən
onu tanıyandan neft sahəsində davamlı olaraq çalışır. Amma yenə mənim
üçün o ən
əvvəl Vətəndaşdır. Çünki heç zaman
yaxasını kənara
çəkib, mənə
gələn daş qardaşıma dəysin sözünü deməyib.
O zərbəni öz
üzərinə götürənlərdəndir.
Güllə qabağına gedənlərdəndir. Mən Asifin birinci
Qarabağ savaşında
savaşmış qardaşlarını
da yaxşı tanıyıram. Onlar
da ən əvvəl vətəndaş
və xalqı üçün zamanı
gələndə canlarını
belə qurban verməyə hazır olan təmənnasız
insanlardır. Təsadüfü
deyil ki, Asifin iki qardaşı müharibə əlilidir.
İkisi də düşmənlə üz-üzə
gələ bildiklərindən
döyüşlərdə yaralanıblar.
Asifin atası da neftçidir.
O da Əmək əlilidir. O da işində fədakardır.
Və bu gün də
əmək əlili olmasına baxmayaraq ayaqdadır. Və neft
sahəsində çalışan
oğluna peşə məsləhətləri verməkdədir.
Deməli əməyə bağlılıq
və bir çox olanlara görə məsuliyyət
daşımaq hissi Bəkirlilərin qanındadır.
Qan dedim, yadıma Asifin
qanıyla bağlı
olduğu Göyçay
düşdü.
Asif min doqquz yüz altmış dördüncü ildə Goyçayda neftçi ailəsində dünyaya gəib. Orta təhsilini Bakıdakı 220 nömrəli orta ümumtəhsil məktəbində başlasa da,sonralar Göyşayda yerləşən doqquz nömrəli orta məktəbdə bitirib.Min doqquz yüz səksən ikinci ildən səksən dördüncü ilə qədər Amur vilayətində həqiqi hərbi xidmətdə olub. Mənim üçün bu amil çox mühüm amildir. O zaman əsgərlikdə olmayıb kişilik məktəbini keçməyən bəzi insanların sonralar həqiqətən də kişilik məktəbini burda da keçə bilməməsini gördüyümdən əsgərlikdə olmayan adamlara bu gün də ciddi baxa bilmirəm. Bu gün bir çox insanların səhvi elə o zamandan gəlir. Nəsə. Asif əmək fəaliyyətinə çilingər kimi başlayıb. Sonralar dediyim kimi institutu bitirən gündən Neft Qaz Layihə İnstitutunda artıq neft mütəxəssisi kimi fəaliyətə başlayıb. Layihəçi mühəndis,aparıcı mühəndis vəzifələrində işləyib. Bundan sonra onu Azərbaycan dövlət neft şirkətində işə cəlb ediblər.İlk zamanlar o,şirkətin baş mütəxəsisi kimi fəaliyyət göstərib.Sonra neft qaz tikinti trestində qurup rəisi,Texniki şöbənin rəisi,Keyfiyyətə nəzarət və Audit qrupunun rəisi ,Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi vəzifələrində işləyib. İki min beşinci ildən iki min onun birinci ilə qədər isə ARDNŞ-ın Təlim,Tədris və sertifikatlaşdırma departamentinin direktoru vəzifəsində çalışıb. İki min on birinci ildən bu günə qədər isə o ARDNŞ-ın Baş ofisinin insan resursları departamentinə rəislik edir. Yüzlərlə gənc mütəxəssisin yetişməsində iştirak edir. Neft sahəsində çalışanların əmək qabiliyyətinin intellektual səviyyəsinin artırılmasında əməyi olub. Əsas da odur ki, harada oxumasından və işləməsindən asılı olmayaraq istər tabeçiliyində olanlar, istərsə də tabe olduğu şəxslər tərəfindən eyni - göründüyü kimi olan və olduğu kimi görünən bir insan kimi hörmətlə yanaşılıb. Bütün bunlar onun işidir.
Və mən bir dost kimi onun iş qabiliyyətini görüb bunu dəyərləndirənlərə də minnətdaram ki, bu işə düzgün və zamanında qərar veriblər. Onun üçün dövlətə,millətə bağlı olan nə varsa yaşamalıdır. Dövlətə,xalqın gələcəyinə nə yaddırsa yaşamamalıdır. Asif Bəkirli dəfələrlə Avropa dövlətlərində keçirilən beynəlxalq seminarlarda, treninqlərdə iştirak edib. Keyfiyyətin idarəedilməsi, və ətraf mühütün mühafizəsi sahəsində Avropa keyfiyyət təşkilatının sertifikatlarına layiq görülüb.O dörd elmi kitab müəllifidir. Və bu kitabların dördü də, Beynəlxalq standartların Azərbaycanda tətbiqi ilə bağlıdır. Və onun ölkəmizdə bu sahənin təkmilləşməsində də mühüm xidmətləri olub. Həmçinin o bir bədii yaradıcılıq nümunəsi olan kitab da yazıb.Onun poetik dünya dərki də mənim üçün çox maraqlıdır. Həmişə ona sual verəndə ki, dostlarını say, deyir ki, dünyadakı bütün vicdanlı və ədalətli insanlar. Və bəlkə də məni ona bağlayan ən mühüm amillərdən biridir. O" həmmüəllif" kimi də beş kitab müəllifidir.Bu kitablar da elmi mahiyyət daşıyır. Və daha çox elmin populyatlaşması üçün nəzərdə tutulub. Asif Bəkirli "İnsan resurslarının idarə edilməsi" dərslik vəsaitinin də məsləhətçisidir. O dövrü mətbuatda iyirmi beş ilə yaxın bir zaman kəsiyində yüzlərlə məqalələr dərc elətdirmişdir. Qızıl qələm və İyirmi birinci əsr ziyalılar birliyinin mükafatlarının sahibidir. Və nəhayət ailəlidir. Üç övladı var. Əslində bu yazdıqlarım Asif Bəkirli haqqında tam yazacaqlarım və yazmaq istədiklərim deyil.
Sadaladığım bu quru statistika əlbətdəki onun tam portretini açmır. Və aça da bilməz. İnsan ömrü əslində hər saniyəsi hər anı ilə bir kitabdır. Mənim üçün onun işi və ya ictimai vəziyyəti bir o qədər də maraqlı deyil.Ona görə ki Asif harda olur olsun, harda işləyir işləsin və ya heç işləməsin,ən əvvəl mənim üçün dostdur, qızımın da çox sevdiyi rəfiqəsi Aydanın atası Asif əmidir. Mən üç-dörd gün evdə oturub dəniz kənarında gəzintiyə çıxmağa tənbəllik edəndə belə,yenə gücüm ona çatır. Telefonla ona zəng edib, gecə saat on bir olsa da gəzintiyə çıxarıram. Sən də deyirsən ƏLLİ. Əlli nədir? Biz hələ səninlə bilirsən nələr edəcəyik. Biz hələ səninlə bütün Azərbaycanı ayaqla gəzəcəyik. Yaşını boynuna alma,dostum. Əlli yaşlı Asif Bəkirli.Vətəndaş.Dövlətinə xalqına bağlı insan.
Orxan FİKRƏTOĞLU
525-ci qəzet.- 2014.- 6 mart.- S.2.