Emin Həsənli: "Azərbaycanda qeyri-hökumət təşkilatları 20 ildə böyük inkişaf yolu keçib"

 

 

 

 

"Müasir dövrdə cəmiyyətin həyatında mühüm yer tutan qurumlardan biri qeyri-hökumət təşkilatlarıdır. SSRİ-nin süqutundan sonra, müstəqil Azərbaycan Respublikasının yaranması ilə aktiv fəaliyyətə başlayan QHT-lər artıq ictimai həyatın bütün sahələrində fəallıq göstərir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış 1995-ci ildə qəbul edilmiş konstitusiyada bu qurumların fəaliyyəti barədə qanunvericiliyin əsası qoyuldu. Müstəqilliyin ilk illərində formalaşmağa başlamış QHT sektoru 20 ildə böyük inkişaf yolu keçərək bugünki mərhələyə çatıb". Bu fikirləri Azərbaycanda QHT-lərin inkişafı ilə bağlı danışarkən politoloq Emin Həsənli söyləyib.

 

Onun fikrincə, QHT-lər fəaliyyət göstərdikləri müddətdə tədricən təkmilləşdi müxtəlif sahələrdə ixtisaslaşmaqla yanaşı birləşməyə, fəaliyyətlərini əlaqələndirməyə, müxtəlif koalisiya ittifaqlar yaratmağa başladı. Bu istiqamətdə gənclər təşkilatları daha sürətli fəaliyyət göstərdilər. Artıq 1995-ci ilin noyabrında 11 gənclər təşkilatının təşəbbüsü təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yaradıldı. Zaman keçdikcə digər gənclər təşkilatları da bu birliyə qoşuldu. Gənclər təşkilatlarının Milli Şurasının yaradılması bu sahədə fəaliyyət göstərən QHT-lərə müsbət təsir etdi: "Ölkəmizdə QHT-lərin sayı artdıqca, onların fəaliyyəti cəmiyyətin müxtəlif sahələrini əhatə etdiyinə görə qanunvericilik bazası da bu inkişafa uyğun olaraq təkmilləşirdi. 1998-ci ildə "Qrant haqqında", 2000-ci ildə isə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" qanunlar qəbul edildi. Bu qanunların qəbulu vətəndaş cəmiyyəti sektorunun dövlət nəzarəti altında tənzimlənməsinə, onların daha yaxşı qanunlara əsaslanan fəaliyyət göstərmələrinə şərait yaratdı. Qeyd etdiyimiz kimi gənclər sahəsində fəaliyyət göstərən QHT-lərin Milli Şura ətrafında birləşməsi digər sahələrdə fəaliyyət göstərən QHT-lərin oxşar strukturlarda birləşməsinə belə demək mümkündürsə, stimul oldu. Buna nümunə olaraq Azərbaycan Milli QHT Forumunu göstərmək olar. Milli QHT Forumu 95 QHT-nin iştirakı ilə 1999-cu ildə yaradıldı. Forumun yaradılması QHT-lərin öz aralarında əməkdaşlıq etmələrinə vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir etdi.  Milli QHT Forumunun yaradılması QHT sektorunda canlanmaya səbəb oldu. QHT-lərin beynəlxalq əməkdaşlığı sürətləndi".

 

E.Həsənliyə görə, Azərbaycandakı sürətli inkişaf dövlətin QHT-lərə dəstəyinin birbaşa maliyyə dəstəyini əhatə etməsini şərtləndirdi. Eyni zamanda QHT-lərin sayının sürətli artımı, müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərin dövlətin vahid orqanı tərəfindən tənzimlənməsinə ehtiyac yaranmışdı. Digər tərəfdən xarici donorların qrant siyasətinin nəticəsi olaraq müəyyən bir qrup QHT xarici donorlardan asılı hala salınmışdı. Bu baxımdan QHT-lərə birbaşa dövlət dəstəyi verən qurumun yaradılmasının zəruri olduğu ortaya çıxmışdı: "QHT-lərin cəmiyyətdəki təsiri nəzərə alınaraq xüsusi konsepsiya hazırlandı 27 iyul 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi. Konsepsiyaya uyğun olaraq Prezidentin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. QHT sektoru təmsilçilərinin iştirakı ilə keçirilmiş seçkilərin nəticəsində 2008-ci ilin aprel ayının 16-da QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin edildi. Bununla da QHT sektorunda böyük inkişafa təkan verən QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyətə başladı. Şuranın yaradılması QHT sektorundakı bir çox boşluğun aradan qaldırılmasına səbəb oldu. Ən başlıcası isə QHT-lər qrant üçün xaricə üz tutmaq məcburiyyətindən xilas oldular".

 

Onun sözlərinə əsasən, Şuraya qrant vermək səlahiyyətinin verilməsi dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması QHT sektorunda canlanmaya səbəb oldu. Milli donordan qrant almağın üstünlüyünü anlayan QHT-lər üçün rəqabət imkanları genişləndirildi. Həmçinin QHT-lərin milli donor vasitəsilə qrant qazanmaları ölkənin milli təhlükəsizliyi baxımından da əhəmiyyətlidir: "Adətən, xarici donorların bir hissəsi məhz siyasi məqsədlər üçün qrantlar verirlər. Belə donorlar təmsil etdikləri ölkənin mənafeləri naminə müxtəlif ölkələrdə qrant yolu ilə QHT-ləri "ələ keçirir" öz məqsədlərinin onların vasitəsilə reallaşdırmağa çalışırlar. Bu baxımdan QHT-lərə Dövlət Dəstəyi Şurasının yerli QHT-lərin fəaliyyətlərinin stimullaşdırmaq üçün onlara qrant təklif etməsi bu sektorun müstəqilliyini cəmiyyət üçün işləmələrini stimullaşdırdı.  QHT-lərə dövlət qayğısının digər nümunəsi Gənclər Fondunun yaradılması oldu. "Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli fərmanı ilə GİN yanında Gənclər Fondu yaradıldı. Qeyd etmək lazımdır ki, Gənclər İdman Nazirliyi QHT-lərə qrant verən ilk dövlət qurumlarındandır. Nazirliyin gənclər sahəsində fəaliyət göstərən QHT-lərə dəstəyi nəticəsində çox sayda yaradıcı layihələr həyata keçirilib. 2012-ci ilin dekabrında isə Fərmanda dəyişiklik edildi GİN yanında Gənclər Fondu Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna çevrildi.  Bu islahat gənclər sahəsində fəaliyyət göstərən QHT-lərə dövlət dəstəyinin artırılmasına onların fəaliyyətlinin stimullaşmasına səbəb oldu. Fond artıq bir sıra layihələr üzrə dəfələrlə gənclər təşkilatlarına qrant verib. Gənclər Fondunun digər müsbət cəhəti fərdi şəxslərə qrant verilməsinin həyata keçirilməsidir. Belə ki, Fond 14-29 yaş arasında olan gənclərə fərdi qrant verilməsini təşkil edib. Bu isə yaradıcı gənclərin daha da həvəsləndirilməsinə səbəb olub".

 

E.Həsənli bildirib ki, hazırda QHT-lərlə bağlı qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi bir sıra QHT-lərin narazılığına səbəb olsa da, sözügedən dəyişikliklər onların fəaliyyətini daha şəffaf etməyə və hesabatlılılığı artırmağa yönəldiyindən bu sektorun təmsilçilərinin əksəriyyəti dəyişikliyin müsbət nəticələr verəcəyindən əmindirlər: "Ötən ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilmiş dəyişikliklər QHT-lərin fəaliyyətinin tənzimlənməsi və onların daha şəffaf fəaliyyət göstərmələrini təmin etmək məqsədi daşıyır. 2013-cü ilin dekabrın 17-də Milli Məclis "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında",  "Qrant haqqında" qanuna əlavə və dəyişiklik etdi. 2014-cü ilin fevralında isə Azərbaycan Respublikaısnın prezidenti "Qeyri Hökumət təşkilatları (ictimai birlikfondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun imzaladı. Düzəlişlər xarici QHT-lərin ölkəmizdə fəaliyyətini də tənzimləyir. Qanuna görə xarici QHT-lərin ölkəmizdə yalnız bir nümayəndəliyi və ya filialı ola bilər və bu nümayəndəliyin rəhbər müavinləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Qanunda nəzərdə tutulmuş digər əlavə və dəyişikliklər QHT-lərin fəaliyyətlərinin açıq, şəffaf olmasını, QHT-lərin müvafiq dövlət qurumlarına hesabat vermə məsuliyyətini artırmağı və onların inkişafını nəzərdə tutur".

 

 

 

525-ci qəzet.- 2014.- 7 mart.- S.6.