Sən mənim ömrümdə əsən
bir külək,
Sən mənim ağzımda qalan dad kimi...
Sən mənim ağ
kölgəmə, yatmış
mələk
Sən mənə həm doğma kimi, yad kimi...
Sən mənə can bəxş
eləyən bir nəfəs,
Sən dilin altda əriyən
həb kimi...
Sən mənim hər bir sözümün cizgisi,
Sən kağız üstündə
mürəkkəb kimi...
Sən ki günəşsiz soyuyan bir üfüq,
Sən məni məndən ayıran xətt kimi,
Sən mənə əlçatmaz
uzaq bir vətən,
Sən mənə
dost-doğmaca qürbət
kimi.
Sən gözümün yaşının
hər damlası,
Sən suya dön, get, əriyən qar kimi.
Sən beləsən ...., ömrü
boyu seyrdə...
Ağlama qarşımda günahkar kimi.
dön suya, ax, get, əriyən qar kimi.
2013
Unut məni ,
yubanma,
Çıxıb
gedim yanından,
Əsər də qalmasın
qoy,
Bu sevginin dadından.
Unut məni səhərlər,
Üfüq işıldayanda,
Yavaşca pəncərəndə
Budaq xışıldayanda.
Unut məni günorta,
Külək
günü əyəndə,
Divanda halsız-halsız
Kitab vərəqləyəndə.
Unut məni hər axşam,
Sızıltıdan
bezəndə,
Durub gedib ərinçün
Mixəkli
çay süzəndə...
Unut məni dünən də,
Unut
məni bu gün də...
Unut məni,
unut, tam.
Səhər... Günorta... Axşam...
2013
O qızın
Saçları bir zülfü-pərişan
idi.
Cümlə cahan zülfünə qurban idi.
O qızın...
İndi səliqəylə daranmış
başını qar tutur.
Saçlarını sanki qara rəng uduzur,
ağ udur.
Gözləri bir nərgizi-fəttan idi.
Kipriyi sanki iti peykan idi.
O qızın...
İndi daha parlamayır gözləri ulduz kimi.
Kipriyi üstə
gözünün yaşı
donur buz kimi.
Boy-buxunu sərvi-xuraman
idi.
Qamətinə sərv özü heyran idi.
O qızın...
İndi bükübdür belini acı həyat gör necə.
Sanki çəkib ömrü boyu
qəm yükünü
gizlicə.
Ləbləri bir qönçeyi-xəndan
idi.
Busəsi çox dərdlərə
dərman idi.
O qızın...
İndi
əsəbdən gecə-gündüz
dodağın çeyniyir.
Eh, bu qədər qayğı ki, var,
al dodağı neyniyir.
Nitqi şirindi,
şəkəristan idi.
Hər sözü
məna dolu ümman idi.
O qızın.
İndi şikayət dolu sözlər oturub nitqinə.
Axşamacan ah eləmək
adəti olmuş
yenə.
Aşiqi bir tazə qəzəlxan
idi.
Çəkdiyi ancaq qəmi-hicran idi.
O qızın...
Aşiqinin indi qələm tutmağa yox taqəti.
Neyləsin aşiq, belə
gəldi
qədəri-qisməti..
2013
Bir söz de mənə, ey gözü yaşlım,
nəsə bir söz,
Qəlbimdən axan qanımı
bəlkə kəsə
bir söz.
Dondurma məni,
istəmirəm ruhum içində
Hər gün üşüyüb
titrəyə bir söz,
əsə bir söz.
Bezdirdi sükut, döy ürəyin
pəncərəsin ki
Taqqıltı eşitcək çıxa
bəlkə
səsə bir söz.
Susma, de
o bir kəlmə sözü,
qoy gecə yarı
Titrək
bir işıq tək başım üstə əsə
bir söz.
“Gəl” söylədilər
ruha,
gəlib girdi bu cismə
Yoxdur geri yol,
saldı onu məhbəsə
bir söz.
Sən Fəhmini susmaqda
günahkarmı sanırsan?
Səndən nə qəbahətdi
əgər gözləsə
bir söz.
2013
Mənə bir eşq yükü ver,
Daşıyım,
Bir qələm ver, kağızı
Qaşıyım,
Bir bəyaz ömrüm ola,
Yaşıyım.
Yaşıyım, sonra ölüm...
Simi qaçmış kamanam,
Nə çalım?
Qanadım kəsmə daha,
Ucalım,
Saçıma dən səpələ,
Qocalım...
Qocalım, sonra ölüm..
Yuxudan səslə məni,
Oyanım,
Mənə daş çarpayı
ver,
Uzanım,
Qapımı cənnətə aç,
İnanım,
İnanım, sonra ölüm
2013
Mən səni ağlatmaq üçün gəlmədim,
Göz yaşını
silmək üçün
gəlmişəm.
Qəlbini ovcumda tutub hər səhər
Göylərə yüksəlmək üçün
gəlmişəm.
Min günah içrə boğulan qəlbinə
Bir də nəfəs vermək üçün
gəlmişəm,
Bu qatı zülmətdə
xilas yollarım
Mən qapına
sərmək üçün
gəlmişəm.
Ruhunu tutmuş bu qara pərdənin
Rəngini soldurmaq üçün gəlmişəm.
Bəsdi
daha, taleyə diz çökmə,
QALX...
Mən səni
qaldırmaq üçün
gəlmişəm.
2013
Məni
axtar
Əruz
üstündə mini-poema
Məni
axtar darıxanda
Səni
qəm-qüssə sıxanda,
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda...
Məni
axtarma hər axşam,
Yığışıb şənlik edəndə,
Yenə
də barda, kafedə
Ötəri gün keçirəndə...
Məni axtar darıxanda.
Dadı
şit qəhqəhələrdən
Bezikib təngə gələndə,
Taparaq nəysə bəhanə
Yenə küncə çəkiləndə.
Məni axtar.
Məni axtar darıxanda.
Bir həzin mahnı səsindən
Qədəhin əldə donanda,
Sürüşüb donmuş əlindən
Düşərək, yerdə sınanda.
Məni axtar.
Məni axtar darıxanda.
Çıxıb hay-küylü salondan
Dayanıb fikrə gedəndə,
Kafenin boş foyesində
Siqaret tüstülədəndə
Məni axtar.
Məni
axtar darıxanda
Məni
axtar gecəyarı
Yolunu taksi kəsəndə,
Dayanıb yol kənarında
Büzüşüb tir-tir əsəndə.
Məni
axtar,
Məni axtar darıxanda.
Küçədə, yolda yağışlar
Sevişəndə, gülüşəndə,
Maşının pəncərəsindən
Üzünə damcı düşəndə,
Məni axtar.
Məni axtar darıxanda.
Məni
axtar boş otaqda
Yoluna gölgə çıxanda,
Soyumuş güzgüdə bir
qız,
Sənə hiddətlə baxanda.
Məni axtar.
Məni axtar darıxanda.
Məni
axtar darıxanda
Səni qəm-qüssə sıxanda.
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda.
Məni
axtar
Məni axtar darıxanda.
Çıxmaram bircə sözündən
Səni
allam yer üzündən,
Çəkərəm mavi səmaya
Öpərəm nəmli gözündən...
2010
Payız
çiçəyi
Mən ömrün yazında, sən payızında,
Ümidim kəsmisən, payız çiçəyi.
Sən gərək beş-on il gec doğulaydın
Yaman tələsmisən,
payız çiçəyi.
De, kimin qəlbini isidir sevgin
Kimin ocağına köz gətirirsən,
Mən hələ səhərlər
dərsə qaçıram,
Sən artıq
məktəbə qız
gətirirsən.
Sən də bu qapıdan
keçmisən bəlkə,
Elə bu sinifdə dərs oxumusan.
Bəlkə bu lövhənin
qarşısındaca
Hörük bağlamısan, saç toxumusan.
Görəsən sevgimin gücü
çatarmı,
Zamanın gərdişin geri
çöndərim,
Yazdığım məhəbbət məktublarını
On beş il
əvvəlki sənə
göndərim.
Bəlkə də heç zaman bilməyəcəksən,
Bu şeir qəlbimin vida nəğməsi,
Yəqin
ki, lal olub
susacaq daha
Tələsən eşqimin gecikən səsi.
1999
Harda unutdum
Səhərdən axtarıb gəzirəm,amma
Heç
yerdən ətrini ala
bilmirəm,
Mən sənin
sevgini hara qoymuşam?
Heç cürə yadıma sala bilmirəm.
Fikrim dağılıbdı axır
zamanlar,
Sanki gözə gəlib yaddaşım,huşum.
Yəqin
keçən həftə
bilər yerini,
Ya da keçən aydan səni soruşum.
Unudub qoymuşam bəlkə sevgini
Otelin soyumuş pəncərəsində,
Fikir verməmişəm, yaddan
çıxıbdı
Üzümə örtülən qapı
səsində,
Gizli görüşlərin
bəhanəsində.
Bəlkə yollar oldu məni
çaşdıran?
Qatar oğurladı itən sevgimi,
Tələsik düşəndə kupedə qoydum
Oxunub qurtarmış
bir kitab kimi?
Mən səni
görəsən harda
unutdum?
Yağışda itirdim, qarda unutdum?
Nəsə, həyatdı da. Mən bu yaşıma
Kimlərdən, nələrdən doyub gəlmişəm.
Təkcə səni deyil, mən özümü də
Sənli günlərimdə qoyub gəlmişəm.
2013
İlqar Fəhmi
525-ci qəzet.- 2014.- 8 mart.- S.27.