Bəşəriyyət yaranandan aqilləri, filosofları, mütəfəkkirləriQadın nə istəyirsualı düşündürüb. İnsan psixologiyasının ən alt qatlarına, təhtəlşüurun dərinliklərinə qədər nüfuz eləməyi bacarmış məşhur alim Ziqmund Freyd belə uzun illər apardığı psixoanaliz təcrübələrindən sonra da bu məlum məşhur suala cavab tapa bilmədən dünyadan köçüb. Bəlkə dahi psixoanalitik qadın olmadığı üçün bu sualın cavabı ona açılmaz müəmma kimi qalmışdı. Qadının istəyi əslində əlahiddə, tapılmaz bir şey deyil. Qadın sevdiyi, əmək sərf elədiyi, dəyər verdiyi insanlardan sadəcə diqqət umur, başqa heç . Vaxtında yerində edilən bu diqqət gözdən süzülən yaşı qayğıkeşliklə silmək ola bilər, kədərli anlarda saçlara çəkilən yüngül tumar da, ucuz ətir , bahalı avtomobilin bağışlanması da. Təbii ki normal qadınlardan söhbət gedir, meşşan təbiətli varlıqlardan yox. Bütün hallarda sevilən, dəyər verilən qadın xoşbəxt olur o xoşbəxtlikdən mütləq cəmiyyətə, dünyaya böyük pay düşür.

Qadınların payına isə ildə bircə gün – 8 Mart Beynəlxalq Qadınlar Günü düşüb. Bu birgünlük bayramın bütün ilboyu, ömrüboyu davam etməsi istəyi ilə bütün qadınlarımızı ürəkdən təbrik edir, layiq olduqları dilədikləri xoşbəxtliyi arzulayırıq. Qadını ən yaxşı qadın anlayar. Məhz buna görə şairə Nurəngiz Günün timsalında bütün xanımlarımızı təbrik edərək duyğulu şeirlərini Azərbaycan qadınlarına ərməğan edirik... 

 

 

 

ÖRT ÜSTÜMÜ, ÖRT, MEŞƏM

 

 

Salam, meşəm!

 

Mənəm həmən o “Vələs qızın”.

 

Gəlmişəm...

 

Bir az utanıram. Naxələflik eyləmişəm.

 

Bilməmişəm, bilməmişəm! Mən səni,

 

cəngi nəhəng bir şəhərə dəyişmişəm.

 

Adamlar

 

ucdan tutma məşğul imiş...

 

Nələr gördüm, nələr gördüm!

 

O adamlar içində qəribmişəm!

 

qoynunu, meşəm! Mən səninçin qəribsəmişəm!...

 

var, yox? Məxluqların necədir?

 

Yenədəmi qışqırışırlar? Ah, böyük təsəlli!

 

Budur ən böyük ehtiyac!... Qışqıra bilsəydim əgər...

 

Yüz illərdir daşıyıram mən onu

 

Yüz illərdir bir səs boğur hulqumumu!

 

qoynunu, meşəm! Söz deməyə gəlmişəm.

 

qoynunu,

 

əyilim azadə budaqlarına,

 

söz deyim bulaqlarına.

 

qoynunu, meşəm, içim yanır, təngnəfəs olmuşam,

 

Bir sərinlik həsrətiylə tutulmuşam, dolmuşam.

 

Oxxay, meşəm!!! Bu gecə

 

    palıdıma, küknarıma qovuşacağam, meşəm...

 

Oxxayyy, oxxayyy!.... Oxxayy meşəm! Bu gecə

 

Yaşıl döşəyin üstünə

 

bir uzunşirin nağıldanışacağam,

 

Ört üstümü, ört meşəm!...

 

 

 

ƏN ÇƏTİNİ BÖLÜNMƏKMİŞ

 

 

...Sonra o məşum nağıla

 

sübhə kimi birgə göynədik.

 

Bu minvalla, bu böyük dünyamıza

 

eyni kədərimizlə eyni cür qərib düşdük...

 

Ah gülüm, qəribliyə sən yaxşı bələdsən.

 

Sən heç nəyi unuda bilməyəcəksən!

 

Ovun quzum, ovun mənim kövrək sevgim!

 

günahı, telli sazın?...

 

Əsən bir başqa cür əsdi.

 

Mən təsliməm. Kiri sən .

 

Kiri mənim ay ömürlük kədərim!

 

Ən acısı

 

qoynumuzdan açılıb

 

yerə düşən o qolları unutmaqmış,

 

Ən acısı

 

cığırlara haçalanıb

 

qar selində üşüyən o yolları unutmaqmış!

 

Olacağa hacət? Yəqin bu da gərəkmiş.

 

biləydik, biləydik

 

Ən çətini bölünməkmiş?!

 

 

BELƏ İŞLƏR

 

 

... Əvvəl sən gəldin,

 

Sonra bu kədər.

 

Əvvəl sən tovladın,

 

ovçu sonradan ovladı.

 

Əvvəl özül, sonra divar.

 

Əvvəl sən başladın,

 

sonra dedi-qodular.

 

Əvvəl sən güldün,

 

indi mən.

 

Əvvəl mən öldüm,

 

indi sən.

 

Ah məhəbbət!

 

Sənə rəhmət,

 

Mənə .

 

 

... Gün çıxdı, şehin ömrü bitdi beləcə.

 

Şeh olacam mən bir gecə.

 

Şeh ağladı getdi,

 

Mən sənin gözlərinin aynasında

 

gülüb donacam.

 

Mən qəhqəhə içində,

 

Mən sənin büsbütün əzalarında,

 

Mən sənin sevincində, əzablarında

 

qıvrılacam sonacan.

 

 

 

MƏNİM O AĞ ÇİÇƏKLƏRİM

 

 

Tükəndi çiçəklərim, bir payıza yaraq oldu

 

Çaşdı əsən rüzgarlarda, qopub varaq-varaq oldu.

 

 

Quş olub uçdu güllərim, əldə qalan budaq oldu

 

Busələrimin qonağı bir üşüyən yarpaq oldu.

 

 

Gözlərim gölə çevrildi, vüsal məndən uzaq oldu,

 

gəldi qüssədən gəldi, məni üzən fəraq oldu!

 

 

Xəyal oldu sevdiklərim, yanıb-sönən çıraq oldu

 

Mənim o çiçəklərim, dönüb qara torpaq oldu.

 

 

BİLMƏZ İDİM

 

 

Bilməz idim eşq nədir, qəm nədir,

 

Bilməz idim gül nədir, şəbnəm nədir.

 

Bilməz idim kiprik nədir, nəm nədir,

 

sən öyrətdin, qaytar apar, istəməm!

 

 

Bilməz idim ay necə dolanarmış,

 

Bilməz idim ay gecə dolanarmış,

 

Bilməz idim sinəm belə yanarmış,

 

sən öyrətdin, qaytar apar, istəməm!

 

 

Bilməz idim üzün belə dönükmüş,

 

Bilməz idim eşqin belə sönükmüş,

 

Sevdamıza yağış da, qar da çökmüş

 

bilməz idim, qaytar apar, istəməm!

 

 

SƏNƏ BORCLUYAM, ANA!

 

 

Bu yazılar, sətirlər, bu düzümlər üçün mən

 

Sənə borcluyam, ana!

 

Sevgilər, titrəyişlər, təbəssümlər üçün mən

 

Düşüm ayaqlarına!

 

Damarından, qanından, əzandan nəşət aldım,

 

Sənə borcluyam, ana!

 

Yaxşı varsa canda, canından vüsət aldım,

 

Düşüm ayaqlarına!

 

Günəşim , tanrım da, eşqim, odum da səndin,

 

Sənə borcluyam, ana!

 

Göz yaşım, yaradanım, səcdəm, duam da səndin,

 

Düşüm ayaqlarına!

 

Bütün dünyam sən idin, səndin gecəm, gündüzüm

 

Sənə borcluyam, ana!

 

Yenə sənsən, yalnız sən, çəmən, çöl, ətrim, düzüm,

 

Düşüm ayaqlarına!

 

Sənə borcluyam, ana!

 

Sənə həsr edirəm mən, bu kitab-həyatımı,

 

O göyərçin ruhuna

 

Səpib səpələyirəm, ən şirin bayatımı,

 

Sənə borcluyam ana!

 

Dolanım, fəda olum, o qara torpağına,

 

Düşüm ayaqlarına!

 

Sərilim, məlhəm olum, ürəyinin dağına!..

 

 

BİZ Kİ QU QUŞLARIYDIQ

 

 

İkimizə bir yuva,

 

İkimizə bircə dən... Bəs idi.

 

Qonşularımız idi yaşıl göllər.

 

Amma dimdiyimizə sıxılan

 

    o tək damla

 

demə təsəlli imiş göylərdən. Bəs idi.

 

Biz ki, qu quşlarıydıq.

 

Bizim öz mahnımız vardı,

 

Sədasına üfüqlər oyanardı...

 

Biz vardıq. Biz asimandaydıq.

 

Biz buludları yarırdıq,

 

qıyy vururduq, yorulmayırdıq!

 

Günəşi çətir tutub başımız üstünə

 

Kimdən ki, qorunduq?

 

Biz ki, qu quşlarıydıq!...

 

Başımızcənnət ağacınınbudaqlarında,

 

üzümüzXədicə çiçəyidodaqlarında,

 

dilimiz üstündə buğda duası öldük.

 

Təəssüf yox idi ölümümüzdə,

 

O imiş deyirəm gördüklərimiz.

 

dəryaz var idi, xırmanımız,

 

Aman, ovçu!!!

 

İndi, qov kimi bu boşluqda

 

Hey uçur, hey uçar...

 

Günahsız ruhumuz, xəyallarımız.

 

Ah, biz ki, qu quşlarıydıq!?.

 

 

FIRLANQIC

 

 

Bu balaca qız,

 

     bu balaca gəlincikli

 

            bu balaca qızcığaz

 

                        məndən sonra da

 

                                               olacaq.

 

Bu balaca qızın könlünü oxşayanlar da olacaq,

 

Bu balaca qızın xətrinə dəyənlər olacaq,

 

Bu balaca qızı, sevib bəyənənlər olacaq.

 

Bu balaca qız gəlin olacaq, yep-yekə ana olacaq.

 

Bu balaca qızın balaca-balaca doğruçu gəlincikləri olacaq.

 

Evi olacaq, vargəl edəcək, vaxt tapınca,

 

gizlicənə ağlayacaq. –

 

Divarlardan leşgər-leşgər qəm yükü,

 

ayrılıqlar boylanacaq...

 

Evində, əlləri belində, bir hökmüran ər dayanacaq,

 

bu leşgərin üstündən elə hey quylanacaq!

 

Bu balaca qız, bax beləcə, qarıyacaq, nənə olacaq.

 

Aman Allah! Bağ-bağçası, qönçələri,

 

bütün güllər solacaq!..

 

Bu balaca qızın toxunmayın qəlbinə!

 

Bir gün, bir gecə,

 

            ömrün hansısa astanasının

 

                        hansısa bir sonuncu pilləsində

 

                                   Elə

 

                                               sonuncu dəfə durub dayanacaq.

 

Astananın başlanğıcında

 

            başqa gəlincikli

 

                   başqa balaca qızcığaz

 

                            kəpənək donunda

 

                                   qanad çırpıb fırlanacaq...

 

 

 

Nurəngiz GÜN 

525-ci qəzet.- 2014.- 8 mart.- S.25.