Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” sərgisi açılıb

 

 

 

 

Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Əməkdar rəssam Əşrəf Heybətinİthaf. Şərq Qərb arasındamövzusunda ilk fərdi yaradıcılıq sərgisi təşkil edilib.

Tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin tələbəsi olduğunu deyib: “Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə digər ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. Əşrəf Heybət portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, irihəcmli monumental əsərlərin müəllifidir. Bu günkü sərgidə rəssamın 95 əsəri nümayiş olunur”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Milli Məclisin deputatları Rafael Hüseynov, Asim Mollazadə digər çıxış edənlər Əşrəf Heybəti Azərbaycan tarixinə, mədəniyyətinə bağlı sənətkar kimi səciyyələndirib.

Qeyd olunub ki, rəssamın əsərlərinin əsas mövzusu Azərbaycan, o cümlədən Bakı, Abşeron mənzərələridir: “Rəssam Qərb ifadə tərzini Azərbaycan rəssamlıq məktəbi ilə birləşdirib əsərlərində dirdiyi qeyd edilərək vurğulanmışdır ki, o, əsərlərində Şərqlə Qərbin üzvü vəhdətini yaradıb. Əsərlərində rənglərin vəhdətini əks etdirən fırça ustası Azərbaycan rəssamlıq məktəbinin nailiyyətlərini dünyaya çatdırır”.

Mərasimdə görkəmli rəssama elm, mədəniyyət, incəsənət sahəsində, ictimai həyatda xidmətlərinə görəZirvəziyalılar təşkilatının Azərbaycan Demokratik İslahatlar Partiyası diplomlarları təqdim edilib.

Əşrəf Heybət sərginin təşkilinə görə minnətdarlığını bildirib.

Sərgi martın 14-dək davam edəcəkdir.

Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, BeynəlxalqSülh elçisimükafatı laureatı, AlmaniyadaBakıMədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub. O, Almaniyada yaşayıb-yaratsa da əsərlərində mənsub olduğu xalqa, doğma Vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 8 mart.- S.23.