Bəyaz bir QADIN!- “Yüz Gözəl Sevgi Şeiri”
PƏRVİNin təqdimatında
“Şeytan” adlandırmağın,
yaxud İblislə müqayisə eləməyin
əbəsdi... Min illərdi
isbat olunub bu: Qadın xilasdı! Şeytanlığı
və İblisanə əməlləriylə belə!
Təyyarədə xilasedici jilet
kimi, yanındadısa,
yaxındadısa rahatsan,
arxayınsan, cəsursan.
Dünya dağılsa
da, sənə heç nə olası deyil... Əlbəttə, əgər
sevirsənsə, ürəyində
kiçicik yeri belə qızırğanmadan
onunla doldurmusansa, içdiyin suda, yediyin yeməkdə, udduğun havada belə onu duyursansa...
Təkcə gözəl
simasına, ağıllı
gözlərinə deyil,
çeçələ barmağına
da aşiqsənsə...
Yalnız şirin sözlərindən, nəvazişindən
yox, qəzəbindən,
qısqanclığından, əzablarından da xoşlanırsansa... Yaxında
da, uzaqda da eyni dərəcədə
doğmadısa... Gecə
yuxunda, səhər ayıqlığında firkin-zikrin
yalnız odursa... Əllərini buraxan kimi darıxmağa başlayırsansa! Xəfif
bir təmasından havalanırsansa... Amma! Hardadı bu cür sevgiyə
“dözə” bilən
Qadın? Məgər
beləsi reallıqda ola bilərmi?
Axı, sevilmək...belə, dəlicəsinə sevilmək
özü də sadə deyil. Sevgisizlik, təklik bir dərddisə,
boşluqdusa, sevib-sevilmək,
o hissləri yaşamaq,
həyata keçirmək
minqat çətindi...
Bəli-bəli, çətin!
O Qadın! Hər an can atdığın, arzuladığın, sevgisindən
dəli olduğun qadın hisslərinə cavab verməyi bacarmalıdı, coşquna,
çırpıntılarına, ehtirasına “tab” gətirməlidi...
Kiçik boşluğa
belə yuvarlana bilərsən! Ani bir etinasızlıqdan qanadların qırılar!
Yeganə sığortan
xəyallarındı... Bəzən fantaziyalarında
yaradırsan bu Qadını. Yaxud istəklərinin
bir hissəsini sadəcə xəyal, arzu kimi saxlayırsan
yaddaşında. Və zamanla
bütün bu hadisələr, xatirələr
qarışır bir-birinə.
Sənin nəyin reallıqda yaşandığını,
nəyin yuxu, yaxud arzu olduğunu
ayırd eləmək
istəmirsən də...
Nəyinə lazımdı axı?
Əsas odu, xoşbəxtsən!
Türk
şairi Atilla İlhanın “Sən bir bəyaz qadınsan” şeiri, daha doğrusu burda təsvir olunan xanım bir az qəribə
görünür adama...
Sanki olmayan, yaxud
varlığı ilə
yoxluğunu eyni anda hiss etdiyi adamdan danışır şair. Anlamaq olmur, bu qadın
aşiqin xəyallarındadı,
ya reallıqda! Sanki uydurub özü üçün belə sevgilini...
Öz düşüncələrindən
sərxoşdu, beyni dumanlıdı aşiqin. Bu, meyin gətirdiyi hava deyil, yox.
Aşiq özü dediyi kimi – çörəyin
bəyaz, zeytunun siyah olduğunu ayırd edir, reallıq hissi yerindədi... Amma bütün bu ayıqlıqda o Qadın ruh kimi, yüngül
meh kimi, hava kimi görünür...
Səmanın maviliyindədi
Qadın, yerdə deyil... Şairin yorğunluğunu çıxaran
sadəcə rüzgardı,
sevdiyinin əlləri,
həssas nəvazişi
deyil! Özü qapısını döyməsə
də, xəyalı həmişə evindədi,
hər köşəsindədi
yuvasının... Və
bütün bunları
düşündükcə məhz Bəyaz Qadın ifadəsinin nə qədər yerinə düşdüyünü,
uyğun olduğunu anlayırsan... Məhz bəyazdı, ağappaqdı
bu Qadın! İşıqdan zorla seçiləcək qədər
işıqlı, ruhdan
bir az
daha real, amma bəmbəyaz...
Atilla İlhan maraqlı, qeyri-adi ifadələrlə
təsvir edir fikirlərini... Mənə görə, ən
təsirlisi məhz “yoxsulluq”dan danışmasıdı.
Heç
şübhəsiz, burada
maddi kəsirlərə
işarə vurmur aşiq. Və adətən maddiyyatın
kasadlığına aid edilən
sözün burada dəyişilməsi, təsir
gücünün artması
insanı düşündürür.
Axı doğrudan da daxili zənginlik, mənəvi, ruhi arxayınlıq hər şeydən üstündü.
Heç bir maddiyyatın gətirmədiyi
toxluğu, rahatlığı
gətirir məhəbbət,
daha doğrusu sevdiyin adamın sənə eyni hissləri bəsləməsini,
içini, varlığını
duymasını dərk
etmək...
Birinə
aid olmaq, onun üçün yaşamaqdan
üstün nə ola bilər
ki?! Atilla İlhanın dediyi kimi “dənizdən üzdüyü balıq”,
“göydən çaldığı
quş” yalnız biri üçündüsə,
Yunisin misraları da, iqtisadiyyat da, fəlsəfə də onun barəsində düşündürürsə...
Özünü zəngin
hiss etməkçün başqa
nə lazımdı ki?! Lap bu qadın
xəyal olsa belə... Amma şeirin sonuna doğru çox sadə bir priyomla
şair diksindirir adamı!
Bəyaz Qadının
gözlərindən danışanda...
Hər halda, uzaqda da olsa,
var belə Qadın! Gözləri şairin xatirindən çıxmayan Qadın!
...Və Bəyaz Qadının bu cür sevilmək, özünü sevdirmək,
uzaqdan yaşatmaq gücünə heyrət
edirsən! İşığı
ilə, bəyazlığı
və parlaqlığı
ilə dünyanı,
bir Şairin dünyasını doldurmasına
inanırsan!
...Yorğun başını
soyuq yastığa qoyub təkcə uyumuş adam
da gəlir gözünün önünə...
Atilla İlhan: “Boğazım kurumuş,
içim bir kalabalık...”
Asıl büyük sarhoş benim
uzaktakı...
Ben ki tek damla şarap
içmedim
ekmeğin
beyaz, zeytinin siyah
olduğunu
biliyorum.
Asıl büyük sarhoş benim
uzaktakı
Benim kusturucu sarhoşluğum
Yoksulluğum...
Yüzüme bakmasan da,
yağmura
düşürsen de gözlerini.
Gözlerime bakmasan da ne kadar,
o kadar
aydınlığın gökyüzüme
uzanıyor.
Uykularımda nefesinin sıcaklığı
o kadar.
Hangi akşam kapımı çalan sen değilsin,
Sen değil misin gizli bir kıvılcım
gibi
gözbebeklerimde
duran?!
Umutsuzlandığım
her akşam,
senin
rüzgarın almıyor
mu
uğultulu
yorgunluğumu?!
Yoksulluğun eşiğinde kapaklandığım zaman
ellerimden
sımsıkı tutmuyor
mu senin
iyimserliğin?!
Ben bu tezgahı kurdumsa, senin için kurdum,
senin
için dokuduğum basma ve pazen,
denizin
yeşilinden süzdüğüm
balık,
gökün
mavisinden çaldığım
kuş,
Senin için!
Felsefe okudumsa,
iktisat
okudumsa, gece yarıları
boğazım
kurumuş, içim bir kalabalık
sıcacık
mısralar okudumsa Yunus’dan,
Senin için okudum!
Geceyarıları!
Sen beyaz bir
kadınsın
uzaktakı
gözlerin
aklımdan çıkmıyor...
Sen beyaz bir
kadınsın
karanlıkları
dinleyen,
uzaktakı
Sarmaşıkları duyuyor musun rüzgarda?!
Yorgun başını
üşümüş
yastığına koyuyor
musun,
uyuyor
musun?
PƏRVİN
525-ci qəzet.- 2014.- 8 mart.- S.21.