ALLAHIM...
Baxçasaray güzarım,
Həm sevib, həm bəzərim.
Səndən ayrı düşərsəm,
Atəş olsun məzarım.
Qədim
Krım mahnısı
Ey bizi yaradan,
Səmavi
kitablarn hər fəslində
Deyirsən: Mənsiz olmayın!
Dinsiz, imansız olmayın!
Əslində kainat sənsən.
Sənin
qurduğun oyundayıq
biz,
Sənin qoynundayıq biz.
Bir planetdi hər zərrəniz,
Biz o zərrədə zərrəyiz.
Səndən özgə kainatda
nə var ki,
Duyuruq hər yanda sənsən.
Zaman da, məkan da sənsən.
Bizi yaradan da sənsən.
Bizi yandıran da sənsən,
Bizə yanan da sənsən.
Yandıranda bir az
Özün də yanırsan, deyəsən.
Qaralı,
sarılı, ağlı
Yaratdığın insanların
Çoxunun hələ çox körpədi ağlı.
Odla oynayırlar
bu qan hərisləri.
Qan içməkdən doymayırlar,
Gözlərini kor eyləyib hirsləri.
Mutantlar
artır,
Yarı
canavar, yarı adam var.
Elə bilirlər
doğulan, doğan özləridir.
Unudublar
hamımızı
Bir yaradan
var.
Allahım, yaradan sənsən,
Sənə qalır əlac.
İnsan
ağlının gözünü
aç!
İnsana
məhəbbət, mərhəmət
ver,
Sənsiz qoyma bizi.
İnsan
insana əl qaldıranda
tut əlimizi.
Qoy insan insana əl
tutsun,
Hər kəs hikkəsini udsun.
Kini, nifrəti unutsun,
Şəfqətlə gülsün insan gözü.
Körpənin bir damla göz yaşında
boğula bilər yer üzü.
Allahım, yaradanların ən güclüsü sənsən.
Yaratdıqlarının ən gözəli insandır!
Rəngləri fərqli olsa da
Ürəklərində axan eyni qandır.
Allahım, bu qolu zorlu,
ağlı
azları,
bu qanmazları
Özün
qandır!
10.03.2014
KRIMA QAR
YAĞIB
(Şeir F.Qocanın 1988-ci ildə "Azərnəşr"
tərəfindən çap
olunmuş "Seçilmiş
əsərləri"kitabından götürülüb)
İyirmi
ildən çoxdur
qayıdıb
müharibədən
Ayaqsız bir bədən
-
bir evin dirəyi,
dörd oğlun atası.
Zərəfşanın əri.
Zərəfşanın müharibədən
qayıtmış
ayaqsız günləri.
Krımda
bir cüt uşaq qəbri kimi
dəfn eləyib ayaqlarını.
Arzularını qoltuq ağacı
eləyib
dişləyib dodağını.
Nə ağlayıb, nə də off!- deyib.
İndi
soyuq dəyib,
qızdırma
salıb onu yaman hala,
sayıqlayır yavaş-yavaş:
-Ay arvad, ayaqlarım üşüyür,
ayaq
barmaqlarımı ovxala,
-
Gilələnir gözlərində yaş...
Zərəfşan çaşıb əl
atır
yorğanın
ayaq tərəfinə,
Bir an nə
danışa bilir, nə də dinə.
Çəngəsində boş yorğan
hönkürüb keçir
yan otağa:
- Görəsən neyləmişdik
Allaha.
Yəqin
Krımdı, nədi,
ora qar yağıb.
Allah, istini əsirgəmə ordan,
Çöldə payız havası,
Yanında dörd oğul
-
dörd çinar kimi.
Ayaq tərəfində
Zərəfşan xala.
Kişi
arada sayıqlayır:
- Ay arvad, ayağımı, ayağımı...
ovxala-ovxala...
KRIMA BAHAR
GƏLMƏYƏ QORXUR
Bahar Krıma gəlməyə qorxur,
Havasında barıt qoxusu var.
Torpağın canında qorxusu var.
Zəhərli baxışlarından
Güllər gülməyə qorxur.
Vahiməli ruzgarlar əsir.
Bu dəfə kimlərsə
Zərəfşanın ərinin ayaqların
Krımdan kəsir.
O ayaqlar Krım uğrunda döyüşmüşdü.
Krımda şəhid düşmüşdü.
İndi də yad ayaqlar
altında tapdalanır.
İndi
Krımda insanlar arasında olan
mehribanlıq, məhəbbət
talanır.
Bəs deyirdilər
Fürerin övladı
yoxdu?
Zaman gərginliyindən burda
İçdiyimiz suyun, yediyimiz çörəyin
dadı yoxdu.
Dünyanın gözü görə-görə
Ağbirçək bir ananın əlini kəsirlər.
Qədim Ukraynanın əlini kəsirlər.
Allahım, havasızlıqdan
boğuluram,
ölürəm,
çünki mən yaxşı bilirəm
bu necə ağrıdı.
Allahım, mən susuram,
ürəyim səni imdada çağırdı.
11.03.2014
Fikrət QOCA
525-ci qəzet.- 2014.- 12 mart.- S.7.