Sosial siyasət və onun idarəedilməsi mexanizmləri
XX əsrin axırlarında dünyada siyasi, iqtisadi-sosial sahələrdə baş verən qlobal inqilabi dəyişikliklər sonrakı
proseslərə yeni elmi-nəzəri baxışları,
yeni təşkilati-idarəetmə
formalarını, yeni metodologiyaların işlənməsi və tətbiqini zəruri etdi.
Təbii ki, cəmiyyətin iqtisadi-sosial
dəyişməsi və
ona uyğun islahatların fasiləsiz həyata keçirilməsi
mürəkkəb proses
olmaqla yanaşı yeni düşüncə tərzinin formalaşmasının
elmi-nəzəri, metodiki
əsaslarının işlənməsini
və yeni innovativ üsulları zəruri edir.
Dövlətin sosial siyasətinin
formalaşması və
sistemləşdirilməsi əvvəlki
illərə nisbətən
müqayisəedilməz dərəcədə
yeni çalarlar kəsb etmiş dünya standartlarına cavab verə biləcək tələb
və tövsiyələrə,
birgə işləmələrə
qoşulmaq və onları nəzərə
almaq zərurəti ilə bağlıdır.
Eyni zamanda, çox mürəkkəb, çoxşaxəli,
tarixi kökləri olan regional xüsusiyyətlərin
nəzərə alınması
müasir dövrün
həlledici şərtlərindəndir.
Sosial siyasət, o cümlədən əhalinin
yüksək həyat
səviyyəsi insanın
xarakteri və mahiyyəti qədər mürəkkəb olmaqla yanaşı, problem yeni beynəlxalq fon
almış insan amilnin yeni metodoloji
əsaslarla qiymətləndirilməsini
zəruri edib.
Azərbaycan Respublikasının Prezidenti
İ.Əliyev deyib: "İnsan kapitalı inkişaf etmiş ölkələrin
indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına, tətbiqinə görə
inkişaf edirlər.
Biz də bu
yolu seçməliyik".
Sosial bazar iqtisadiyyatında dövlətin
sosial siyasətinin formalaşması perspektivlərinin
müəyyənləşdirilməsi və sistemləşdirilməsi
xüsusi istiqamətverci
rola malikdir. Bununla yanaşı,
Azərbaycanın Ana Yasasında,
vətəndaşların siyasi
hüquqi, sosial-iqtisadi
fəaliyyətlərinin hüquqi
əsasları təsbit
edilib. Bu əsasda sosial mexanizmlərin sistemləşdirilməsi
və idarəedilməsi,
insanların daimi maddi, mənəvi-estetik zövqlərinin, asudə
vaxtlarının elmi əsaslarla uzlaşdırılması
müasir dövrün
tələblərinə cavab
verməlidir. Bu problemin həlli üçün insanların
uşaqlıq, gənclik,
yetkinlik, qocalıq kimi yaş dövrlərinin
ümumi xarakterik, bir-birinə zəmin hazırlayan məsələlərindən
biri mənzil fondunun kəmiyyət- keyfiyyətcə inkişafıdır. Qloballaşan dünyada həyat səviyyəsini yeni göstəricilərlə xarakterizə
etmək üçün
1990-cı ildən başlayaraq
Birləşmiş Millətlər
Təşkilatının təşəbbüsü
ilə "İnsan inkişafı indeksi" adlanan və bunun mühüm göstəricisi olan "doğulandan gözlənilən
ömür uzunlugu"
sosial siyasətin əsas amillərindən biridir. Müstəqillik şəraitində mənzil tikintisi sahəsində uzun illər toplanıb qalan catışmazlıqları
qısa dövr ərzində aradan qaldırmaq mümkün deyil.
Mənzil Fondunun sosial iqtisadi problemlərini xarakterizə edən göstəricilər mahiyyətinə
görə qarşılıqlı
əlaqədə olmaqla,
həm də bir-birini tamamlayır.
Son 15-20 il ərzində
Azərbaycanın sosial
siyasətinin vacib istiqamətlərindən olan
mənzil təsərrüfatının
kəmiyyət və keyfiyyətcə inkişafında
böyük dəyişikliklər
baş verib. Demoqrafik dəyişikliklərə
uyğun olaraq 2012-ci ildə mənzil fondunun 53%-i və ya 85,5
mln.m2 -i şəhər
ailələrinin payına
düşür. Şəhər mənzil fondunun 90%-i kənd mənzil fondunun isə 99%-i qeyri-dövlət mülkiyyətindədir. Azərbaycanda mənzil fondu 4 istiqamətdə formalaşsa
da onların əvvəlki illərə
nisbəti müxtəlifdir
və getdikcə dərinləşir. Mahiyyətcə, sosial-iqtisadi problemlərə
yeni məzmun verən mənzil təsərrüfatının mövcud
vəziyyəti sosial,
yeni fəlsəfi məsələlər irəli
sürür. Belə
ki, əhali sakinliyinin formalaşması
prinsipləri, vahid məkanda əhali coxluğunun yüksəldilməsi
və ya çoxmərtəbəli binaların
tikintisi sürətlə
inkişaf edir. Təbii ki, bu proses sosial
siyasətə tam yeni
məzmun verir və onların idarəedilməsi mexanizmlərinin
təkmilləşdirilməsini tələb edir. Əhali sakinliyinin yeni prinsipləri sosial siyasətin mikro səviyyədə formalaşmasını
vacib edir. Mikro (məhəlli) sosial siyasətin formalaşmasının
başlıca istiqaməti
insanların uşaqlıq,
gənclik dövrünü
əhatə etməli
və ona uyğun infrastruktur yaradılmalıdır.
Problemin sosial-iqtisadi mahiyyəti, yəni insanın bioloji varlıqdan, kamilliyə, ictimai varlığa gedən yolunun, mexanizmlərin düzgün əhatə olunması və sistemləşdirilməsi vacib
şərtlərdəndir.
1993-cü ildə qəbul
edilmiş "Azərbaycan
Respublikasında mənzil
fondunun özəlləşdirilməsi
haqqında" Qanunla
mənzil fondu özəlləşdirildikdən sonra ölkə üzrə mənzil fondunun 94%-ə qədərini
özəl mülkiyyət
təşkil edir. Təhlil və
müşahidələr göstərir
ki, mənzil fondunun sürətli inkişafında yeni mülkiyyətin, yəni dövlət mülkiyyətinin
özəl mülkiyyətə
transfer edilməsi idarəetmə
sisteminin dəyişdirilməsi
və təkmilləşdirilməsi
ilə uyğunluq təşkil etmir. Postsosialist ölkələrində mənzil
idarəçiliyi ilə
bağlı islahatlar təxminən 25 ildir ki, aparılır. Yeni mülkiyyət formalarının inkişafı,
mikro sosial siyasətin elementlərinin
mənzil fondu ilə əlaqəli məsələləri sistemləşdirilməli
və idarəedilmə
subyekti olmalıdır.
Rostsosialist ölkələrində sovet mənzil idarəçiliyi sistemindən
tam imtina edə bilməyiblər və ciddi islahatların aparılmadığı paytaxtda,
şəhər və
rayon mərkəzlərində çoxmənzilli, çoxmərtəbəli
binalarda yaşayan vətəndaşların tələbatları
ödənilməlidir. Bu mənada, mənzil
fondunun kəmiyyət-keyfiyyətcə
inkişafı cəmiyyət
üzvlərinin normal inkişafını
təmin edən ən mühüm amil hesab edilir. Qloballaşan dünyada Azərbaycanın
real sosial-iqtisadi inkişafı,
ona birbaşa, tamamilə adekvat olan keyfiyyətli həyatın yüksəldilməsi
ölkə qarşısında
duran konseptual məsələlərdəndir.
Akif ƏSGƏROV
iqtisad elmləri üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 12 mart.- S.2.