Vətəndaş cəmiyyətinin
möhkəmlənməsi naminə: Milli
QHT Forumunun fəaliyyət yolu
(Əvvəli ötən sayımızda)
2003-cü
il QHT-lər
üçün gərgin
başladı. Çünki 2002-ci ilin sonunda qanunvericiliyə
edilmiş dəyişikliyə
əsasən QHT-lərin
yeganə maliyyə mənbəyi olan qrant vəsaitləri məcburi sosial sığortaya cəlb edildi. 2003-cü ilin yanvarın 13-də MQF
bu dəyişikliyi aradan qaldırmaq üçün hökumət
rəsmiləri ilə
görüşlər keçirməyə
və danışıqlar
aparmağa başladı.
Danışıqların səmərə vermədiyini görən
QHT-lər 22 yanvarda etiraz əlaməti olaraq piket-mitinq keçirdilər. Piketdə "Qrant haqqında" qanuna edilən düzəlişlərin və
QHT haqqında qanunun
30-cu maddəsinin ləğv
olunmasının tətbiqinin
dayandırılması tələbi
irəli sürüldü.
Lakin az zonra hökumət rəsmiləri ilə keçirilən təkrar
müzakirələr zamanı
düzəlişin tam ləğvi
mümkün olmasa da 2003-cü il
yanvarın 1-dək barəsində
müvafiq qərarlar qəbul edilmiş qrantlara 29 faizlik məcburi sosial ödəmələrin tətbiq
edilməməsi haqqında
razılıq əldə
olundu.
Bu ərəfədə qanunvericiliyə ediləcək
daha bir mənfi dəyişikliyin
qarşısı alındı. Qrant haqqında qanuna təklif edilən dəyişikliyə görə
xarici donorlardan alınan qrantlar üzrə maliyyə əməliyyatı yalnız
Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra aparıla bilərdi. Bir növ icazəli
sistemin tətbiqinə
bənzər belə bir dəyişikliyin keçməməsi üçün
hökumətə etdiyimiz
müraciət öz bəhrəsini verdi
və bu müddəa sadəcə
olaraq imzalanan qrant müqaviləsi haqqında məlumat verməklə məhdudlaşdırıldı.
2006-cı ildə də Dövlət Sosial Müdafiə Fondu ilə yaşanan bənzər problemin və anlaşılmazlığın qarşısı dialoq vasitəsilə alındı.
2003-cü
il Milli
QHT Forumu üçün
ən çətin illərdən biri oldu. Həmin il Forumun
əsas donor təşkilatı
olan BMTİP QRTM-in fəaliyyəti
başa çatdı.
Müxtəlif beynəlxalq təşkilatlar
tərəfindən verilən
vədlərə və
gözləntilərə baxmayaraq
MQF sözün əsl
mənasında hər
cür maddi və texniki dəstəkdən məhrum
oldu. Bu azmış
kimi, MQF növbəti
dəfə ofis problemi ilə üzləşərək yerləşdiyi
"Azərbaycan" hotelindən
çıxarıldı.
Bütün bunlar Forumun fəaliyyətinin dayandıracağı
və qısa müddət ərzində
bir koalisiya olaraq dağılacağı
barədə söz-söhbətlərə
yol açdı. Yaranmış vəziyyət MQF-nin strukturlarının zəifləməsinə
və əmək haqqı almayan əməkdaşların bir
çoxunun Forumu tərk etmələrinə
səbəb oldu.
Həqiqətən də belə
bir fövqəladə
vəziyyətə hazır
olmayan Forumun rəhbərliyi təcili qərarlar qəbul etməli və nəyin bahasına olursa-olsun təşkilatı
dağılmaqdan xilas
etməliydi.
Bu vəziyyətdən çıxmaq
və vəsait əldə etmək məqsədilə Forumun idarə heyəti ilk dəfə olaraq təşkilatların üzvlük
və daxil olma haqqı ödəmələri haqqında
qərar qəbul etdi. Bu qərar
həm də Forumun ictimai sektor üçün gərəkliyini və
QHT-lər tərəfindən
ona verilən önəmin dərəcəsini
müəyyənləşdirmək baxımından da bir sınaq idi.
Gözlənilən ümidlər özünü doğrultdu
və MQF öz üzvlərinin tam dəstəyini
qazandı. Bununla da məhdud
həcmdə olsa da daxil olan
üzvlük haqqı
və ianələr hesabına Forum fəaliyyətini
davam etdirə, dağılmaq təhlükəsinin
qarşısını ala bildi.
Hətta
üzvlər həmin
ərəfədə keçirilən
qurultay və tədbirlərin də xərclərini öz üzərlərinə götürərək
MQF-ni yaşatdılar.
Qürurverici hal ondan ibarət idi ki, belə
çətin vəziyyətdə təşkilatlar
nəinki Forumu tərk etmədilər, əksinə onlarla QHT daxil olma və
üzvlük haqqı
ödəyərək sıralarımızı
daha da genişləndirdilər.
Bir gündə olsun fəaliyyətini dayandırmayan və ciddi bir təhlükəni
adladan MQF-yə donorlar bir il sonra yenidən dəstək verməyə başladılar.
QHT-lərin inkişafı üzrə
Dövlət Proqramı
Məlum olduğu kimi 2002-ci ildə Azərbaycanda QHT-lərin inkişafı üçün mövcud şərait özəl sektor və mətbuat üçün yaradılmış şəraitdən xeyli geri qalırdı. Bu isə QHT sektorunun zəif olmasına və qarşısına qoyduğu missiyanı lazımi səviyyədə yerinə yetirə bilməməsinə səbəb olurdu. QHT-lərin üzləşdiyi çətinlik və problemlər çoxşaxəli olduğundan onları aradan qaldırmaq üçün dövlət səviyyəsində konkret addımların atılmasına ciddi ehtiyac vardı. Məhz elə bu səbəbdən MQF "QHT-lərin inkişafı üzrə dövlət proqramı" layihəsini hazırlayıb hökumətə təqdim etdi. QHT-lərin dövlət büdcəsindən maliyyələşməsi, qanunvericiliyin təkmilləşməsi, QHT-lərin milli proqram və layihələrə yaxından cəlb edilməsi, Prezidentin yanında QHT-lərlə bağlı bir qurumun yaradılması və s. kimi təklifləri özündə əks etdirən layihəyə 11 nazirlik və komitə tərəfindən verilən rəyin hamısı müsbət olmadığından onun qəbulu mümkün olmadı.
2004-cü ildə MQF bu məsələyə yenidən qayıtdı və proqramda nəzərdə tutulan müddəaları müxtəlif hissələrə bölərək "QHT Sektorunun Problemləri və İnkişaf Perspektivləri" adı altında yenidən ictimai müzakirəyə təqdim etdi. QHT-lərin 6 ən mühüm problemini özündə əks etdirən bu layihə QHT sektorunu xeyli canlandırdı və hökumətlə müzakirələr yenidən bərpa edildi. İctimai sektorun maraqlarının lobbiləşdirilməsi, QHT-hökumət münasibətləri, QHT-özəl sektor münasibətləri, QHT sektorunun davamlılığı, QHT-lərin monitorinq imkanlarının artırılması, QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi başlığı altında keçən müzakirələr çox məhsuldar oldu və gələcək addımlar barədə hökumətdə konkret rəy formalaşdırdı.
Sonrakı illərdə də QHT-lərə dövlət dəstəyi məsələsi müxtəlif hökumət qurumları səviyyəsində müzakirə edildi və nəhayət, uzun müddət səbirsizliklə gözlənilən an gəldi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası haqqında" sərəncam və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası"nın yaradılması haqqında fərman imzaladı. Cənab Prezidentin bu qərarı təkcə QHT sektorunun yox, bütövlükdə dövlətin, vətəndaş cəmiyyətinin və demokratik islahatların çox böyük bir uğuru kimi tarixə düşdü.
Könüllülük, üzvlərin bərabərliyi, kollegiallıq, demokratiya, aşkarlıq, qanunçuluq, neytrallıq, qarşılıqlı əməkdaşlıq, üzv təşkilatların daxili işlərinə qarışmamaq prinsipləri əsasında fəaliyyətini quran Milli QHT Forumu Azərbaycanda faktiki fəaliyyət göstərən milli QHT-lərin əksəriyyətini rəsmi üzv kimi öz ətrafında birləşdirir. Bütövlükdə isə rayon QHT-ləri və mərkəzi təşkilatların filialları ilə birlikdə MQF ölkə üzrə minlərlə QHT-nin fəaliyyətini əlaqələndirir. Dünya QHT Assosiasiyasının (WANGO) üzvü olan MQF QHT-lər üçün koordinasiya və əməkdaşlıq baxımından əhəmiyyətli rol oynadığını dəfələrlə nümayiş etdirmiş, dövlət, beynəlxalq təşkilat və bələdiyyə qurumlarının etibarlı portnyoruna çevrilib.
Həqiqətən də QHT sektoru və onun önündə gedən Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu çox maraqlı və çətin bir inkişaf yolu keçib. Həqiqətən də bu çətin yolda MQF milli, demokratik dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin yaradılmasında bilavasitə və yaxından iştirak edib.
AQİL
525-ci qəzet.- 2014.- 13 mart.- S.6.