Anara məktub
Əqidən tər-təmiz, çeşmətək
duru,
Məramın - "Vətəni sev,
yaşat, qoru!"
Ey müdrik atanın oğul söhrəti,
Ey müdrik ananın oğul qüruru!
Enişli,
yoxuşlu yollar keçmişik,
Bəzən su yerinə zəhər içmişik;
Sonuncu Yazarlar Qurultayında
Biz səni təzədən
sədr seçmişik.
Kömək istəyərək göy
qübbəsindən,
Təsəlli alsaq da azan səsindən,
Çoxdur "pay" umanlar "Beşmərtəbəli
ev..."lərin
"altıncı mərtəbəsindən".
"Anlamaq..." çarəmi
dağ boyda dərdə?
Gah Mirzə Cəlilsən, gah Qorqud Dədə;
Cərgəyə düzülsə bütün
Anarlar,
Yoxdur ehtiyacın
təxəllüsə də.
Gerçək nağılların "Ağ
qoç. Qara qoç",
El-oba söyləyib
cəsurlara - qoç.
Torpağa məhəbbət, sənətə
qiymət -
Qəlbində əbədi yuva salan borc.
Göyçay mənzərəli, Gəncə
gözəldir,
Sevdiyin çiçəklər incə,
gözəldir;
Bir antik şairin şah əsərini
Tərcümə etməyin necə
gözəldir!
Görürük qızaran, bozaran üzlər,
Hələ cəzasızdır qonşu acgözlər.
Qılıncdan sərt olub daşnakpərəstə
Bir vaxt Kremldə dediyin sözlər.
Bir yanda qar, boran. Bir yanda
bürkü.
Təbiət təzadlar sərgisidir ki?!
Qələm inciməsin - qəlyan
çəkirsən
Qayğı qatarının artdıqca
yükü.
Dost gərək dost ilə çörək, qəm bölə,
Ürəkdən kövrələ, ürəkdən
gülə!
Qabilə
qoşduğun rübai
yəqin
Ömər Xəyyamın da
xoşuna gələr...
Əqidən tər-təmiz, çeşmətək
duru,
Məramın - "Vətəni sev,
yaşat, qoru!"
Ey müdrik atanın oğul söhrəti,
Ey müdrik ananın oğul qüruru!
Oqtay RZA,
Əməkdar müəllim
525-ci qəzet.-
2014.- 14 mart.- S.7.