Salyanda Təhsilin inkişafı üzrə
Dövlət Strategiyası müzakirə olundu
Salyan
şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı
ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan istiqamət və hədəflərin müzakirəsinə
həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə Təhsil
Nazirliyinin vəktəbəqədər və ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov, insan
reursları şöbəsinin müdiri Fərzəli Qədirov,
informasiya şöbəsinin müdir müavini, QHT və
KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov,
Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı,
Sabirabad və Hacıqabul rayon təhsil şöbələrinin
müdirləri, məktəb direktorları, müəllimlər
və media nümayəndələri iştirak ediblər.
Dəyirmi masa iştirakçıları Dövlət
Strategiyası çərçivəsində təhsilin
inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi
barədə fikirlərini nəzərə
çatdırıblar. Dövlət Strategiyasında nəzərdə tutulan müddəaların
uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin
əhəmiyyəti qeyd olunub, pedaqoji sahədə
çalışanların müvafiq islahatlara hazır
olmasının zəruriliyi vurğulanıb.
"Müəllim hazırlığı sisteminə tam
yeni yanaşma gözlənilir. Yeni yanaşmaya görə
müəllim hazırlığı kurikulumları tamamilə
dəyişəcək". Bu sözləri
jurnalistlərə açıqlamasında Fərzəli Qədirov
deyib. O bildirib ki, hazırlanacaq yeni kurikulumlar yeni tələblərə
uyğun formada tətbiq olunacaq, müəllim
hazırlığı sistemində internatura modeli tətbiq
olunacaq. Keçirilən təlimlərin əsas
üstünlüyü odur ki, müəllimləri
ixtisasartırma mərkəzlərinə paytaxta gətirmirik,
onlar üçün yerlərdə təlimlər təşkil
edirik. Gələcəkdə ixtisaslar
üzrə mərkəzlər yaradılacaq. Təlimçi statusu qazanan müəllimlər məhz
həmin məktəblərdə digər müəllimlərlə
təlimlər keçsinlər və onların fəaliyyəti
stimullaşdırılsın. F.Qədirov
vurğulayıb ki, Təhsil Nazirliyi direktorların
seçilib yerləşdirilməsi ilə bağlı yeni
yanaşma əsasında yeni yanaşma tətbiq edib. Onun sözlərinə görə, artıq bəzi
direktor qrupları həmin yanaşma ilə bağlı təlimlər
keçirirlər. Son mərhələdə
isə onlar müsabiqədən keçəcəklər.
O, qeyd edib ki, hazırda bu sistem yalnız Bakı şəhəri
üzrə tətbiq olunur. Yaxın gələcəkdə regionlarda da
direktorların yeni sistemlə seçilib yerləşdirilməsinə
başlanılacaq. Bu il müəllimlərin
işə qəbulu prosesində Təhsil Nazirliyi tərəfindən
edilən dəyişikliklərdən biri müsabiqəyə
başlamamışdan əvvəl iyun ayında bütün
vakansiyalar ancaq yerdəyişmə formasında elan olunacaq. Yəni, yerini dəyişmək istəyən müəllimlər
elektron qaydada öz seçimlərini bizə göndərəcəklər.
F.Qədirov qeyd edib ki, bir yerə bir neçə
müəllim müraciət edərsə onlar üzərində
konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq.
Həmin meyarları da açıqlayıb: "Əlbəttə
bu meyarlar onların elektron ərizələrində göstəriləcək.
Onlar həmin meyarlara uyğun elektron ərizələrini
dolduracaqlar. Təbii ki, meyarlar müəllimlərin təhsil
səviyyəsi, sertifikatları, yaşayış yerinə
daha yaxınlığı və s. ibarətdir".
F.Qədirov müəllim və idarəetmə ilə
bağlı məsələlərə toxunub. Azərbaycanda müəllimlərlə
bağlı problem var. Onun sözlərinə görə,
hazırda təhsil sisteminin kadr təminatı, müəllim
hazırlığı sahəsində nöqsanların olması
hər kəsə məlumdur: "Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyasında bu
məsələlərin aradan qaldırılması
üçün müəyyən məsələlər əks
olunub və zamanla müəyyən işlər həyata
keçiriləcək. Strategiyada müəllim
tərkibinin keyfiyyətinin
yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin
artırılması ilə bağlı işlər öz əksini
tapıb. Strategiyaya əsasən ölkədə
müəllimlərin sertifikasiya, attestasiyası nəzərdə
tutulub. İndiyə kimi sistemli şəkildə bu
iş aparılmayıb və təcrübə yoxdur. Təhsil Nazirliyi hazırda müəllimlərin sertifikasiya
üzrə mexanizm hazırlayır. Dünya
təcrübəsinə uyğun olaraq ilkin mərhələdə
bütün müəllimlərin fəaliyyəti qiymətləndiriləcək.
Ona görə ki, biz ilk növbədə harada,
hansı vəziyyət və səviyyədə olduğumuzu
bilməliyik". F. Qədirov bildirib ki, bu qiymətləndirmədən
sonra müəyyən təlim proqramları işlənəcək
və müəllimlər təlimlərdən keçiləcək:
"Bu da müəllimlərin çatışmayan cəhətləri
aradan qaldırmağa xidmət edəcək. Növbəti
bir qiymətləndirmə isə əvvəlkindən bir qədər
fərqli və daha ciddi olacaq. Bunun nəticəsinə
görə müəllimlərin differensial əmək
haqqı sisteminə keçid mümkün olacaq. Bunun nəticəsində yüksək nəticə
göstərən müəllimlərin əmək haqqı
artırılacaq. Bu qiymətləndirmədən
keçməyən və ya aşağı nəticə
göstərənlərə şans verilir ki, öz
bacarıq və biliklərini artırsın. Növbəti illərdə onlar yenidən
yoxlamadan-qiymətləndirmədən keçə bilərlər.
Növbəti 3 il ərzində müəllim
qiymətləndirmədən keçməsə onun əmək
haqqı artırılmır və bu, onun gələcək fəaliyyəti
ilə sualların yaranmasına və müəyyən qərarların
qəbuluna şərait yaradır. Növbəti qiymətləndirmə
mərhələsində yenidən iştirak etmək istəyən
və daha uğurlu nəticə göstərən müəllimlər
"Müəllimlərin müəllimi", "Baş
müəllim", "Peşəkar müəllim" kimi dərəcələrin
verilməsi nəzərdə tutulur.
Onun
sözlərinə görə, bu səviyyəyə
çatandan sonra müəllimlər daha yüksək əmək
haqqı alacaqlar: "Bir sözlə, Azərbaycan bu məsələ
ilə bağlı öz modelini və formasını
seçəcək. Lakin müəllim indidən
bilməlidir ki, onu gələcəkdə nə gözləyir.
Gələcəkdə bu meyarlara cavab verməyən
müəllimlər məktəblərdə işləyə
bilməyəcəklər. Bunu zaman, Azərbaycanın
inkişafı və dünya ölkələri ilə
müqayisədə mövcud olan rəqabət tələb
edir".
Artıq tətbiq olunacaq təlimlər sayəsində
bütün müəllimlərin fəaliyyəti qiymətləndiriləcək. Keçiriləcək
birgə təlim proqramları işlənəcək və
mövcud problemlər müzakirə olunacaq. Müəllimlərin gələcək inkişaf mərhələləri
ilə əlaqədar olaraq, artıq müəllimlər
arasında 3 sistem tətbiq olunacaq. Müəllim peşəsinin
artırılması onların fəaliyyətinin genişləndirilməsi , əməkhaqqının
artırılması, müəllim əməyinin
stimullaşdırılması.
Stimullaşdırma ilə bağlı ucqar kəndlərdə
bu yönlü tədbirlər aparılacaq müəllimlərin
fəaliyyəti stimullaşdırılacaq. Onun sözlərinə
görə, Təhsil Nazirliyi Azərbaycanda müəllim
hazırlığı sistemini tam dəyişmək qərarındadır:
"Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirən tələbə
nəyə görə kurikulumu bilməməlidir? Bu sistem Azərbaycanda artıq 6 ildir tətbiq olunur.
O baxımdan nəzərdə tutulur ki, müəllim
hazırlığı tam dəyişməlidir. Belə ki, müəllim hazırlığı sistemində
atılacaq ilk addım 4 illik bakalavr təhsilinin sonuncu 1 ilində
internaturanın tətbiq olunması olacaq. Ali
təhsilin son 1 ilində tələbə bilavasitə məktəbdə
işləyərək, praktik bacarıqlara yiyələnməli,
sonra dərs deməlidir. Yalnız o zaman peşəkar
müəllim keyfiyyətlərinə malik ola
bilər". Həmin
müəllimlərə internatura modeli tətbiq olunacaq.
İnternatura modelini keçən müəllimlərə
həvəsləndirici təlimlər tətbiq olunacaq. Artıq müəllimlər təyinatla göndərilməsi
məcburi olaraq tətbiq olunacaq. Növbəti
qiymətləndirmələrə görə, müəllimlərin
differensial əmək haqlarına keçid olacaq. Bu qiymətləndirmədən keçməyən
müəllimlərə növbəti 3 ildə öz fəaliyyətlərini
genişləndirmək imkan verilməyəcək.
Bu ildən müəllimlərin işə qəbulunda
yeni mexanizm tətbiq olunacaq "Kəndə aparan yol layihəsi"
çərçivəsində işə başlayan müəllimlər
fəaliyyətini davam etdirirlər. Salyan rayonunda bu layihə
çərçivəsində işə başlayan müəllimlərin
sayı təxminən 10-a yaxındır. Müəllimlərin
kənd yerlərində işə başlamaları ilə əlaqədar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən
hökumətin də qərarı ilə bu proqram geniş əhatə
edir. 2013-2014 -cü il tədris ilində
2527 müəllim məhz bu proqram çərçivəsində
həvəsləndirmə tədbirləri tətbiq etməklə
fəaliyyətlərini davam etdirirlər. Bu
layihə geniş çərçivələri proqram layihəsidir.
Təhsil Nazirliyi gələcəkdə də
bu proqram çərçivəsində müvafiq addımlar
atacaq. Müəllimlərin hazırlıq
səviyyəsi ilə bağlı müəllimlərin
peşəkarlıq fəaliyyətinin artırılması ilə
əlaqədardır. Müəllim
hazırlığı sisteminə tam yeni yanaşma gözlənilir.
Yeni yanaşmaya görə müəllim
hazırlığı kurikulumları tamamilə dəyişəcək.
Hazırlanacaq yeni kurikulumlar yeni tələblərə
uyğun formada tətbiq olunacaq. Müəllim
hazırlığı sistemində internatura modeli tətbiq
olunacaq.
Məktəbəqədər
və ümumi təhsil şöbəsinin müdiri Aydın
Əhmədov bu sözləri jurnalistlərə
açıqlamasında bildirib: "Məktəbəqədər
təhsilin inkişafı ilə bağlı kurikulumların 5
yaşlı uşaqların məktəbə hazırlıq
proqramı tətbiq olunacaq. Burada
uşaqların məktəbə psixoloji metodik
hazırlığı tətbiq olunacaq. İstedadlı
uşaqlarla bağlı Dövlət Proqramının tətbiqinə
dair yeni sənədin hazırlanması nəzərdə
tutulur. Məktəbəqədər
hazırlıqla bağlı səriştəli valideyn
proqramı hazırlanacaq. Bu proqramların
həyata keçirilməsində əsas məqsəd
valideynləri şəxsiyyətyönümlü
uşaqların yetişdirilməsi məqsədilə
onları maarifləndirməkdir.
Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb".
Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalistin Salyana səfəri zamanı bu şəhərdəki ümumtəhsil müəssisələrində çalışan ən yaxşı müəllimlərin tədris etdikləri "Açıq dərs"lər izlənilib. Açıq dərslər 1, 4, 7 saylı məktəblərdə tarix, riyaziyyat, biologiya fənləri üzrə keçirilib.
Həmçinin Neftçala rayonunda yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib, onun ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin düşüncə və fikirləri maraqla qarşılanıb.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 14 mart.- S.2.