Bağlama bu qapını
Bağlama bu qapını,
Açsan, ürək kimi aç.
Xəbərin var xəbərdən,
Damla dəryaya
möhtac.
Səni
də darıxdıran,
Özgə qapıdı indi.
Dərdliyə əl uzadan,
Əl bilirsən
kimindi?
Susmaq, yenə də susmaq...
Baş aparma hər işə.
Bulud quraq suala,
Cavab tapır həmişə...
Kimin kimə borcu var,
Soruşsan susar hamı.
Ümidi
dən cücərdən,
Fikrə çəkir adamı.
Göz yaşının sirrini,
Yazan yazıb
alnıma.
Bu sözümdən incimə,
Bu sözümdən alınma.
Xəbərin var xəbərdən,
Damla dəryaya
möhtac.
Bağlama bu qapını,
Açsan, ürək kimi
aç...
2014
Yoxsa...
O qədər kədərə
könül vermişik,
Sevinc gələndə də çaşırıq, düzü...
Gah doymuş qaranlıq, gah da ac işıq,
Gülüb addımbaşı aldadır
bizi.
Amma, aramızda bahar çağrışı,
Açır çiçəyini çəmən
döşündə.
Di gəl ki, həsrətin
fürsət ovçusu,
Bəhanə cücərdir hələ
işində.
Görüşdən qaçmağa yoxdu fikrimiz,
Yorulmur havada körpə qanadı,
Yoxsa könlümüzdə sevgi
darıxdı,
Görən bu sevdanın yolu haradı?...
2014
Gözləri yol çəkən
qadın...
Gözləri yol çəkən
qadın,
Ömür kimi gözlə məni.
Sən sevdiyin dərd gerçəkdi,
Xəyalında gizlə məni.
Varam, yoxam, nə bilirsən
Gecə-gündüz içindəyəm.
Dərd
becərən zəmiçiyəm,
Sünbül-sünbül biçindəyəm.
Yerin-göyün bəxti yeyin,
Hər fəslinə
dən daşıyır.
Cığırınla eşqə gəldim,
Gördüm qəlbin qəm daşıyır.
Durub hara baxım daha,
Pıçıltıya, səsə gəldim.
Sən gözləyən yol uzundu,
Mən qəlbimlə
kəsə gəldim.
Xoşbəxt olmaq nağıldımı?
Onu bircə
bilən bilir.
Kölgəsi sözə əyilən,
Sevdasını güllə bilir.
...Gözləri yol çəkən qadın,
Ömür kimi gözlə məni.
Sən sevdiyin dərd gerçəkdi,
Xəyalında gizlə məni.
2014
Dağda
doğulmuşuq...
Səni darıxdırır burda yaşamaq?
Bir dağ cığırında-dar cığırında.
Görünməz yolların qərib
ünvanı...
Amma buludların rəqsi başlasa,
Evimin divarı
əsməz qorxudan.
Qoca palıda bax, meydanı meydan...
Şimşəklə dilləşir boyu-buxunu,
İnanma,
falçılar çətin
ki, yozsun
Palıd gecəsinə çökən
yuxunu.
Götürməz bir kimsə dağ tənəsini,
Düşməz bir çiçək də dibçək toruna.
Başlasa yağışın hayı-həşiri,
Bənövşə qorxudan çətin udquna.
Dağların üzünə üz
tutar günəş,
Dağların hirsini unudar günəş,
Beləcə, əl tutar bu yer də,
göy də,
Kimdi bu havada oturan
evdə?...
Tənha
damlalar da enər çaylara,
Bu dağlar paklığı
daşıyır hara?
Deyəsən, sənin də
eynin açıldı,
Fikrində dağlara sevgi saçıldı.
Ayrılıq havası yox içimizdə,
Dağda
doğulmuşuq ta ikimiz də...
2014
Səbrim
səbrə gəlincə...
Bu da səbrin oyunu,
Yol çəkir
gözü yolda.
Yenə
sabah fürsəti,
Saxladı sözü yolda...
Adam durub neyləsin,
İndi dağal adama.
Bəla
da göydən gəlir,
Görən mağıl adama?
Gözləməkdən yorulub
Gözləməyən saat da.
Yaman davakar olub,
Deyən, səbrim həyatda.
Amma ki, bu davadan,
Cücərməz bircə söz də.
Səbrim
səbrə gəlincə,
Gözlə, a bala, gözlə.
2014
Yuxu kimi...
Sən yuxuda qaçırsan,
Mən yuxulu misrada.
Niyə
bizi tapıbdı,
Yolu itirmiş
ada?
Görən haraya əsir,
Bilən varmı küləklər?
Yadından çıxarıbdı,
Səni sevdiyin şəhər.
Mənim
də ağ
vərəqdə,
Bəyaz yuxum uçunur.
İndi
hansı divarı
Kölgə kimi uçurur?
Amma ki, aramızda,
Enib-qalxır qanadlar.
Hardasa
lap yaxında,
Röyalarla danışan,
Oyanacaq kədər var...
2014
Uçdu
bu evcik...
Uçdu,
uçdu bu evcik,
Axır, səndə oyandım.
Yol ayrıcı yol deyil,
Hansı tində dayandın?
Gördün, hamını gördün,
Sözün yalanı kimi.
Üzün üzlərdə itdi,
Yerdə qalanı kimin?
Qarışdın lil sulara,
Durulunca
zaman yox...
Boğulursan, ay aman
Əl uzadan saman yox.
Xaraba xatirəndə,
Günlərmi dönür geri?
Dar ağacı bilirsən,
Unutduğun bu yeri.
Bəlkə də heç özündən,
Xəbərin yoxdu hələ.
Günahınla yaşayıb,
Susursan kədərinlə...
2014
Əllərimlə danışdım
Tutdum, əlindən tutdum
Yum, nə olar, gözünü.
Deməyə söz tapmadım,
Əllərimlə danışdım,
Ürəyimin sözünü...
2014
Darıxmır...
Yenə
darıxdım, yenə
Bu dalanda, bu tində.
Yolumdan kölgə keçir...
Nə gündəyəm, nə gündə...
Nə ağacla, nə quşla,
Dərdləşməyə halım yox.
Durnalara
qoşulan,
Göylərə sualım yox.
Baxışların yalanı,
Bilmir kimi aldada.
Bəxtin
milyon dərdinin,
Biri də düşmür yada...
Qeybət
toruna düşüb,
Burda yaxşı,
yaman da.
Sözün gözləri dolub,
Çiyin çəkir zaman da.
Amma fikrim uzaqda,
Görüşlüdü hər vədə.
Darıxmır yad adamın,
Doğma
təbəssümündə...
2014
Dəniz
ayrılığım yox...
Yaxasından qopmuşam,
Deyən zəli azarın.
Bu gün sevinc buludlu,
Yağışı narın-narın.
Hardan doğur
səadət?
Unut, hər
şeyi, unut.
İndi
dinclik axtarır,
Sinəmdə şıltaq sükut.
Dənizlə qol-boyunam,
Ərköyün dalğası-mən.
Amma qopa bilmirəm,
Xatirə sahilindən.
Çox
ləpəsiz çayların,
Görmüşəm qəzəbini.
Mən burda səbirliyəm,
Nə yaxşı
dəniz kimi.
Fikirdən ayılmışam,
Ayla cütləşib
axşam.
Dəniz
ayrılığım yox,
Sahili pozulmayan,
Bir izə sığınmışam.
2014
Evimiz nəfəs alır
Gəlir,
nəfəsin gəlir
Şükür, şükür, çox şükür.
Sənin
ucaltdığın ev,
Xaraba könül
sökür.
Abad olmaq asanmı,
Dincliyin
yox bircə gün...
Bu bağ, bağça, bu eyvan...
Yanılmayan şöhrətin...
Əlin
iş-güc cücərdir,
Sual da tapmaq çətin.
Adamı
utandırır,
Qarışqa xasiyyətin.
Yolların öz yolunda,
Ehmalca əl eyləyir.
Nənəlik gözü yolda,
Çatdımı gör neyləyir.
Mehribandı günlərim,
Süfrəsi hər tikədə.
Əlin-qolun var olsun,
Evimiz nəfəs alır,
Nəfəslidi kölgə də...
2014
Göyün əlindən tutub
Uşaqlıq yaddaşımda,
Göylər çiçək bitirib.
Yorulmuş çərpələngi,
Dumandamı itirib?
Cığırların yaşı da,
Xəbər gəzir uzaqda.
Kölgəmə bax, bəxtəvər
Güzgülənir bulaqda.
Tale falından qaçıb,
Baxım qaya alnına.
İndi
hansı yazını,
Haraylayım yanıma?
Daha əlimi sıxan,
O əllərin tayı yox.
Uçmuş xəyallarımın,
Ucalan sarayı
yox.
Dağ havası doydurar,
Tənginəfəs bəxtimi.
Özümlə barışmağa,
Durum çağırım kimi?
Burda hər şey sökülüb,
Uşağa bax, uşağa...
Gözünü dikib göyə.
Göyün əlindən tutub,
Burda darıxdım deyə...
2014
Hər kəs uça yuvasına
Arxayın olma heç kimə,
Kölgə tutma özünə də.
Uman yerdən küsmə daha,
Göz-qulaq ol sözünə də.
Baş qarışıb yad havaya,
Yad havanın
oyununda.
İndi kimi kim yeyəcək,
Göz-gözədi qurd, qoyun da.
Boz adamlar, toz adamlar
Dərəbəylik baş aparır.
Qorxum uşaq yaşındadı,
Gözlərimi yaş aparır.
Arı susub...Çəməni yox
Qışqırıqçı balçıya bax.
Könül sevda həsrətində,
Könül düzən falçıya bax.
Yol uzandı burda deyən,
Yolçu istər kəsə gedə.
Dünya gələ bir özünə,
Nəsə gələ, nəsə gedə.
Hər kəs uça yuvasına,
Sevdasını hörə adam.
Cəhənnəmdə zülüm çoxdu,
Cənnətini görə adam.
2014
İnqilab İsaq
525-ci qəzet.-
2014.- 15 mart.- S.29.