Con F.Kennedi: "Mərdliyin
profilləri"
İngiliscədən
Telman Orucov tərcümə edib
Sem Hyuston
“...Mən
xain adlandırılmağımı unuda bilərəm”
1854-cü ildə səhər şəfəqinin ilk
şüaları Senatın pis işıqlanmış
zalına, axırıncı çıxış edən
özünü tanıtmaq üçün ayağa qalxanda,
düşdü. Arıq, əldən düşmüş
və üzü qırxılmamış Senatorlar
bütün gecə davam edən sərt sessiyadan sonra öz
kürsülərində “səs vermə, səs vermə” deyə
artıq qəbul edilməsinə tam əmin olduqları qanun
layihəsi barədə danışacaq istənilən
növbəti natiqi ruhdan salmaq ümidi ilə
mızıldanırdılar. Lakin Texasdan olan Senator, San
Xasinto (Meksika müharibəsinin mühüm döyüşlərindən
biri – tərcüməçi) qəhrəmanı Sem Hyuston bu
aşıb-daşan qəribəliklərdən elə də
asanlıqla ruhdan düşmədi və özünün dərin,
musiqili səsi ilə, qüdrətli mesajının
cilalanmamış, ancaq cəsur sözlərini öz təəccüblənən
kolleqalarına çatdırdı, onlar səfeh stuporda titrəyirdilər,
bu, onların yorulmuş beyinlərini gücdən
salmışdı və yerlərində yuxarı
dartınıb, diqqətlə qulaq asan kimi oturmuşdular.
Acı və
taqətdən salan bir debatının başa
çatdığı qanun layihəsi “Kanzas-Nebraska Billi”
adı ilə tanınırdı, bu Demokratik partiyanın yeni
“birləşmə” icadı və Cənuba ən
axırıncı güzəşt idi. Bu, 1820-ci ilin Missuri
Kompromisini ləğv edirdi və quldarlığın
genişləndirilməsinə yol açırdı, 1850-ci il kompromissində bunu həll etmək kimi
düşünülürdü. Bu Ayovadan Rokkilərə
qədər olan geniş ərazidə məskunlara icazə
verirdi ki, quldarlıq məsələsini özləri həll
etsinlər, ərazinin Şimal hissəsinin azad olaraq qalmasını
və Cənub hissəsinin qul zonası olmasını nəzərdə
tuturdu. Demokratlar və cənublular
üçün qanun layihəsi qanuna “çevrilməli idi”.
Sem Hyuston uzun müddətdən bəri Demokrat idi. Və Sem
Hyuston doğumuna, məskunlaşmasına,
loyallığına və fəlsəfəsinə görə
cənublu idi. Ancaq Sem Hyuston həm də Sem Hyuston idi, nə
vaxtsa Senat zalına daxil olmuş ən müstəqil, unikal,
populyar, qüdrətli və dramatik fərdlərdən biri
idi. Texasdan ilk Senator olmaqla, onun adı hələ
çox-çox əvvəl mübarizə aparan və
bütöv şəxsi heyətə malik olmayan Texas
könüllülərinin Baş komandanı kimi dillərdə
gəzən bir söz idi. O, bütöv Meksika ordusunu San
Xasintoda qaçmağa məcbur etmişdi, onların
generalını əsir götürmüşdü və
müstəqil Texas dövlətini qurmuşdu. O, Texas Müstəqil
Respublikasının ilk Prezidenti elan edilmişdi, onun Konqressinin
üzvü və Texas bir ştat kimi Birliyə daxil
olmamışdan əvvəl yenidən Prezidenti olmuşdu. Ona altmış dörd yaşı çətinliklə
vermək olardı, nə sektsiyaya, nə də partiyaya
bağlılığı onun dodaqlarına möhür vura
bilməzdi.
Sem Hyuston Tennessidən olan gənc Konqressmen kimi 1820-ci ildə
dəstəklədiyi Missuri Kompromissinə Şimalla Cənub
arasındakı təntənəli və müqəddəs
bir birləşdirici maddə kimi baxırdı,
Konstitusiyanın bir hissəsinin effekti əsasında Texas
Birliyə daxil olmuşdu. O, 1850-ci il kompromissini də kənara
tullamağa hazır deyildi, Texasın alov udanlarının
(fokusçularının – tərcüməçi)
düşmənçiliyinə baxmayaraq, onu müdafiə
etmişdi, onlar isə Hyustonun səs verməsini Texasa edilən
“ən lənətlənmiş təhqir” adlandırdılar. Sərt, sadə, lakin ciddi natiqliyə malik olmaqla, o,
milləti quldarlıq məsələsi üstündə yeni
bir təşviqat burulğanına salmaq istəmirdi.
Sem Hyuston bilməli idi ki, qanun layihəsi qəbul ediləcəkdir,
o, bilməli idi ki, heç bir Cənub demokratı ona qoşulmayacaqdır,
o, bilməli idi ki, onun mövqeyi barədəki səs-küy əvvəlki
həftədən yayılmışdır. Riçmondun
“Enquirer” qəzeti onun seçiciləri üçün elan
etmişdi ki, “heç nə onun xəyanətinə haqq
qazandıra bilməz; heç bir şey satqını onun xəta
xəttinin layiq olduğu dərin lənətlənmədən
xilas edə bilməz”. Lakin dik dayanıb o, çənəsini
qabağa verdi, əgər onun hərbi plaşı və puma
dərisindən olan jiletinin ekssentrikliyi (bəzi vaxtlarda o, iri
sombreroda və meksikan yorğanında (ponçoda – tərcüməçi)
gəlirdi) olmasaydı, koloritli Sem Hyuston (“gözəl barbar”)
yorulsa da, diqqətini cəmləyərək Senat
qarşısında özünün nadir
çıxışlarından birini etdi.
“Bu görkəmli və təhlükəli tədbirdir;
siz gözləyirsiniz ki, mən burada sakit dayanacaq və ya məni
xəbərdar edən Cənubu təəccübləndirərək
öz vəzifəmdən çıxarılmamaq
üçün geri çəkiləcəyəm. Buna görə
də mən nəticənin necə olacağına niyə də
əmin olmayım? Mən üstümə
atıla biləcək bütün qorxuzmaların, hədələrin,
bəyənilməmələrin acığına
danışacağam. Ser, mənim
Abolitsionistlərlə və ya Azad-Torpaqçılarla birgə
getməyə hazırlaşmağım barədə iddia mənə
heç bir təsir göstərmir. Şüurlu
borcdan azad olunmaq məni yaşadığım, tərəfdarlarımın
olduğu, bağlılıqlarımın qaldığı
ölkənin bölməsinin birləşmiş düzlənməsinə
çox vaxt əks mövqedə dayanmağa tələsdirir.
Ser, əgər Cənubun qiymətləndirilməsi təklif
olunursa və əgər bu xeyirdisə, mən cənublu adam kimi ondan imtina edirəm. Mənim bununla
heç bir əlaqəm yoxdur... Bizim
övladlarımız bir vaxt sonra dincliyin, harmoniyanın,
inkişafın sevincində yaşayacaqlar və ya onlar
üçün alternativ kimi anarxiya, fikir
ayrılığı və vətəndaş sözləşməsi
qalacaqdır. Biz keçmişi döndərə bilərik...
Mən inanıram ki, biz bunu edəcəyik... Mən
sizə yalvarıram ki, bu Birliyi bir dəfə
harmoniyalaşdırmaq və saxlamaq üçün
bağlanan müqaviləni qiymətləndirəsiniz.
Missuri Kompromissini dəstəkləyin! Təşviqata
sürüklənməyin! Bizə dinclik verin!”
Hyuston sonralar qeyd etmişdi ki, “bu mənim nə vaxtsa
verdiyim ən populyar olmayan səs verməm idi, (lakin) ən
müdrik və daha vətənpərvər olan idi”. Əlbəttə
bu ən populyar olmayan idi. Qoca Sem ilk dəfə
Senata səfər edəndə körpə uşaq olan Texas
ştatı başlıca olaraq dəmir yolu, torpaq, borc və
sərhəd məsələlərinin
qayğısını çəkirdi, xüsusən Cənuba
möhkəm bağlılığa malik deyildi. Lakin bu vaxt Texas
özünün 150.000 nəfər dəyərli qulu və
izafi demokratik əhalisi ilə digər Cənub
ştatlarından daha çox vətəndaşları əhatə
edirdi, Hyustonun barəsində hücum etdiyi öz
maraqlarına görə tanınırdı; yekdilliyə
yaxın olan bir qaydada Hyustonun Senatda öz ştatını
satan, “Abolitsionistlərə qoşulan” və “Cənubdan
qaçan” adam kimi skalpını (hinduların məğlub
etdiyi düşmənin kəsdikləri başından qənimət
kimi götürdükləri saçlı dəri – tərcüməçi)
tələb edirdi. 3 səsə qarşı 73 səslə
Qanunvericilik Hyustonun kolleqalarının Nebraska Billini müdafiə
etdiklərinə görə alqışladı və
ştatın bir vaxt tanıdığı və əvvəllər
heç vaxt malik olmadığı ən şərəfli qəhrəmanı
məhkum etdi. Demokratik ştat qurultayı böyük
döyüşçünü, Texas Demokratiyasının
hisslərinə müvafiq olmayan adam kimi
ifşa etdi. Dallasın “Herald” qəzeti tələb edirdi ki,
Texasın onu iftixarla göndərdiyi yerdən, “onları təmsil
etməmək hesabına istehkamladığı vəzifəni
daşımaqdan istefa versin... Qoy o, nəhayət
qəzəblənmişlərin səsinə hörmət
etsin, axı o, seçicilərini təmsil etməmişdir və
onlara xəyanət etmişdir, ona görə də Texas nəhayət
birləşmiş səsə malikdir və Senatda
bölünməz cəbhə kimi təmsil olunur”.
İşləri
daha pis etmək üçün, bu, heç də Senator Sem
Hyustona olan birinci təhqir deyildi, bu, sadəcə – Klarkvillin
hiddətlənmiş “Standart” qəzetinin yazdığı
kimi “dəvənin belini qıran axırıncı lələk”
idi. O, Oreqon məsələsində Con Kalhounla münaqişəyə
girmişdi, özünü onun üçün “Birlik onun yol
göstərən ulduzudur” kimi təsvir edir və o, “qorxmurdu
ki, Şimal qoca adamların, qadınların və xoşa gələn
qızların imzaladığı kağızlara baxmayaraq, Cənubu
dağıtmaq yollarını axtarmır”. “Cənub Cənubun
özü tərəfindən vurulur – əgər birləşsə,
o işğal ediləcəkdir” – deyə nüfuzlu Dikci kağızı
Hyustonu və Bentonu öz opponentlərinə qələbə
imkanı vermələrinə görə məzəmmət
edərək, haray salırdı. Lakin Sem
Hyuston təkcə cavab verəcəkdi: “Mən nə
Şimal, nə Cənub tanıyıram; mən yalnız
Birliyi tanıyıram”.
O,
heç nə edə bilməyəcəkdi, buna baxmayaraq
Kalhounun quldarlıqdan “əlinizi çəkin” qətnamələrinə
və “Cənub müraciətinə” görə Cənubun
möhtərəm müdrikinə, onun həm də “Birliyə
qarşı uzun müddət əzizlənən və çətinliklə
gizlədilən layihələrinə” görə hücum
edirdi və bir cəhəti də israr edirdi ki, Senatdan
çox Sem Hyustonun özü onun “tribunasından bütün
amerikan xalqının təmsilçisidir”. Lakin
Texas Qanunvericiliyi Kalhounun layihələrini qəbul etdi və
özünün şübhələnən gözünü
Texasın ambitsiyalı köhnə Prezidentinin üstünə
yönəltdi, onun adı Cənubda olduğu kimi, Şimalda
da 1852-ci ildə və ya 1856-cı ildə Ağ Evə sahib
olmaq məsələsində xatırlanırdı.
Nəticədə,
Hyuston ilk görkəmli Senator idi ki, 1850-ci il Kley Kompromissinin əleyhinə
olduğuna görə Kalhouna hücum edirdi, Birliyi
parçalamaqla hədələyənlərə yarlıq
vurmaq üçün Əhdi-ətiqdən sitat gətirib,
sadəcə olaraq deyirdi ki, “dənizin qəzəbli
dalğaları onun özünün
biabırçılığının üstünü
köpüklə örtür...”.
“Düşünün,
ser. Texaslılar çətinliklərdən sonra Birliyə
daxil ola bildilər, siz onları
süpürüb oradan çıxara bilərsinizmi? Yox, ser,... Biz ona daxil olmaq üçün qan
tökmüşük... Biz Birliyə axırıncı gələnlərin
arasında idik və onun tərkibində olaraq qalırıq,
biz onu axırıncı tərk edən də olacağıq...
Mən ölkənin hər bir güşəsindən
Birliyin dostlarını irəli çıxmağa və
öz ölkələrinin xeyiri üçün ümumi
mehraba öz fərqliliklərini qurban verməyə və
Konstitusiya ətrafında sarsıla bilməyən qala
qurmağa çağırıram. Bu
çox səylər tələb edəcəkdir, ser və hər
guşədə özlərinə hücum edən xurafatla
qarşılaşmağı onlar gözləməlidirlər.
Onlar Birlik uğrunda, bütün şəxsi nəticələrdən
asılı olmayaraq, möhkəm dayanmalıdırlar”.
Beləliklə, Kanzas-Nebraska Billi əleyhinə verilən
yeganə səs onunku idi, 1854-cü ilin tufanlı dan şəfəqində
bu həqiqətən də “sonuncu saman çöpü” idi. Senat barədə
bərkdən pıçıldayırdılar ki, bu, koloritli
general üçün axırıncı müddət
olacaqdır. Onun birgə xidmət etdiyi görkəmli
Senatorlar, kimlərin ki, natiqliyi Sem Hyustonun adını əhatə
edən şərəfi və romantikanı cəzb edə
bilmirdi, onun ekssentrik geyiminə və Senatorun
çıxışlarının uzunluğuna görə
adamlar mızıldandıqda, şam ağacından olan
yonulmuş çubuqlarla Senatın döşəməsinə
döyməsinə görə ona qarşı
qaş-qabaqlarını tökürdülər. Lakin onlar kömək edə bilmirdilər, onun stoik mərdliyinə
və sərt fərdiyyətçiliyinə valeh olurdular,
bununla onun qısa avtobioqrafik eskizinə müqəddiməsi də
olduqca sadə idi. “Bu kitab bəzi
dostlarımı mənim üçün itirdəcəkdir.
Lakin əgər o hamını itirtsə də, dost kimi heç
kəsi qazandırmasa da, Allahın adına
and olsun ki, mən azad adamam, mən onu nəşr etdirəcəyəm”.
Sem Hyustonun bir əsr əvvəlki həyatındakı
ziddiyyətlər bu vaxt düzəlməyən kimi
görünə bilərdi. Saysız-hesabsız yararlı
gündəliklərin, çıxışların və məktubların
kolleksiyasının olmasına baxmayaraq, hansılar ki, onun həyatının
və nailiyyətlərinin hər bir cəhətinə
işıq salır, həm də Hyuston özü həyat səhnəsinin
mərkəzində kölgələr və tutqun yerlər
saxlayır; onun öz dövründə bu bir müəmma
idi, bu günün ehtiyatlı tarixçiləri
üçün isə bir sirrdir. Biz məktubu
və ya gündəliyi oxuya bilərik, onlarda o, bir
anlığa öz mühafizəsini itirmiş kimi
görünür, lakin oxumağı bitirəndə biz əvvəl
bildiyimizdən azacıq artıq şey öyrənirik.
Heç kəs dəqiqliklə deyə bilməz ki, hansı
ulduz Sem Hyustonu, onun özünü,
Texası və millətini arxasınca aparır (İisus
dünyaya gələndə göydə parlayan Vifleem ulduzu
Şərq münəccimlərini onun doğulduğu yerə
gətirən kimi – tərcüməçi).
O,
xoşagəlməyən qaydada ambitsiyalı idi, həm də
axırda bütün qazandıqlarını və ya istədiklərini
öz prinsipi naminə qurban verdi. O, cənublu
idi və həm də Birliyə öz
loyallığını möhkəm qaydada qoruyub
saxlayırdı. Onun özünün qulları var idi, ancaq
Konqressə quldarlıq əleyhinə petitsiya göndərən
Şimal elçilərinin hüququnu müdafiə edirdi; o,
qatı içki düşkünü idi, lakin qaydasında
içmək barədə and içmişdi; o, Çeroki
hinduları tərəfindən vaxtilə oğulluğa
götürülmüşdü, ilk hərbi şərəfini
kriiklərlə (digər hindu tayfası –
tərcüməçi) döyüşdə
qazanmışdı; o, Tennessinin Qubernatoru olmuşdu, lakin
Texasdan Senator idi. O, alicənab insana çevrilmişdi, həm
də qisascıl, incə xarakterli və qəddar adam idi, ekssentrik, özşüura malik olan, sədaqətli,
həm də opportunist xüsusiyyətli bir adam idi. Lakin Sem Hyustonun ziddiyyəti həqiqətən də
keyfiyyətləri əhatə edən bir bünövrə
üzərində qurulmuşdu: ram edilməyən fərdiyyətçilik,
bəzən effektli, bəzən kamil olmayan, bəzən sirli,
lakin həmişə mərdlik üzərində. O,
bütün adamlar üçün hər şeyi edə bilərdi
– və həm də, ən böyük
çağırışla üz-üzə gələndə
o, özünə və Texasa sədaqətli idi. Sem Hyustonun daxilindəki qarışıqlıq Vətəndaş
müharibəsindən əvvəlki tufanlı illərdə
Birləşmiş Ştatları sınağa çəkən
qarışıqlıq idi. Sem Hyustonun
koloritli unikallığı onun daim bildiyinin sərhədindəki
primitiv ifadədən artıq heç nə deyildi.
(Ardı var)
525-ci qəzet.-
2014.- 15 mart.- S.18.