Jurnalistin nitq mədəniyyətianlayışına yeni baxış

 

 

İnformasiya texnologiyasının müasir inkişaf sürəti ictimai mühitdə medianın yerini getdikcə möhkəmləndirməkdədir. Qəzet işindən başlamış ən müasir internet resurslarınadək bütün informasiya vasitələrində dil problemifikrin çatdırılması ən önəmli yer tutur. Təsadüfi deyil ki, son vaxtlar qəzet, radio, televiziya internet dili ətrafında geniş diskussiyalar aparılmaqdadır. Bütün bu sahələrdə əsas vəzifə jurnalistin üzərinə düşdüyünə görə müsbət mənfi fikirlər onun ünvanına yönəlir. Xüsusilə medianın bütün növlərində əsas informasiya ötürücüsü rolunu oynayan nitq (istər yazılı, istər şifahi, istər audionitq, istər vizual, isrərsə audiovizual nitq) peşəkar jurnalistin həyat tərzidir.  Bu nitqin mükəmməl olması bir tərəfdən jurnalistin peşəkarlığından xəbər verirsə, digər tərəfdən informasiyanın aydın mükəmməl ötürülməsi ilə oxucuya, dinləyiciyə, tamaşaçıya səviyyəli xidmət rolunu oynayır. Ona görə peşəkar jurnalistin nitq mədəniyyəti media sistemində əsasdır. Bu sahəyə dair hər bir elmi-nəzəri-praktik əsər müasir jurnalistin öz nitqini mükəmməlləşdirmək işinə xidmət edir.

 

“Elm təhsilnəşriyyatı filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Nəsir ƏhmədlininJurnalistin nitq mədəniyyətinin əsaslarıdərsliyini bu günlərdə oxuculara təqdim edib. Kitabda diqqəti cəlb edən əsas cəhət mövzuya tam yeni münasibətdir. Belə ki, müvafiq elmi ədəbiyyatda, ensiklopedik nəşrlərdə nitqinsanın kommunikativ fəaliyyətinin növlərindən biri, dil vasitələrindən dil kollektivinin digər üzvləri ilə ünsiyyət yaratmaq üçün istifadə edilməsikimi dəyərləndirilir. Nitq dedikdəhəm danışıq prosesi (nitq fəaliyyəti), həm onun nəticəsi (yaddaşda saxlanılmış, yaxud yazıya alınmış nitq məhsulları)” nəzərdə tutulur. N.Əhmədli isə hesab edir ki, kommunikativ fəaliyyət özlüyündə nitq ola bilməz. Fəaliyyət insanın müəyyən işi görmək prosesi (indiki halda: danışması, yaxud yazması), nitq isə həmin proses nəticəsində yaranmış, xatırlatdığımız fikrin ikinci cümləsinin ikinci hissəsində deyildiyi kimi, “yaddaşda saxlanılmış, yaxud yazıya alınmış”, başqalarının qavraması üçünistehsal olunmuşməhsuldur. Bu mövqedən çıxış edərək Nəsir müəllim nitqə belə tərif verir: “Nitq fikirlə həmin fikri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir. Yəni: N=F+D (N – nitq, F – fikir, D – dil)”. Burada nitqin daxil olduğu ümumidaha geniş anlayişidrak obyekti”, onu başqa konkret anlayışlardan fərqləndirən əlamət isə fikirlə dilin vəhdətindən ibarət olmasıdır.

 

Müəllifin fikrincə, jurnalistikadanitqdedikdə yalnız danışıq yazı deyil, mətbuatda elektron mediada təcəssümünü tapmış yetkin material, “fikirdedikdə isə həmin materialın mayasını təşkil edən faktlar nəzərdə tutulmalıdır. Məlum olduğu kimi, klassik bölgüyə görə, fikrin iki ifadə forması var: şifahi yazılı. Şifahi formada fikir eşidilən, yazılı formada isə görünən sözlərlə çatdırılır.Jurnalistin nitq mədəniyyətinin əsaslarıkitabındakı belə bir müddəa ilə razılaşmamaq mümkün deyil ki, “mətbuatın, radionun, kinonun, televiziyanın, internetin meydana gəlib kütləviləşməsi ilə fikrin ənənəvi ifadə formalarına (şifahi yazılı) daha üç forma əlavə olunub: vizual nitq (VN); audionitq (AN) audiovizual nitq (AVN). Vizual (latınca: vizualisgörünən) nitq dedikdə çap məhsullarının (qəzet, jurnal, kitab v. s.), audial (latınca: audialiseşidilən) nitq dedikdə radioyayımın, audiovizual (audialis+vizualiseşidilən+görünən) nitq dedikdə kinonun, televiziyanın, internetin yaydığı publisistik materiallar nəzərdə tutulur. Bunların hamısı jurnalist yaradıcılığı ilə bağlı sahələrdir. Bu üç formanın özəlliyi ondan ibarətdir ki, fərdlərarası şifahi nitqdə fikir eşidilən sözlərlə, qismən jest mimika ilə, fərdlərarası yazılı nitqdə yalnız görünən sözlərlə ifadə olunduğu halda, VN- görünən sözlər + illüstrasiyalar + tərtibat elementləri ilə, AN- eşidilən sözlər + səs effektləri + musiqi ilə, AVN- isə eşidilən sözlər + görüntü + səs effektləri + musiqi ilə auditoriyaya çatdırılır. Deməli, jurnalistin nitq mədəniyyəti anlayışına üç aspektdən yanaşılmalıdır:

 

1) Vizual nitq mədəniyyəti; 2) Audial nitq mədəniyyəti; 3) Audiovizual nitq mədəniyyəti”.

 

Həqiqətən jurnalistikada dil anlayışına sözlərlə yanaşı, yuxarıda sadalanmış başqa komponentlər (illüstrasiya, tərtibat elementləri,  səs effektləri, musiqi,  görüntü s.) daxildir. İllüstrasiya dedikdə mətbuatda dərc olunan jurnalist fikrinin daha ətraflı, daha dərindən anlaşılmasına xidmət edən şəkillər, sxemlər, başqa təsviri materiallar, tərtibat elementləri dedikdə yazının hansı səhifədə, hansı şriftlərlə, hansı yazıdan sonra verilməsi s., səs effektləri dedikdə radio televiziyada jurnalist materialını müşayiət edən təbii mexaniki səslər (göy gurultusu, külək vıyıltısı, quşların civiltisi, motor səsi s.), musiqi dedikdə konsert proqramları deyil, verilişlərin fon musiqisi, görüntü dedikdə videotəsvirlər, kinolentlər, fotoşəkillər s. nəzərdə tutulur. Həm bu elementlərdən ayrı-ayrılıqda yox, vəhdət halında istifadə edilməli, onların kontrapunktunanail olunmalıdır(Kontrapunkt musiqi terminidir. Bir neçə müstəqil melodiyanın, səsin eyni vaxtda eşidilməsi ilə ahəng bütövlüyü yaratmaq deməkdir. VN, AN AVN- kontrapunkt dedikdə buradakı dil anlayışına daxil olan komponentlər arasında əlverişli funksiya bölgüsü nəzərdə tutulur. Yəni həmin komponentlər bir-birini təkrarlamamalı, hərəsi məzmunun bir tərəfini açmaqla kompleks yaratmalıdır). Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında praktiklər, nəzəriyyəçilər ifadə vasitələrinin kontrapunktu məsələsinə lazımi qədər önəm vermirlər. Xüsusən televiziya verilişlərindəki süniliyin, təkrarçılığın başlıca səbəblərindən biri məhz bununla bağlıdır.

 

Kitabda deyilir ki, jurnalist nitqinin göstərilən növləri arasındakı başlıca fərq fikrin hansı vasitələrlə ifadə olunmasında özünü göstərir. Yazılı nitqdə fikir yalnız qrafik şəkildə, yəni yazılı sözlərlə, şifahi nitqdə verbal qaydada (səslənən sözlərlə jestlərlə), VN- sözlərlə, illüstrasiyalarla tərtibat elementləri ilə, AN- sözlərlə səs effektləri ilə, AVN- isə bütün bunlar, həm görüntü ilə çatdırılır. Adi nitqin (şifahi yazılı) düsturu N=F+D, o birilərininki isə müvafiq olaraq VN=F + VD (vizual dil), AN=F+AD (audiodil), AVN=F+AVD (audiovizual dil) şəklində yazılır. VD- AD- bütün hallarda söz aparıcı rol oynayır, AVD- isə iki əsas komponentdən hansınınsözün, yoxsa görüntünün üstünlük təşkil etməsi təqdim olunan fikrin (materialın) xarakterindən, janrından,formatlarından s. asılıdır.

 

Professor Nəsir Əhmədlinin səkkiz mövzudan (“Kursun predmeti əsas anlayışları. Natiqlik sənətinin tarixinə bir nəzər”, “Nitq nitq mədəniyyəti anlayışlarına jurnalistika prizmasından baxış”, “Jurnlistin nitq mədəniyyətinin məntiqi əsasları”, “Jurnalistin nitq mədəniyyətinin linqvistik-publisistik əsasları”, “Jurnalistin nitq mədəniyyəti söz yaradıcılığı”, “Vizual nitq mədəniyyəti orfoqrafiya”, “Audial audiovizual nitq mədəniyyətinin əsasları”, “Orfoepiya”), Azərbaycan dili ilə bağlı 1918-ci ildən 2013-cü ilədək qəbul edilmiş rəsmi sənədləri əks etdirənƏlavələr”dən ibarətJurnalistin nitq mədəniyyətinin əsaslarıdərsliyi təkcə tələbələr üçün deyil, mətbuatda, radio televiziya şirkətlərində, İnternet portallarında çalışan praktik jurnalistlər üçün son dərəcə faydalıdır.

 

 

 

Cahangir MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 15 mart.- S.15.