Londonda “Bakı prosesi”nin 5 illiyi
ilə bağlı tədbir keçirilib
Böyük Britaniyanın paytaxtı
Londonda “Bakı prosesi”nin 5 illik
yubiley mərasimi və Üçüncü
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilib. Tədbirdə
UNESCO-nun, BMT-nin Sivilizasiyalar
Alyansının, Avropa
Şurasının, Avropa
Şurasının Şimal-Cənub
Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının,
Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər
Mərkəzinin yüksək
vəzifəli şəxsləri,
həmçinin Böyük
Britaniya parlamentinin üzvləri, bu ölkənin nüfuzlu siyasətçiləri və
elm xadimləri iştirak
ediblər. Azərbaycanın Böyük Britaniyadakı
səfirliyindən verilən
məlumata görə,
səfir Fəxrəddin
Qurbanov çıxışında
son illərdə dünya
xalqları arasında
dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə
bağlı olan məsələdir. Azərbaycan
Şimal ilə Cənubun, Şərqlə
Qərbin kəsişmə
nöqtəsində yerləşir:
“Real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan,
eyni zamanda, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə
dövlətdir. Azərbaycanın
həm islam
dövlətləri, həm
də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq
münasibətləri vardır.
Bütün bunlarla yanaşı,
Azərbaycan müxtəlif
etnosların və millətlərin, fərqli
dinlərə sitayiş
edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində
yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif
mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən
Azərbaycanın həm
geosiyasi vəziyyəti,
həm də mədəni zənginliyi
“Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini
Avropa və ona qonşu regionların hüdudları
çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan
verir”.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı prosesi”nin mahiyyəti və tarixi haqqında ətraflı məlumat verib: “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulub. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və verdiyi tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb və BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilib. Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev demişdir ki, bu möhtəşəm tədbirlər UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə reallaşıb. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir”.
Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan və başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılıb”.
Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 15 mart.- S.17.