Təzadlı gecəni yaşamaq çətin...
Hər an haldan-hala düşən
adamtək
təzadlı
gecəni yaşamaq çətin...
Ömür səhnə deyil, gecələr pərdə
çəkəsən
sitəmin üstünə,
dərdə...
Dəyişir əhvalın mehsiz, küləksiz,
səni
dəlib keçir hər şey yel kimi.
Tutar ürəyindən, dəyişər
halın
sübhətək
ağaran qara tel kimi.
Səhərə
hələ bir uzun gecə var
uzanar
bu gecə zülmət dərətək,
daşıyar
yuxulu – ölü adamı
səhər
sahilinə yumşaq bərətək.
Kiminin nəfəsi çatar səhərə,
kimi
qaranlıqda boğulub
gedər,
kimi
yuxularda gələr dünyaya-
gecənin
bətnindən doğulub
gedər.
Hər an haldan-hala düşən
adamtək
təzadlı
gecəni yaşamaq çətin...
ömür
səhnə deyil, gecələr pərdə
çəkəsən
sitəmin üstünə,
dərdə...
07.07.2013
Könlüm göy sevdasında
Doyub gündüzlərin çılpaqlığından
gecənin
eşqiylə yoğrulacağam,
məni
qanadına alan buludlar,
o bəyaz
qoynunda doğulacağam.
Mənim ayaqlarım uçur bu
yerdən,
bu
yer, yer olmadı, yuva olmadı,
içində
yatmadım, qapı açmadım
qaralan
komalar oba olmadı.
Mənim qulağımda çay şırıltısı,
mənim
qulağımda səma
səsi var,
tutub
əllərimdən məni
aparan
segahın
bir həzin, xoş nəfəsi var.
Düşər
gözlərimə ay işartısı,
göy
ağ buludunu üstümə sərər,
ruhum
bu gecənin qanadlarından
könlümə,
köksümə xəyallar
səpər.
26.07.2013
Bir kəhər dayanıb Cıdır Düzündə
Bu atın yalını kim
darayıb, kim?
Darağı əlində gəzən kim imiş?
Kimsəsiz yurdumun tənhalığında
külək
nəvazişi məni
bitirmiş.
Mənim
səhərimin üzü
qaranlıq,
günümün,
ayımın işığı
itib,
mənim
kürəyimdə qamçı
səsləri,
boynumda
üzəngi kölgəsi
bitib.
Sükutu qoynuna çəkən dərənin
həsrətin,
kədərin izi üzündə,
köhnə
tumarında sığalım
itən
bir
kəhər dayanıb
Cıdır Düzündə.
Bu yerin gözəli Qarabağ atı,
gör
neçə illərdi,
kişnəmir, gülmür,
bu
sınıq qollarım,
topal əllərim,
o vaxtdan
saç yalı daraya bilmir.
19.01.2014
Quzanlıdan ötür, gedim
Çiçək
açmır budaqlarım,
solub,
donub yanaqlarım,
gün-gün
artır qınaqlarım,
apar
məni, çıxım
gedim.
Baxa-baxa boğuluram,
axşam-səhər
ovuluram,
ürkək
mehlə qovuluram,
apar
məni, çıxım
gedim.
Boz səmamı bulud örtüb,
ay tutulub, günəş itib,
olanlarım
olub, bitib,
apar
məni, çıxım
gedim.
Boş xəyaldan nə qurasan,
qurduğundan
nə umasan,
boz
köksünə ha cumasan,
apar
məni, çıxım
gedim,
Quzanlıdan ötür, gedim.
Yurdum varmı, mülküm ola,
əynimdə
bir kürküm ola,
geri
dönən türküm
ola,
qata
məni qabağına,
çəkə
məni çomağına,
oturda
kül ocağına.
Sovulmuş içi talayam,
külümdən
ocaq qalayam,
dərdimdən
qucaq qalayam,
itənləri
tapanacan,
öz-özündən
qopanacan.
Apar məni, apar qardaş,
məndən
böyük olarmı
daş?
Bir binada divar olum,
bir
divarda bir daş olum,
sökük
daşa bardaş olum,
gömülmüşə
başdaş olum,
itənlərə
qardaş olum.
Apar məni, apar gedim,
məni
dərddən qopar, gedim.
Quş da qalmır qərib eldə,
qucaq
açsa qərib el də,
necə
dözüm bu boz çöldə,
necə
dözüm mən bu dərdə?
Köçkün
adam, küskün
adam,
qala
bilmir özgə yerdə,
döyür
məni ilıq yel də?
Apar məni, apar gedim,
Quzanlıdan ötür, gedim.
Ağ atımı çapım
gəlim,
istəyimi
yapım gəlim,
dərdlərimdən
qopum gəlim,
apar
məni, apar qardaş,
apar
məni, apar gedim,
Quzanlıdan ötüb gedim.
08.12.2013
Ümidə bax, ilahi!
Bu nə ölüm-itimdi,
bir
nəfəsin içində,
sən
niyə çırpınırsan
boş
qəfəsin içində.
Sən qanadsız quşmusan,
qonmağa
yermi qəhət,
hardan
tapdın sən məni
sevməyə
yoxmu “cəsəd”.
Mənə ümid bağlama,
məndən
sənə olan nə,
baxıb
mənə ağlama
həqiqət
bu, yalan nə?
Bu divarsız evimdə
fələk
qapımı döyür,
şair
ümidinə bax-
bəxtsiz
də bəxtin öyür.
06.07.2013
Sənin özəl şəhərin
Sənə bir şəhər salım
yeni;
iki nəfərlik,
uzunu
bir yol boyu
eni
iki nəfərlik.
Qızılgülün
ətriylə
dolan
bir evim olsun,
ruhumuzu
oxşayan
o evim,
evin olsun.
Evinin pəncərəsi
bizim
dənizə baxsın,
gündüz
günəş, gecə
ay,
süzülüb
evə axsın.
Dalğalar layla çalsın
gecə
sənin yuxuna,
ləpə
özü gələcək
hər
gün səhər qoxuna.
Sənə bir şəhər salım
yeni;
iki nəfərlik,
uzunu bir yol boyu
eni
iki nəfərlik.
22.01.2014
Hər olanı dərd eləmə
Hər olanı dərd eləmə,
dərd
də belə yer axtarır,
hamı
ora düşmək üçün
fürsət
gəzir, fel axtarır.
Burax qoşa tel oynasın,
rüzgar
sənə meh kimidi,
sevincdən
axan göz yaşı
gül
üzündə şeh
kimidi.
Qarşına uzanan yolu
səhərlər
baxış süpürər,
köksümə
sığınan gözəl,
köksüm
təzə gül bitirər.
09.09.2013
Dənizin xatirəsi
Bu məsum gecəni, kövrək gecəni
bir
görən oldumu bizdən savayı?
Alıb ulduzların uzaq salamın
dənizin
səsini duyan oldumu?
Bir az rahatlanıb,
bir az boşalıb,
röyalar
içində uyan oldumu?
Üstünə
yüyürən ağappaq
ləpə
o ipək
əlinə gəlib qonacaq,
sonra
da dənizin xəlbət sözünü
sənin
qulağına pıçıldayacaq.
Bu məhrəm söhbəti bitirsin deyə
hələ
neçə kərə
gedib gələcək,
sözləri
birəbir gəlib deyəcək,
sonra
da dənizin köpük havasın
xəstə
ürəyimə səpib
gedəcək.
Sənin dərd ortağın, o söz sirdaşın
ağaran
ləpələr, o ağ
ləpələr
sahilə
ağ yaylıq sərib gedəcək..
Üstünə
yüyürən, üstümə
qaçan,
o coşan
dalğalar, sakit ləpələr
xatirə
yazacaq gecə adına,
qumlu
sahillərin boz yaddaşına,
qulaq
yaddaşına, göz
yaddaşına.
Bu gecə ay da yox, ulduzlar,
dəniz,
bir
də ki, o tənha sahildəki biz,
əriyən
gecədə, uçan
gecədə,
bizləri
bir yerdə tutan gecədə,
ulduzla,
dənizlə qalıb
baş-başa
gəzərik
gecəni biz qoşa-qoşa,
gəzərik
sahili o baş, bu başa.
Bu gecə ay da yox, ulduzlar,
dəniz,
bir
də ki, o tənha sahildəki biz...
Rəfail
Tağızadə
525-ci qəzet.-
2014.- 20 mart.- S.28.