Con F.Kennedi: Mərdliyin
profilləri
İngiliscədən
Telman Orucov tərcümə edib
Hələ arzularla yaşayan və idarə olunmayan bir
oğlan olanda, o, Tennessi sərhədindəki evlərindən
qaçmışdı və Çeroki hinduları tərəfindən
oğulluğa götürülmüşdü, onlar xaç
suyuna salınma vaxtı ona Ko-lon-neh-Qarğa adını
vermişdilər. 1813-cü ildə Endrü Ceksonun
komandanlığı altında piyada zabiti kimi xidmət edəndə,
onun sağ qolu düşmən gülləsindən
parça-parça olmuşdu. O vaxt o, təkcə At
Nalı döyüşündən düşən xətt
üzərinə atılmışdı, onun adamları isə
arxasında qalan təpələrdə oturmuşdular. Cəzbedici
gözəl fiquraya malik olan təbii aktyor, qəribə geyiminə
və nitqinə görə həssaslığa malik olmaqla, o,
ittihamçı prokuror kimi, konqressmen və nəhayət,
otuz beş yaşında qubernator kimi
Tennessidə uğurla yüksəlmişdi. Öz
populyarlığının yüksəkliyində olanda
qubernatorluqdan onun qəfildən istefa verməsi əhvalatı,
dostu Ceksonun Hyustonu gələcəkdə Prezident etməsi barədəki
ümidi ilə birlikdə olan bir sirrdə gizlənmişdi.
Özünün evlənməsindən sonra
açıq şəkildə açıb göstərdi ki,
gənc və gözəl gəlin ambitsiyalı atası tərəfindən
onun əlini qəbul etməyə məcbur edilmişdir, əslində
isə bu vaxt o qız başqa birisini sevirmiş. Onun ağlı və ruhu çilik-çilik oldu,
Hyuston Çerokilərə qoşulmaq üçün
sivilizasiyanı tərk etdi, sərxoş davakara çevrildi,
siyasi və şəxsi sürgünə məhkum oldu.
Bir neçə il sonra onun tarazlığı və məqsədi
bərpa olundu, daim ona sədaqət göstərən general
Cekson onu Texasa göndərdi, orada o, fantastik hərbi planlar
hazırladı, onlar Forc vadisi və Gettisburq kimi amerikan
folklorunun bir hissəsinə çevrildi. Lakin nə
macəra, nə tərif, nə də ikinci xoşbəxt
izdivac onun hətta daxili nəzərini və
melanxoliyasını yoxa çıxarmadı, bu isə
özünü 1856-cı ildə siyasi məğlubiyyət
yaxınlaşanda həmişə olduğundan daha çox
büruzə verirdi.
Lakin Sem Hyuston qaş-qabaqlı şəkildə
kürt yatan adamlardan deyildi, bu o vaxta qədər davam etdi ki,
onun üstünü alan məğlubiyyət barədəki
pıçıltılar öz yerini onun darmadağın ediləcəyi
barədəki qar uçurumuna verdi. Senatın işindəki
payız fasiləsi vaxtı ərzində o, Texasa artıq bir
neçə tur səfər etmişdi, Kalhounu “ehtiyatsız
demaqoq”la müqayisə etmiş, Cefferson Deyvisi “Lutsifer kimi
iddialı və kərtənkələ kimi soyuq” təqdim
etmişdi, “Şimalın dəli fanatizmi” ilə “Cənubun dəli
ambitsiyası”nın hər ikisini bərabər qaydadakı cəsarətlə
pisləmişdi. Yarım sivilizasiyalanmış hindu tayfaları arasında çox illər ərzində
yaşaması onu yüksək vəzifə həvəskarı
etməmişdi; erkən illərdə o, fiziki qaydada öz
bütü Endryü Ceksonun Konqressdəki düşməninə
hücum etmişdi. (Sonralar o, dostlarına
demişdi ki, bu məni “həyatımda nə vaxtsa hiss etdiyimdən
də pis idi. Mən
düşünürdüm ki, böyük it saxlayıram,
ancaq gördüm ki, zəhlə tökən zingildəyən
küçüyüm var”).
Bu vaxt o,
özünün 1857-ci il seçkilərində
Qubernatorluğa namizəd elan etməklə, bir böyük
hücumla Texas rəsmi dairələrinə ağır zərbə
vurdu. O, Demokrat kimi, hansısa fraksiyanın və ya qəzetin
namizədi kimi və ya hətta Senatorluqdan istefa verən kimi hərəkət
etməyəcəkdi. O, Sem Hyuston kimi
“ştatın siyasətini yenidən bərpa etmək
üçün” hərəkət edəcəkdi. “Xalq şadlanmaq istəyir və mən başqa
birisi kimi bunu verməyə qadirəm”.
Onun vəd etdiyi bol şadlanma Demokratik Texasla heç
vaxt görünməmiş ilk real möhkəm vuruş idi. İsti yay
kampaniyasında dəfələrlə köynəyini soyunub,
Texasın hər bir guşəsindəki auditoriyalarda səs-küylü
çıxışı ilə o, söyüşcül
epitetlərdən ibarət böyük söz ehtiyatı və
solmaqda olan sarkazmı ilə görünürdü.
Altı futdan çox hündürlükdə, nizə kimi
düz bədəninin iri, həm də xoşa gələn əzələləri,
onun öz opponentlərinə nifrətdən qızaran
nüfuz edici gözləri, onların siyasətlərini ələ
salması və sərt dilini Senat zalında olan tək bir ləyaqətlə
açması hələ də qalırdı. Onun bir
çıxışı təsvir edilmişdi – özü də
müxtəlif qəzetlər tərəfindən, lakin
heç şübhəsiz, müəyyən dəqiqliklə
“təhqirlərin və eqoizmin (özü haqqındakı
fikrin – tərcüməçi) qarışığı...
tarixi həqiqətlə razılaşmadan və...ədəbdən
və təmiz dildən kənar... Bu,
başlanğıcdan axıra qədər bütünlüklə
həmin epitetlərlə oğruların, əclafların və
qatillərin sirdaşı kimi xarakterizə olunur” kimi verilirdi.
Səfərində bir dəfə dayandıqda,
qraflığın məhkəmə zalında
çıxış etmək hüququndan imtina edəndə,
o, camaatı özünün düzgün hərəkət
etdiyinə inandırdı:
“Mən burada vergi verən deyiləm. Mən bu binada bir kərpicin
və ya mismarın alınmasına kömək
etməmişəm və burada çıxış etməyə
heç bir hüququm yoxdur. Lakin burada mənim səsimin
eşidilməsi çevrəsində bir adam
varsa, kim Sem Hyustonun nitqini dinləməyi və onun
arxasınca o təpəyə tərəf getməyi arzu edirsə,
mən Texas torpağında danışmaq hüququna malikəm,
çünki onu mən öz qanımla sulamışam”.
Bir əllə satqın, digər əllə “Heç nə
bilmirəm”in üzvü kimi (onun ... mazaqlaşması üzərində
qurulan, dözümlüksüz və sektsional olmayan
partiyası) pislənilməklə, o, öz arvadına
yazırdı ki, “onların çirkli dedi-qodusu mənim
üstümdən, ördəyin belindən su düşən
kimi düşür”.
Lakin onun
Kanzas və digər Cənub tədbirləri barədə səs
verməsi hirsli seçiciyə izah edilirdi və Texas Sem Hyustonu öz siyasi karyerasının ilk cəzalandırılanı
kimi qələmə verirdi. Bu vaxt o, Senatdan
istefa verməyə borclu idi, antoqonist “Gazette” isə belə
deyirdi ki, “qısır vəzifəni tutmaq əvəzinə
sadəcə icazə almaq istəyirdi”. Lakin Sem Hyuston öz məğlubiyyətinin,
üçün ikiyə görə nisbətinin
böyüklüyündən artıq olmadığından
ruhlanıb, özünün sonuncu illəri üçün
Senatdakı sarsılmayan məsləki ilə Vaşinqtona
döndü. Cənublu antoqonist Senat zalında onu ələ
salaraq dedi ki, Kanzas-Nebraska Billi əleyhinə səs verməsi
artıq onun məğlubiyyətinə bir əminlik
yaradır. Hyuston sadəcə xoş təbəssümlə
cavab verdi ki, bu həqiqətdir ki, “mən
öz seçicilərimdən ciddi və minnətdar
olunası bir əminlik almışam ki, onlar məni bundan
sonrakı xidmətdən azad etmək niyyətindədirlər”.
O, səhv etməmişdi. 10 noyabr 1857-ci ildə Sem Hyuston Texas
Qanunvericiliyi tərəfindən sadə qaydada azad edildi və
Cənubun daha artıq hərbçi sözçüsü
olan adam onun varisi seçildi.
Öz
Senator yoldaşlarına vida nitqində Sem
Hyuston kolleqalarına dedi ki, o, “təmiz əllə və təmiz
vicdanla” istirahətə getməyi arzu edir:
“Mən arzu edirəm ki, mənim qəbrimin üstündə
heç bir iftixar xarakterli yazı yazılmasın, ancaq “O,
öz ölkəsini sevirdi, vətənpərvər idi; o,
Birliyə həsr olunmuşdu” sözləri yazılsın. Əgər
şəhidliyə görə əzab çəkmişəmsə,
mən qurbanların kəsildiyi bıçağa tabe
olacağam”.
Lakin biz
Senator Sem Hyustonun siyasi mərdliyi barədəki
əhvalatı onun Senatdan istirahətə getməsi ilə
qurtara bilmərik. Texasdakı rançosuna dönən igid
eks-Senatora agah oldu ki, onu iki il əvvəl
məğlub edən Qubernator əvvəlcədən
ştatı Birlikdən ayrılmağa aparmaqla hədələyəndə
o, istirahət etməyi bacarmayacaqdır. Beləliklə,
1859-cu ilin payızında yaşlı
döyüşçü, arxasında duran heç bir
partiya, heç bir qəzet və heç bir təşkilat
olmadan Qubernatorluğa müstəqil namizəd kimi hərəkətə
başladı və bir çıxış kampaniyası həyata
keçirdi. O, öz auditoriyasına hələ də
valehedici bir səslə deyirdi ki, o, “Konstitusiyaya və Birliyə
heç vaxt açıq etiraf etmədiyi və rəsmi
qaydada təcrübədən keçirmədiyi bütün
“Cekson demokratiyasına” arxalanacağam – siyasətdə mən
köhnə dəbli adamam, ona görə də mən bu
hökumətin əsasında qurulduğu primitiv prinsiplərdən
bir həsr olunmaq qaydasında yapışacağam”.
Onun opponentlərinin dəfələrlə israr etmələrinə baxmayaraq, ayrılma və Texasın qul ticarətinin yenidən açılması real məsələ deyildir, Hyuston məhz bu müstəvidə möhkəm təzyiq göstərirdi, həm də Meksikanın və hinduların sərhəd terrorizminə qarşı böyük müdafiə tədbirləri vəd edirdi. Bu ən sərt kampaniya idi və qəzetlər Hyustona istehzalı bir ehtirasla hücum edirdilər, Hyustonun əxlaqsızlığı və qorxaqlığı barədə köhnə ittihamları yenidən qaldırdılar. Lakin bu da kifayət dərəcədə qəribə idi ki, onun işləri barədə (ancaq vaxtından əvvəl) qaldırdıqları, onun köhnə yoldaşlarının arasında şəxsən onun arxasınca gedənlərlə, opponentlərin administrasiyasına nifrətlə, Hyustonun tələb etdiyi yeni populyarlıqla, Senatda federal hakimin rüşvətxorluğu ilə bağlı açıqlaması onun istirahətə yollanması üçün vacib əhəmiyyət daşıyırdı və onun sevdiyi Texasa dönməsinə görə ona yönəlmiş səmimi hisslərin böyük dalğası bütünlüklə Sem Hyustonun Qubernator seçilməsi üçün birləşərək, onun iki il əvvəlki məğlubiyyətinin bütöv şəkildə dəyişilməsi oldu. On illik ərzində Cənub ekstremistləri üçün bu ilk maneə idi və seçilən Qubernator nifrət yayan Texas qəzetləri tərəfindən “heç vaxt bir daha qalxmamaq üçün düşməyə borclu olan satqın” və “Cənubun – Cənub Azad-Torpaqçının ən böyük düşmənlərindən biri” kimi hücuma məruz qalırdı.
Köhnə Cekson millətçiliyi bütövlükdə onun karyerasına səbəb olmaqla, bu vaxt ən sərt sınaqla qarşılaşdı. Demokratik Qanunvericiliyin aşıb-daşan düşmənçiliyinin həqiqəti onun xalqı təmsil etmədiyi fikrinə tərəfdar çıxmaqla, Qubernator Hyuston bütün pretsedenti pozaraq, Qanunvericiliyin birgə sessiyası qarşısında çıxış etmək əvəzinə öz inauqurasiya müraciətini Kapitolinin pilləkənindən birbaşa xalqa çatdırdı. Kapitolinin ətrafında toplaşan nəhəng auditoriyaya müraciət edərək, Hyuston elan etdi ki, o, partiyanın yox, xalqın Qubernatorudur və “Texas öz taleyini Birləşmiş Ştatlarla birləşdirdiyi vaxt, Şimala və ya Cənuba daxil olmamışdır; onun bağlılığı sektsional deyil, millidir”.
Lakin seçiminin yaraları sağalmırdı; və Sem Hyustonun adını 1860-cı ildəki Demokratik Milli Qurultayda “Nyu Yorker” tərəfindən “böyük qələbə üçün bütün ölkəni gəzəcək” adamların adlarından biri kimi təklif edəndə, Texas nümayəndə heyətinin lideri, eks-Qubernator Rannels tullanıb ayağa qalxdı və dedi: “Ser, Allah xatirinə! Mən o şəxsəm ki, bir az əvvəl Sem Hyustonu Qubernatorluğa seçilməkdə əzmişdim və ona edilən hansısa tərif mənə görə lənətə gəlmiş və xoşa gəlməyən bir şeydir”.
Belə düşmənlərdən qaçmaq məqsədilə, Hyuston 1860-cı ildə Qanunvericiliyə birinci ümumi müraciətində dedi:
“Pozulmuş çalışanların özlərindən çıxmalarına və ölkəni fanatikcəsinə parçalayanların vicdansız hədələrinə baxmayaraq, bizim ümumi ölkəmizə məhəbbət hələ də keçmiş zamanın alovunda Texasın konservativ xalqının ürəklərində yanır. Texas Konstitusiyanı müdafiə edəcək və Birliyin müdafiəsində dayanacaqdır. Bütün bu, bizi bir millət kimi xilas edə bilər. Onu dağıt və bizi anarxiya gözləyəcəkdir”.
(Ardı var)
525-ci qəzet.-
2014.- 20 mart.- S.15.